001 | 002 | 003 | 004
«Gürcüstan işi»2017
Cəmiyyət   EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  15:18:15
 
Əfqan Muxtarlının məhkəməsində üç şahid ifadə verib

Bakı/28.12.17/Turan: Dekabrın 28-də Balakən Rayon Məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.


Cəmiyyət   EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  16:16:56
 
Gözəl Bayramlının məhkəməsi davam etdirilib

Bakı/26.12.17/Turan: Dekabrın 26-da Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının işi üzrə məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam etdirilib.


Siyasət   EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  13:14:32
 
Georgi Kvirikaşvili: Əfqan Muxtarlı hadisəsi ciddi uğursuzluqdur

Bakı/21.12.17/Turan: Jurnalist Əfqan Muxtarlının başına gələn hadisə rəsmi Tbilisi üçün ciddi uğursuzluq idi, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili etiraf edib.


Cəmiyyət   EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  17:00:28
 
Muxtarlının işi üzrə növbəti iclas dekabrın 28-nə təyin edilib (yenilənib)

Fasilədən sonra şahid ifadələrinin dinlənilməsi davam edib.


Cəmiyyət   EN RU
2017 Dekabr 14 ( Çərşənbə )  01:48:29
 
Gözəl Bayramlı ona qarşı cinayət işinin siyasi xarakterli olduğunu bildirir

Bakı/14.12.17/Turan: Çərşənbə günü Qazax Rayon Məhkəməsində Ağarza Səmədovun sədrliyilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının işi üzrə məhkəmə istintaqı başlayıb.


Siyasət   EN RU
2017 Dekabr 04 ( Bazar ertəsi )  17:32:39
 
Britaniyalı deputat Londonu Əfqan Muxtarlının işinə reaksiya verməyə çağırıb

Bakı/04.12.17/Turan: Britaniya parlamentinin üzvü Piter Bottomli Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinə reaksiya vermək çağırışı ilə hökumətə müraciət edib.


Cəmiyyət   EN RU
2017 Dekabr 01 ( Cümə )  13:08:01
 
Gözəl Bayramlının işi üzrə məhkəmə baxışı dekabrın 13-nə təyin edilib

Bakı/01.12.17/Turan: Dekabrın 1-də Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə hazırlıq iclası davam edib. Məhkəmə baxışı dekabrın 13-də saat 14-də təyin edilib. Bu barədə vəkil Elçin Sadıqov Turan-a bildirib.


Cəmiyyət   EN RU
2017 Noyabr 30 ( Cümə axşamı )  17:54:51
 
Gözəl Bayramlının işi üzrə hazırlıq iclası

Bakı/30.11.17/Turan: Bu gün saat 17:00-da Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə hazırlıq iclası keçirilib.


Cəmiyyət   EN RU
2017 Noyabr 30 ( Cümə axşamı )  14:16:19
 
Balakəndə Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub

Bakı/30.11.17/Turan: Noyabrın 30-da Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub. Jurnalisti məhkəmədə vəkillər Nemət Kərimli və Elçin Sadıqov müdafiə edib.


Siyasət   EN RU
2017 Noyabr 29 ( Çərşənbə )  12:54:24
 
AŞPA-nın Gürcüstan üzrə məruzəçiləri Əfqan Muxtarlının oğurlanmasını araşdırmağı tələb ediblər

Strasburq/29.11.17/Turan: Avropa Şurasının Gürcüstan üzrə məruzəçiləri Kestrin Lundqren (İsveç) və Titus Korlatean (Rumıniya) noyabrın 20-22-də Gürcüstana baş çəkdikdən sonra bəyanat yayıblar.


Cəmiyyət   EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  17:48:54
 
G.Bayramlı və Ə.Muxtarlının işləri üzrə məhkəmə iclasları təyin edilib

Bakı/20.11.17/Turan: Jurnalist Əfqan Muxtarlının və AXCP sədr müavini Gözəl Bayramlının işləri üzrə məhkəmə iclasları noyabrın 30-na təyin edilib.


Cəmiyyət   EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  11:22:05
 
Gözəl Bayramlının cinayət işinə Qazax Rayon Məhkəməsində baxılacaq

Bakı/20.11.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) baxılacaq. Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.


Cəmiyyət   EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  11:12:05
 
Əfqan Muxtarlının cinayət işinə Balakən Rayon Məhkəməsində baxılacaq

Bakı//20.11.17Turan: Jurnalsit Əfqan Muxtarlının cinayət işinə Balakən Rayon Məhkəməsində (Bakıdan 419 kilometr şimal-qərb) baxılacaq. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.


Cəmiyyət   EN RU
2017 Noyabr 15 ( Çərşənbə )  18:02:12
 
Gözəl Bayramlı ev dustaqlığına buraxılmayıb

Bakı/15.11.17/Turan: Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmaması haqda Nəsimi Rayon Məhkəməsinin qərarını qanuni sayıb. Bunu G.Bayramlının vəkillərindən biri Zibeydə Sadıqova bildirib.


Cəmiyyət   EN RU
2017 Oktyab 23 ( Bazar ertəsi )  17:50:49
 
Əfqan Muxtarlının şikayəti rədd edildi

Bakı/23.10.17/Turan: Oktyabrın 23-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib. Bu haqda vəkil Zibeydə Sadıqova bildirib.


Cəmiyyət   EN RU
2017 Oktyab 21 ( Şəmbə )  13:29:01
 
Əfqan Muxtarlı öz hesabına müalicə olunmaq istəyir

Bakı/20.10.17/Turan: Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti keçirilib. Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, jurnalistə qarşı irəli sürülmüş ittihamlar məzmunca dəyişdirilib.


Cəmiyyət   EN RU
2017 Oktyab 17 ( Çərşənbə axşamı )  18:30:44
 
Əfqan Muxtarlının vəkili zorakılıqla üzləşdiyini bildirir

Bakı/17.10.17/Turan: Bu gün vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında məhdudiyyətlərə və qaba rəftara məruz qalıb. Bu haqda N.Kərimli özü bildirib.


Cəmiyyət   EN RU
2017 Oktyab 13 ( Cümə )  15:34:30
 
Əfqan Muxtarlının məhkəməöncəsi həbs müddəti dekabrın 19-na qədər uzadılıb

Bakı/13.10.17/Turan: Bu gün Bakının Nəsimi rayon məhkəməsi prokurorluğun jurnalist Əfqan Muxtarlının həbs qətimkan tədbiri müddətinin 2 ay uzadılması haqqında təqdimatına baxıb.


Cəmiyyət   EN RU
2017 Oktyab 13 ( Cümə )  14:10:17
 
Apellyasiya Məhkəməsi Gözəl Bayramlının şikayətini təmin etməyib

Bakı/13.10.17/Turan: Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova məlumat verib.


Cəmiyyət   EN RU
2017 Oktyab 13 ( Cümə )  13:09:52
 
Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmayıb

Bakı/13.10.17/Turan: Bu gün Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib. Bunu Turan-a vəkil Zübeydə Sadıqova bildirib.


Cəmiyyət   EN RU
2017 Oktyab 10 ( Çərşənbə axşamı )  17:36:37
 
Əfqan Muxtarlı Gürcüstan Parlamentinə müraciət edib

Bakı/10.10.17/Turan: Həbs edilmiş jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanmasının və Azərbaycana təhvil verilməsinin araşdırılması üçün komissiya yaratmaq çağırışı ilə Gürcüstan Parlamentinə müraciət edib.


Siyasət   EN RU
2017 Oktyab 06 ( Cümə )  13:35:10
 
Gözəl Bayramlının həbs müddəti daha 2 ay uzadılıb

Bakı/06.10.17/Turan: Oktyabrın 6-da Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsindəki həbs qətimkan tədbirinin müddətinin daha 2 ay (dekabrın 15-dək) uzadılması barədə qərar qəbul edib. Gözəl Bayramlı məhkəmədə iştirak edib. Bu barədə "Amerikanın Səsi"nə vəkil Zübeydə Sadıqova bildirib.


Cəmiyyət   EN RU
2017 Oktyab 04 ( Çərşənbə )  17:37:36
 
Əfqan Muxtarlı ev dustaqlığına buraxılmayıb

Bakı/04.10.17/Turan: Oktyabrın 4-də Bakının Nəsimi rayon Məhkəməsi vəkilin jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin etməyib. Bu barədə Turan-a vəkil Zübeydə Sadıqova bildirib.


Siyasət   EN RU
2017 Sentyabr 22 ( Cümə )  10:36:29
 
AİHM-in Gözəl Bayramlı ilə bağlı qərarı icra olunmur

Bakı/22.09.17/Turan: Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ona ödəniləcək pul kompensasiyasını ala bilmir. Bunu Turan-a vəkil Elçin Sadıqov bildirib.


Siyasət   EN RU
2017 Avqust 24 ( Cümə axşamı )  17:03:03
 
Apellyasiya Məhkəməsi Gözəl Bayramlının şikayətini təmin etməyib

Bakı/24.08.17/Turan: Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Vidadi Məmmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı şikayətini təmin etməyib.


Cəmiyyət   EN RU
2017 Avqust 23 ( Çərşənbə )  17:42:30
 
Əfqan Muxtarlının şikayəti rədd edilib

Bakı/23.08.17/Turan:Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib. Jurnalistin vəkilləri onun həbs müddətinin artırılmasının qanunsuz olması əsası ilə şikayət etmişdilər.


Siyasət   EN RU
2017 Avqust 22 ( Çərşənbə axşamı )  16:26:35
 
Vəkil: “Gözəl Bayramlıya dərmanların reseptləri verilmir”

Bakı/22.08.17/Turan: Bu gün vəkil Əsabəli Mustafayev Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və partiya fəalı Fuad Əhmədli ilə görüşüb.


Cəmiyyət   EN RU
2017 Avqust 21 ( Bazar ertəsi )  14:22:57
 
Əfqan Muxtarlının apellyasiya şikayətləri təmin edilməyib

Bakı/21.08.17/Turan: Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə jurnalist Əfqan Muxtarlının qanuni maraq kəsb edən insanlarla və qohumları ilə görüşünə icazə verilməməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.


Cəmiyyət   EN RU
2017 Avqust 17 ( Cümə axşamı )  16:43:47
 
Məhkəmə Gözəl Bayramlının həbs müddətini iki ay uzatdı

Bakı/17.08.17/Turan: Bu gün Bakının Nəsimi rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddətinin iki ay uzadılması haqqında qərar qəbul edib.


Cəmiyyət   EN RU
2017 Avqust 17 ( Cümə axşamı )  15:20:00
 
Əfqan Muxtarlının həbs müddəti iki ay uzadılıb

Bakı/17.08.17/Turan: Nəsimi rayon məhkəməsinin bugünki qərarı ilə jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri iki ay - oktyabrın sonuna qədər uzadılıb. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.


Siyasət   EN RU
2017 Avqust 16 ( Çərşənbə )  17:43:41
 
Gözəl Bayramlı ilə Əfqan Muxtarlının həbs müddəti artırılır

Bakı/16.08.17/Turan: Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və həbsdəki juranlist Əfqan Muxtarlı barəsində həbs müddətinin artırılmasını istəyir. Bunu vəkil Elçin Sadıqov bildirib və deyib ki, prokurorluq bununla bağlı məhkəməyə təqdimatla müraciət edib.


Cəmiyyət   EN RU
2017 Avqust 14 ( Bazar ertəsi )  11:47:03
 
Əfqan Muxtarlıya Məmmədəmin Rəsulzadənin kitabları və yaxınları ilə görüş verilməyib

Bakı/14.08.17./Turan: Avqustun 12-də Kürdəxanı təcridxanasının əməkdaşları Əfqan Muxtarlıya yaxınları ilə görüşməyə icazə verməyiblər. Bundan əlavə, onlar Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məmmədəmin Rəsulzadənin kitablarını verməkdən imtina ediblər. Bu barədə Turan-a Ə.Muxtarlının dostu, gənc fəal Samir Əsədli bildirib. Jurnalistin ailəsi görüşmək üçün S.Əsədliyə etibarnamə verib.


Cəmiyyət   EN RU
2017 Avqust 09 ( Çərşənbə )  18:13:54
 
Vəkil: “Jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var”

Bakı/09.08.17/Turan: "Həbsdəki jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var, ancaq müalicəsinə imkan verilmir", -Ə.Muxtarlının vəkili Nemət Kərimli Turan-a bildirib.


Siyasət   EN RU
2017 Avqust 09 ( Çərşənbə )  17:57:11
 
Gözəl Bayramlının şikayəti təmin edilməyib

Bakı/09.08.17/Turan: Avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, həbsdə olan Gözəl Bayramlının qanunsuz saxlanılması işi üzrə şikayətə baxılıb.


Cəmiyyət   EN RU
2017 Avqust 04 ( Cümə )  17:23:07
 
Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar

Bakı/04.08.17/Turan: Penitensiar Xidmət həbsdəki jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşmək hüququnu pozmaqda davam edir. Bunu jurnalistin yaxın dostu Samir Əsədli bildirib. O deyib ki, jurnalistlə görüşməsi üçün Ə.Muxtarlının ailə üzvləri ona etibarnamə veriblər.


Siyasət   EN RU
2017 Avqust 03 ( Cümə axşamı )  13:21:17
 
Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti aparılıb

Bakı/03.08.17/Turan: Avqustun 2-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti həyata keçirilib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsindəki video müraciətində qeyd edib.


Siyasət   EN RU
2017 Avqust 02 ( Çərşənbə )  11:05:17
 
Məhkəmə Əfqan Muxtarlının yaxınlarının şikayətini araşdırmayıb

Bakı/02.08.17/Turan: Sabunçu Rayon Məhkəməsi Baki İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlının yaxınları və vəkilləri ilə görüşməsinə maneçilik yaradılmasından verilən şikayətə baxmaqdan imtina edib.


Cəmiyyət   EN RU
2017 İyul 29 ( Cümə )  11:43:07
 
Əfqan Muxtarlı 21 kilo arıqlayıb

Bakı/29.07.17/Turan: Həbsdəki jurnalist Əfqan Muxtarlını həkimlər müayinə ediblər. Onun mədəsində "qastrit" yarandığı bəlli olub.


Cəmiyyət   EN RU
2017 İyul 26 ( Çərşənbə )  11:48:04
 
Jurnalist prokurorluqda dindirilib

Bakı/26.07.17/Turan: İyulun 25-də jurnalist Aytən Fərhadova Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 4 saatadək dindirilib.


Cəmiyyət   EN RU
2017 İyul 21 ( Cümə )  10:47:27
 
Əfqan Muxtarlının xanımı: Neçə məmurun kənarlaşdırılması önəmli deyil

Bakı/22.07.17/Turan: "Polis, demək olar ki, işin ədalətli araşdırılması üçün vacib olan bütün faktları məhv edib. Bundan sonra Əfqan Muxtarlının işini araşdırmaq üçün prokurorluğa veriblər".


Cəmiyyət   EN RU
2017 İyul 20 ( Cümə axşamı )  18:32:23
 
Gürcüstanda Əfqan Muxtarlı işinə görə istefa

Bakı/20.07.17/Turan: Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün, iyulun 20-də DTX-nın Terrorla Mübarizə Departamentinin rəhbəri Otar Kuprashvili-nin vəzifəsindən istefa verdiyini açıqlayıb.


Cəmiyyət   EN RU
2017 İyul 20 ( Cümə axşamı )  15:07:42
 
Muxtarlının işi Gürcüstan güc qurumlarını sarsıdır

Bakı/20.07.17/Turan: Gürcüstanda sərhəd polisinin və əks-kəşfiyyat departamentinin direktoru vəzifəsindən çıxarılıb. Bu, azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması ilə əlaqədardır. Ə.Muxtarlı Bakıda həbs edilib.


Cəmiyyət   EN RU
2017 İyul 18 ( Çərşənbə axşamı )  16:00:11
 
Təcridxanada Gözəl Bayramlının səhhəti pisləşib

Bakı/18.07.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlıda osteoartrit xəstəliyi kəskinləşib. Bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.


Siyasət   EN RU
2017 İyul 17 ( Bazar ertəsi )  15:59:00
 
Rebecca Harmes: “Əfqan Muxtarlı “zərərçəkən” kimi tanınmalıdır”

Bakı/17.07.17/Turan:"Gürcüstan hökuməti jurnalist Əfqan Muxtarlıya "zərərçəkən" statusu verməlidir". Gürcüstana səfər edən Avropa Parlamentinin deputatı, "Avronest"in rəhbəri Rebecca Harmes iyulun 17-də Tbilisidə keçirdiyi mətbuat konfransında belə deyib.


Cəmiyyət   EN RU
2017 İyul 14 ( Cümə )  17:51:36
 
Ombudsman Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov haqda

Bakı/14.07.17/Turan: "Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib". Ombudsman Aparatının Milli Preventiv Qrupu (MPQ) üzvlərinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına baş çəkməsi ilə bağlı qurumun yaydığı məlumatda belə deyilir.


Cəmiyyət   EN RU
2017 İyul 14 ( Cümə )  15:50:31
 
Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

Bakı/14.07.17/Turan: İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.


Cəmiyyət   EN RU
2017 İyul 12 ( Çərşənbə )  23:23:36
 
Muxtarlının xanımı gürcü polisinin araşdırmalarından narazıdır

Bakı/12.07.17/Turan: Həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı və gürcü vəkili iyulun 12-də Gürcüstanda açılmış cinayət işinin materialları ilə tanış olublar. Bu haqda jurnalistin xanımı Leyla Mustafayeva bildirib. O, aparılan araşdırmadan narazı olduqlarını deyib.


Cəmiyyət   EN RU
2017 İyul 11 ( Çərşənbə axşamı )  10:50:26
 
Əfqan Muxtarlı 16 kiloqram arıqlayıb

Bakı/11.07.17/Turan: 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb.


Cəmiyyət   EN RU
2017 İyul 08 ( Şəmbə )  12:24:59
 
Gözəl Bayramlı və Əfqan Muxtarlı səhhətindən şikayət edir

Bakı/08.07.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalst Əfqan Muxtarlının səhhətində problemlər var. "Kanal 13" İnternet resursun rəhbəri Əziz Orucova isə ailə üzvləri ilə görüşməyə imkan vermirlər. Bu barədə "Azadlıq" radiosuna vəkil Elçin Sadıqov məlumat verib. Vəkil onlarla Bakı İstintaq Təcridxanasında görüşüb.


Cəmiyyət   EN RU
2017 İyul 07 ( Cümə )  17:59:08
 
Əfqan Muxtarlının işilə bağlı daha bir jurnalist dindirilib

Bakı/07.07.17/Turan: İyulun 7-də jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində iki saat yarımdan artıq dindirilib. Bu haqda jurnalist özü bildirib.


Siyasət   EN RU
2017 İyul 07 ( Cümə )  16:39:08
 
Avropa məhkəməsi Əfqan Muxtarlının işinə prioritet qaydada baxacaq

Tbilisi/07.07.17/Turan: Avropa məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinə sürətləndirilmiş rejimdə baxacaq, Ə.Muxtarlının vəkili Arçil Çopikaşvili bildirib.