001 | 002 | 003 | 004 | 005 | 006 | 007 | 008 | 009 | 010 | 011 | 012 | 013 | 014 | 015 | 016
Maliyə2017
EN RU
2017 Dekabr 29 ( Cümə )  13:35:38
 
«2018-ci ildə dolların məzənnəsi 1,72 manat olacaq" - Mərkəzi Bankın proqnozu

Bakı/29.12.17/Turan: 2018-ci ildə Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcək. Bu barədə Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.


EN RU
2017 Dekabr 29 ( Cümə )  12:56:44
 
«Gələn il radikal islahatlar həyata keçiriləcək", Mərkəzi Bank

Bakı/29.12.17/Turan: Azərbaycan Mərkəzi Bankı nağdsız ödənişlərin genişləndirilməsi işlərini davam etdirəcək, deyə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  14:22:51
 
Valyuta hərracında dolların məzənnəsi dəyişməyib

Bakı/28.12.17/Turan: Cümə axşamı Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi dəyişməyib, 1.7001 manat səviyyəsində qalıb.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  14:10:17
 
2018-ci ildə ilk depozit hərracının büdcəsi 200 milyon manat olacaq

Bakı/28.12.17/Turan: Azərbaycan Mərkəzi Bankı 2018-ci il yanvarın 5-də keçiriləcək depozit üzrə hərracında 200 mln manat cəlb etməyi planlaşdırır.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  12:18:49
 
Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib

Bakı/28.12.17/Turan: Bakı Apellasiya Məhkəməsinin qərarı ilə lisenziyası dekabrın 23-də ləğv edilmiş "Dəmir Bank" ASC-nin iflas proseduruna başlanılıb.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  12:46:13
 
Yüksək tələb fonunda DQİ üzrə gəlirlilik artıb

Bakı/27.12.17/Turan: Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 26 dekabrda keçirilmiş hərracda özünəməxsus "anşlaq" qeydə alınıb: hərracda 25 investor iştirak edib və onlar 224 milyon manat məbləğində 57 sifariş verib. Bu, təklifdən (70 milyon manat) 3 dəfə çoxdur.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  12:25:46
 
««Dəmirbank»da 63 mln 500 min manat sığortalanan əmanət var», - Palata

Bakı/27.12.17/Turan: İlkin hesablamalara görə, "Dəmirbank"dakı sığortalanan əmanətlərin ümumi məbləği 63,5 milyon manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  16:25:05
 
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı müəyyən edilib

Bakı/26.12.17/Turan: İpoteka və Kredit Zəmanət Fondunun prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş nizamnaməsinə əsasən, Fondun nizamnamə kapitalı 466 milyon manat təşkil edəcək.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  13:32:35
 
«Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti var», - Əmanətlərin Sığortalanması Fondu

Bakı/26.12.17/Turan: Əmanətlərin Sığortalanması Fondu bildirir ki, lisenziyası dekabrın 23-də ləğv edilən "Dəmirbank"ın əmanətçilərinə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  13:31:07
 
Deputatın oğlu Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib

Bakı/26.12.17/Turan: Prezident İlham Əliyevin sərəncamı ilə Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  12:59:45
 
Bank “BTB” ASC nizamnamə kapitalını 66 450 000 manata qədər artırıb

Bakı/26.12.17/Turan: Bank "BTB" ASC hər birinin nominal dəyəri 1000 manat olan 14 450 ədəd adi, adlı, sənədsiz səhminin yerləşdirilməsinin başa çatdığını elan edib.


2017 Dekabr 25 ( Bazar ertəsi )  21:27:42
 
AGBank-ın bağlanmasına heç bir əsas yoxdur

AGBank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir. AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir. Bildiyiniz kimi, AGBank 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik"


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  16:51:40
 
Azərbaycanda “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti dayandırılıb

Bakı/25.12.17/Turan: Maliyyə Bazarlarına Nəzarət Palatası "MoneyPolo" pul köçürmə sisteminin Azərbaycan ərazisində fəaliyyətini dayandırıb.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  16:05:22
 
“Dəmirbank” əmanətçilərinin taleyi necə olacaq?

Bakı/25.12.17/Turan: Lisenziyaları ləğv edilmiş maliyyə qurumlarının çoxu ilə müqayisədə "Dəmirbank"ın iflası vətəndaşların və yerli sahibkarların xeyli itkisinə səbəb olacaq, çünki bankın bütün öhdəliklərinin dörddə biri - 117 mln yerli biznes və fiziki şəxslərin depozitlərdir, deyə iqtisadçı Rövşən Ağayev hesab edir.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  13:44:43
 
Mərkəzi Bank depozit hərracında 300 mln manat cəlb edib

Bakı/25.12.17/Turan: Mərkəzi Bank bazar ertəsi depozit hərracında 300 mln manat cəlb edib. Tələblə təklif üst-üstə düşüb.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  13:34:01
 
Vüqar Bayramov: “Bankların müflis elan edilməsi bank sisteminə inamı azaldır”

Bakı/25.12.17/Turan: "Dəmirbank"ın bağlanması gözlənilən idi. Çünki xeyli müddətdir ki, bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi", - iqtisadçı Vüqar Bayramov Facebook səhifəsində yazıb.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  12:06:45
 
Bankların süqutu davam edəcək

Bakı/25.12.17/Turan: 2015-ci ilin sonu və bütövlükdə 2016-cı ili bankların süqut dövrü adlandırmaq olar. Bu dövrdə ümumilikdə, Azərbaycanda fəaliyyət göstərən 44 bankın 13-ü Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə bağlanıb. Cümə günü bu qurum "DəmirBank" ASC-nin lisenziyasını ləğv edərək, bankların sayını 30-a endirdi.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  11:08:32
 
“DəmirBank”ın bağlanması digər bankların da ləğv ediləcəyini göstərir

Bakı/25.12.17/Turan: 22 dekabr 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının "DəmirBank" ASC-nin lisenziyasını ləğv etməsi bankın işçiləri üçün gözlənilməz oldu. Çünki bankın rəhbərliyi vakansiyalar elan edilmişdi, yəni yeni mütəxəssisləri işə götürmək niyyətində idi. Bankın internet səhifəsi isə kredit təklifi üzrə reklam yayımlamışdı.


EN RU
2017 Dekabr 22 ( Cümə )  14:04:50
 
«Fitch» agentliyi 2018-ci ildə Azərbaycanın bank sektorunun mənfi proqnozunu saxlayıb

Bakı/22.12.17/Turan: Azərbaycanın bank sektorunun 2018-ci il üçün mənfi proqnozu saxlanılır. Bu barədə beynəlxalq reytinq agentliyi "Fitch"in MDB və Gürcüstanın bank sektoru üzrə hesabatında qeyd olunur.


EN RU
2017 Dekabr 22 ( Cümə )  12:43:51
 
Növbəti depozit hərracının büdcəsi 300 mln manat olacaq

Bakı/22.12.17/Turan: Dekabrın 25-də depozit hərracında Mərkəzi Bank 300 mln manat cəlb etməyi planlaşdırır.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  17:21:50
 
Maliyyə Nazirliyinin 70 milyon manatlıq istiqrazı qalıb

Bakı/21.12.17/Turan: Maliyyə Nazirliyi dövlət büdcəsinin kəsirini örtmək üçün 30 milyon manatlıq yarımillik istiqrazlar yerləşdirərək 28 milyon 340 min manat cəlb edib. Bəzi investorlar istiqrazları illik 14%-lə satın ala bilib. Bu barədə Bakı Fond Birjası məlumat verib.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  15:48:15
 
Susmaq qızıl olmayanda

Bakı/21.12.17/Turan: Banklar ekspertləri və mətbuatı susmağa məcbur etdi. Amma bu, vəziyyəti xilas etmədi. Onların kredit dərəcələri düşməkdə davam edir. Moody's Investors Service Baş Prokurorluğun bu ilin yayında gurultulu insidentinə qarışmalı olduğu "Bank of Baku" və "Bank Respublika"nın kredit reytinqlərini yenidən aşağı salıb.Xatırladaq ki, bu ilin iyul ayında "Bank of Baku" və "Bank Respublika"da vəziyyətlə bağlı mətbuata açıqlamalarına görə ölkənin aparıcı bank mütəxəssisi Əkrəm Həsənov Respublika Baş Prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsinə çağırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət 3 bank tərəfindən verilmişdi - "VTB", "Bank of Baku" və "Bank Respublika" (bu günlərdə məhz ......


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  15:46:06
 
"Azərbaycan bankları investisiya xidmətləri göstərəcəklər", - Palata

Bakı/21.12.17/Turan: Azərbaycan bankları investisiya xidmətləri göstərəcək.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  14:26:53
 
“2015-ci ildə baş vermiş iki devalvasiya hələ də iqtisadiyata təsirini göstərməkdə davam edir”, - deputat Vahid Əhmədov

Bakı/21.12.17/Turan: 2015-ci ildə baş vermiş iki devalvasiya ötən iki il ərzində maliyyə sahəsinə və bütünlükdə iqtisadiyata təsirini göstərməkdə davam edir, - deyə deputat Vahid Əhmədov "Turan"a bildirib.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  13:16:53
 
Neft-qaz sektoru 9 ay ərzində xarici valyuta mədaxilinin 40,5%-i udub

Bakı/21.12.17/Turan: Neft-qaz sektoru təkcə xarici valyuta mənfəətinin ən böyük mənbəyi deyil, eyni zamanda hökumətin xərclərinin ən mühüm elementlərindən biridir.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  15:55:01
 
"Moody's" beynəlxalq agentliyi “VTB Bank (Azərbaycan)”ın reytinqini geri çağırıb

Bakı/20.12.17/Turan: Moody`s beynəlxalq reytinq agentliyi "VTB Bank (Azərbaycan)" kredit reytinqini geri çağırmaq qərarına gəlib.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  12:26:22
 
"Moody's" agentliyi "Bank Respublika" və "Bank of Baku"nun reytinqini aşağı salıb

Bakı/20.12.17/Turan: Moody's beynəlxalq reytinq agentliyi iki Azərbaycan bankının - "Bank Respublika" və "Bank of Baku"nun uzunmüddətli depozit reytinqini və kreditləşmə üzrə baza qiymətləndirilməsini azaldıb.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  11:32:06
 
Baku Collecting Agency üçün qanun yazılmayıb?

Qüvvəyə minən yenilənmiş qanunvericiliklə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası banklara kollektorlarla əməkdaşlığın qanunsuz olması haqqında xəbərdarlıq edib. Amma ölkədə ən böyük kollektor agentliklərindən biri - Baku Collecting Agency (BOA) fəaliyyətini davam etdirməyi planlaşdıraraq, işçi qəbulu elan edib.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  14:47:12
 
11 müflis bankın əmanətçilərinə 747 milyon 943 min manat məbləğində kompensasiya verilib

Bakı/19.12.17/Turan: Əmanətlərin Sığortalanması Fondu 11 müflis bankın əmanətçilərinə 747 milyon 943 min manat kompensasiya ödəyib.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  14:38:50
 
“Bakı Kristal Zalı”nın əmlakı sığortalanıb

Bakı/19.12.17/Turan: "Bakı Kristal Zalı" MMC dekabrın 13-də icbari sığortası üzrə müqavilə bağlayıb. Bu, 2012-ci ildə istifadəyə verilmiş idman və əyləncə kompleksinin əmlakın icbari sığortası xidməti üzrə ilk müqaviləsidir.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  12:58:21
 
Dolların məzənnəsi dəyişməyib

Bakı/19.12.17/Turan: Çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi dəyişməyib, 1.7001 manat səviyyəsində qalıb.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  12:28:46
 
Dörd müflis bankın əmlakı hərrac yolu ilə satışa çıxarılıb

Bakı/19.12.17/Turan: Əmanətlərin Sığortalanması Fondu (ADIF) dörd müflis bankın balansındakı əmlakları hərrac yolu ilə satışa çıxarır.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  11:29:09
 
BFB üzvləri türkiyəli həmkarlarından birja ticarəti öyrənir

Bakı/19.12.17/Turan: Azərbaycan fond bazarının bir qrup nümayəndəsi 18 dekabrdan İstanbul Fond Birjasında müxtəlif maliyyə alətləri, eləcə də qiymətli metallar və daşlar ticarətinin təşkili üzrə praktik məşğələlərə başlayıb.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  16:22:39
 
“Paşa Həyat Sığorta” şirkəti sığorta haqları və ödənişlər üzrə liderdir

Bakı/18.12.17/Turan: 2017-ci ilin ilk 11 ayında "Paşa Həyat Sığorta" sığorta haqları üzrə lider olub. Şirkət hesabat dövründə 136 mln 797 min 912 manat topalyıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında bildirilir.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  15:57:10
 
Sığorta yığımının həcmi il ərzində 55 mln 721,456 min manat artıb

Bakı/18.12.17/Turan: 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 504,234,798 milyon manat sığorta haqqı toplayıb, deyə Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  14:40:36
 
Unibankın istiqrazları birja listinqinə daxil edilib

Bakı / 18.12.17 / Turan: Bakı Fond Birjası dekabrın 18-də Unibank ASC-nin faizli istiqrazlarını listinqə daxil edib. Qiymətli kağızların yerləşdirilməsi yaxın bir neçə gündə başlayacaq.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  14:15:39
 
Vəkil “Texnikabank” və “Zaminbank”ın kreditorlarını Kreditorlar Komitəsi yaratmağa çağırıb

Bakı/18.12.17/Turan: "Texnikabank" və "Zaminbank"ın kreditorları mənə tez-tez müraciət edirlər ki, bankda qalmış pullarından səs-soraq yoxdur. Əmanətlərin Sığortalanması Fondu onlara heç bir məlumat vermir", - banklar üzrə ekspert, vəkil Əkrəm Həsənov Facebook səhifəsində yazıb.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  13:25:15
 
Mərkəzi Bank depozit hərracında istədiyi vəsaiti cəlb edə bilməyib

Bakı/18.12.17/Turan: Mərkəzi Bankın növbəti depozit hərracında 200 mln manat büdcəyə qarşı 180,10 mln manat cəlb edib.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  11:38:41
 
ABB-nin Avropadakı problemli kreditləri üzrə iddia hüququ satılır

Bakı/18.12.17/Turan: "Aqrarkredit" dövlət bank olmayan kredit təşkilatı Azərbaycan Beynəlxalq Bankı qarşısında 2 milyon 10 min 316 avro və 86 milyon 993 min 441 ABŞ dolları məbləğində iki əvvəlki borc öhdəlikləri üzrə iddia hüquqlarını satışa çıxarıb.


EN RU
2017 Dekabr 15 ( Cümə )  14:14:09
 
«8 bankın sağlamlaşdırılmasına ehtiyac var», - Vüqar Bayramov

Bakı/15.12.17/Turan: Öz funksiyalarını tam və ya qismən yerinə yetirməyən bankların sayı artmaqdadır.


EN RU
2017 Dekabr 15 ( Cümə )  13:49:33
 
"Beynəlxalq Bankın əmanətçiləri faiz dərəcəsinin azaldılması ilə bağlı şikayət etməlidirlər" – Əkrəm Həsənov

Bakı/15.12.17/Turan: Bankın eksperti Əkrəm Həsənov Beynəlxalq Bankın investorlarına xarici valyutada depozitlər üzrə faiz dərəcəsinin 2%-dək azalması ilə bağlı şikayətlə banka müraciət etməyi təklif edib.


EN RU
2017 Dekabr 15 ( Cümə )  12:42:55
 
Maliyyə Bazarlarına Nəzarət Palatası Xüsusi Dövlət Mühafizə Xidməti ilə memorandum imzalayıb

Bakı/15.12.17/Turan: Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə anlaşma memorandumu imzalayıb.


EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  17:10:50
 
Problemli kreditlər: psixoloji hədd keçilib

Azərbaycanın bank sistemi tamamilə çökməsə də, rəsmi statistikaya görə fikir yürütsək, belə bir kədərli ssenari tamamilə istisna edilmir. Ölkənin Mərkəzi Bankı (AMB) bu sahədə işlərin vəziyyətinə dair növbəti hesabatını yayıb. Sənəddə qeyd olunur ki, əhalinin bank əmanətləri ilin əvvəli ilə müqayisədə 2,3% azalıb. Hesabat dövründə əmanətlərin həcmi 7 milyard 280,1 milyon manat təşkil edib.


EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  13:31:14
 
Dolların məzənnəsi dəyişməz qalıb, avro bahalaşıb

Bakı/14.12.17/Turan: Cümə axşamı Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi dəyişməz qalıb - 1,7001 manat.


EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  12:25:30
 
«Unibank» nizamnamə kapitalını artırır

Bakı/14.12.17/Turan: "Unibank" nizamnamə kapitalını 10 milyon manat artırdığını açıqlayıb.Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında dərc edilən məlumata görə, dekabrın 13-də bankın hər birinin nominalı 2,72 manat olan 3 milyon 676 min 471 səhmi qeydiyyata alınıb.


EN RU
2017 Dekabr 13 ( Çərşənbə )  14:58:25
 
“Bank BTB" nizamnamə kapitalını artırır

Bakı/13.12.17/Turan: "Bank "BTB" dekabrın 29-da səhmdarların növbədənkənar iclasını keçirəcək.


EN RU
2017 Dekabr 13 ( Çərşənbə )  13:34:57
 
Ekspertlərin fikrincə, FED-in qərarı manata təsir etməyəcək

Bakı/13.12.17/Turan: Analitiklərin fikrincə, iki gün davam edən müzakirələrdən sonra ABŞ Federal Ehtiyatlar Sistemi Direktorlar Şurasının sədri Canet Helen dekabrın 13-də saat 23: 30-da ölkədəki mövcud iqtisadi vəziyyəti qiymətləndirərkən uçot dərəcəsinin dördə bir artırıldığını elan edəcək.


EN RU
2017 Dekabr 13 ( Çərşənbə )  11:14:32
 
“Topaz Investments”in “Nikoil Bank”da payı 93%-dən çoxdur

Bakı/13.12.17/Turan: "Topaz İnvestments" QSC "Nikoil Bank" ASC-nin 35,5 milyon manatlıq səhmlərini alıb. Bu əqddən sonra bankın kapitalında şirkətin payı 93,16% təşkil edir. Bu barədə informasiyaların elektron açıqlanması sistemində məlumat verilir.


EN RU
2017 Dekabr 13 ( Çərşənbə )  11:07:25
 
“MET-AK” MMC 2 milyon manatlıq istiqraz buraxıb

Bakı/13.12.17/Turan: Maliyyə Bazarlarına Nəzarət Palatası "MET-AK" istehsal şirkətinin qiymətli kağızlarının emissiyasını qeydiyyatdan keçirib. Bu barədə Bakı Fond Birjası məlumat verir.


EN RU
2017 Dekabr 13 ( Çərşənbə axşamı )  10:57:15
 
İki illik dövlət istiqrazları üzrə gəlirlilik 2% artıb

Bakı/13.12.17/Turan: Dekabrın 12-də Bakı Fond Birjasında keçirilən hərracda iki illik dövlət istiqrazları üzrə gəlirlilik 13,48% səviyyəsində müəyyən edilib. Bu, əvvəlki hərracda olduğundan 1,85% çoxdur.


EN RU
2017 Dekabr 12 ( Çərşənbə axşamı )  12:46:07
 
Dolların məzənnəsi artıb, avro enib

Bakı/12.12.17/Turan: Çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi cüzi artıb- 1,7000 manatdan 1,7001 manata yüksəlib.