001 | 002 | 003 | 004 | 005 | 006 | 007 | 008 | 009 | 010 | 011 | 012 | 013 | 014 | 015 | 016 | 017 | 018 | 019 | 020 | 021 | 022 | 023 | 024 | 025 | 026 | 027 | 028
Siyasət2017
EN RU
2017 Dekabr 30 ( Şəmbə )  21:52:30
 
DTX: Beynəlxalq axtarışa verilən kibercinayətkar qrupun üzvlərindən biri Azərbaycana ekstradisiya edilib

Bakı/30.12.17/Turan: Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3 milyon manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  16:36:28
 
İlham Əliyev M.Vardinoyannis, R.İlatov və D.Kıdırəlini “Dostluq” ordeni ilə təltif edib

Bakı/28.12.17/Turan: Azərbaycan prezidenti İlham Əliyev bu gün üç əcnəbi vətəndaşın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  15:31:35
 
Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazırdır - Ə.Həsənov

Bakı/28.12.17/Turan: Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə və yerli erməni əhalinin hüquqlarına zəmanət verməyə hazırdır. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində bildirib.


EN RU
2017 Dekabr 28 ( Çərşənbə )  10:55:34
 
Üç kresloda oturmaq rahatdır

Bakı/28.12.17/Turan: 2018-ci ildə Milli Məclisin saxlanması xərclərinə - büdcə layihəsində nəzərdə tutulan 25 milyon 432 min manata əlavə olaraq 1,2 milyon manatın ayrılacağı barədə bəzi agentliklərin məlumatları deputatların maaşlarının artırılmasına dair şayiələrə səbəb olub. Hətta artımın konkret məbləği açıqlanıb - 800 manat. Profil komitələrin sədrləri, vitse-spiker və parlamentin spikeri üçün daha sanballı məbləğ söylənilir.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  11:18:57
 
Qeyri-formal sammit qarşılıqlı təbriklərlə başa çatıb

Bakı/27.12.17/Turan: Dekabrın 26-da Novo-Oqoryevoda MDB dövlət başçılarının qeyri-formal sammiti keçirilib. Görüş iştirakçıları müxtəlif sahələrdə əməkdaşlıq və inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Ren.tv bildirib.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  18:13:28
 
İ.Əliyev: Azərbaycançılıq ideyası ətrafında sıx birləşməliyik

Bakı/25.12.17/Turan: Dövlət başçısı İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrik ünvanlayıb.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  17:40:15
 
İlham Əliyev MDB-nin qeyri-formal sammitində iştirak edəcək

Bakı/25.12.17/Turan: Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı MDB dövlət başçılarının qeyri-formal sammitində iştirak edəcək.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  13:13:48
 
Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası yaradılıb

Bakı/25.12.17/Turan: Amerikanın Kaliforniya ştatında yerli azərbaycanlıların dostluq assosiasiyası yaradılıb.


2017 Dekabr 23 ( Şəmbə )  23:39:38
 
Azərbaycanlı siyasi məhbusların şəkilləri Avropa küçələrini bəzədi! Foto+Video (Yenilənib)

Bu gün Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) "Siyasi məhbuslara azadlıq!" tələbi ilə növbəti aksiyasını keçirib.


EN RU
2017 Dekabr 23 ( Şəmbə )  13:11:35
 
İlham Əliyev Gürcüstan DİN başçısını qəbul edib

Bakı/23.12.17/Turan: Azərbaycan prezidenti İlham Əliyev bu gün Gürcüstan hökumət başçısının müavini, DİN başçısı Georgi Qaxarianini qəbul edib.


EN RU
2017 Dekabr 23 ( Şəmbə )  11:15:58
 
Amerikalı senator Əfqan Muxtarlıya qarşı ittihamları ləğv etməyə çağırıb

Bakı/23.12.17/Turan: Nüfuzlu Amerika senatoru Marko Rubio Azərbaycan hakimiyyətini həbs edilmiş jurnalist Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etməyə çağırıb.


EN RU
2017 Dekabr 22 ( Cümə )  17:37:23
 
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru təyin edilib

Bakı/22.12.17/:Turan: Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.


EN RU
2017 Dekabr 22 ( Cümə )  16:40:59
 
Dini icmaların sayı 793 oldu

Bakı/22.12.17/Turan: Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu haqda komitənin məlumatında deyilir.


EN RU
2017 Dekabr 22 ( Cümə )  15:35:27
 
Prezident İlham Əliyev: “Bu tədbirlər həmrəyliyə xidmətdir”

Bakı/22.12.17/Turan: Bu gün prezident İlham Əliyev Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib.


EN RU
2017 Dekabr 22 ( Cümə )  14:00:34
 
Lənkəran polisindən müsavatçıya xəbərdarlıq

Bakı/21.12.17/Turan: Müsavat Partiyası Lənkəran şəhər təşkilatının sədri İman Əliyevə polisdə xəbərdarlıq edilib. Bu, müsavatçının dalbadal iki gün Lənkəran Polis İdarəsində sorğu-sual edilməsindən sonra baş verib. Bu haqda Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.


EN RU
2017 Dekabr 22 ( Cümə )  13:02:56
 
Gürcüstanın maliyyə naziri tranzit layihələrinin təfsilatını müzakirə edir

Bakı/22.12.17/Turan: Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze cümə günü Bakıya gəlib. O, burada ikitərəfli əməkdaşlığın genişləndirilməsi və tranzit layihələrinin həyata keçirilməsi haqqında danışıqlar aparacaq, xəbəri Gürcüstan KİV-ləri yayıb.


EN RU
2017 Dekabr 22 ( Cümə )  12:48:59
 
Siyasi Məhbusların Monitorinq Mərkəzi ilin hüquq müdafiəçisini elan edib

Bakı/23.12.17/Turan: Azərbaycanda Siyasi Məhbusların Monitorinq Mərkəzi "2017-ci ilin Hüquq Müdafiəçisi" mükafatını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa təqdim edib.


EN RU
2017 Dekabr 22 ( Cümə )  12:31:12
 
RATİ Azərbaycanda fərqli düşünənlərin təqibi haqqında

Bakı/23.12.17/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanın aparıcı internet tənqidçiləri - tanınmış anti-korrupsiya bloggeri Mehman Hüseynova və Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı çıxarılmış siyasi motivli hökmlərə görə Azərbaycan hakimiyyətini qınayır. Təşkilat Hüseynov və Orucovun dərhal azad edilməsini tələb edir.


EN RU
2017 Dekabr 22 ( Cümə )  11:38:09
 
İlqar Məmmədovun işi üzrə qərar təxirə salınır?

Bakı/22.12.17/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə və İlqar Məmmədovun vəkilinə məktub göndərib.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  18:01:53
 
Prezident İlham Əliyev: “Azərbaycanda milli, dini zəmində problem yoxdur”

Bakı/21.12.17/Turan:"Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rol oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni, həm də bu gün siyasi baxımdan bir körpü rolunu oynayır", - prezident İlham Əliyev "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  16:12:00
 
Rusiyada “böyük güc” ovqatı maksimum həddə çatıb

Moskva/21.12.17/Turan: Rus xalqının dünya tarixində xüsusi əhəmiyyətə malik olduğuna əmin olan rusların sayı bütün araşdırmalar dövründə maksimum həddə çatıb - respondentlərin 64% -i belə düşünür, Levada Mərkəzi bildirib. Rusların da digər xalqlar kimi olduğunu düşünənlər isə 32%-dir.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  13:14:32
 
Georgi Kvirikaşvili: Əfqan Muxtarlı hadisəsi ciddi uğursuzluqdur

Bakı/21.12.17/Turan: Jurnalist Əfqan Muxtarlının başına gələn hadisə rəsmi Tbilisi üçün ciddi uğursuzluq idi, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili etiraf edib.


EN RU
2017 Dekabr 21 ( Cümə axşamı )  11:14:39
 
Türkiyə baş naziri Naxçıvanda qısa səfərdə olub

Bakı/21.12.17/Turan: Çərşənbə günü axşam saatlarında Türkiyə baş naziri Binali Yıldırım Banqladeşdən dönərkən yolüstü Naxçıvanda qısa səfərdə olub.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  17:10:01
 
Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyannamə

Bakı/20.12.17/Turan: Azərbaycan, Türkiyə və İran terrorizm, separatism və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Bu barədə Azərbaycan, Türkiyə, Iranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı bəyannaməsində deyilir.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  16:41:32
 
Prezident İlham Əliyev Malkolm Honlaynı qəbul edib

Bakı/20.12/17/Turan: Bu gün prezident İlham Əliyev Amerika yəhudi təşkilatları prezidentlərinin konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  16:39:27
 
Prezident İlham Əliyev Türkiyə və İran XİN rəhbərlərini qəbul edib

Bakı/20.12.17/Turan: Bu gün prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlunu qəbul edib.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  15:59:08
 
“Sərhədsiz reportyorlar” təşkilatı: 2017-ci ildə 65 jurnalist həlak olub, 326 jurnalist həbsdədir

Bakı/20.12.17/Turan: "Sərhədsiz reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı başa çatmaqda olan ildə dünyada jurnalistlərə qarşı repressiyalara dair hesabatı dərc edib.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  13:41:09
 
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü yanvarın ortalarına planlaşdırılır

Bakı/20.12.17 /Turan: Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yanvarın ortalarında Avropa ölkələrindən birində keçirilməsi nəzərdə tutulur. Bu barədə bu gün Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib.


EN RU
2017 Dekabr 20 ( Çərşənbə )  13:23:58
 
Bakı, Ankara və Tehran BMT Baş Assambleyasında Qüdslə bağlı vahid mövqedən çıxış edəcəklər (YENİLƏNİB)

Bakı/20.12.17/Turan: Bu gün Azərbaycan, İran və Türkiyə XİN başçılarının Bakıda keçirilən görüşündə ABŞ prezidenti Donald Trampın Qüdsə İsrailin paytaxtı kimi tanıması və Amerika səfirliyini bu şəhərə köçürməsi ilə bağlı vəziyyətə toxunulub. "Biz Fələstin və İsrail məsələsini müzakirə etdik. Bu məsələni də (Qüdsün İsrailin paytaxtı kimi tanınması - red.) müzakirə etdik və hesab edirik ki, bu məsələni belə hətt etmək olmazdı", deyə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  22:56:36
 
Arlem Dezir Azərbaycan hakimiyyətini jurnalistlərin təqibinə son qoymağa çağırıb

Bakı/19.12.17/Turan: ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir Kanal-13 internet televiziyasının direktoru Əziz Orucov haqqında hökmlə bağlı ciddi narahatlığını bildirib.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  17:14:59
 
Zakir Həsənov Anjey Kaspşiki qəbul edib

Bakı/19.12.17/Turan: Dekabrın 19-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  14:17:11
 
Çexiyaya gedən azərbaycanlı turistlərin sayı azalır

Bakı/19.12.17/Turan: Son illər Çexiyanın Bakıdakı səfirliyinin Azərbaycan vətəndaşlarına verdiyi uzunmüddətli (90 gündən çox) vizaların sayı artır. Bu barədə bugünki mətbuat konfransında konsul Yosef Boqaç bildirib.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  12:42:26
 
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri görüşəcək

Bakı/19.12.17/Turan: Dekabrın 20-də Bakı şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif, Mevlut Çavuşoğlunun üçtərəfli görüşü keçiriləcək.


EN RU
2017 Dekabr 19 ( Çərşənbə axşamı )  11:48:43
 
Məhkəmə Vergilər Nazirliyinin Turan-a qarşı 38 min manatlıq iddiası ilə bağlı qərarı ləğv edib

Bakı/19.12.17/Turan: Dekabrın 19-da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədova Lokal Vergilər Departamentinin Turan agentliyinə qarşı yenidən 38 min manat borc və cərimə hesablanması haqqında 15 sentyabr 2017-ci il tarixli qərarını ləğv edib.


2017 Dekabr 18 ( Bazar ertəsi )  18:21:30
 
Prezident İlham Əliyev: “İdman, sadəcə, bir sahə deyil”

Bakı/18.12.17/Turan:"Mən şadam ki, gənc idmançılarımız bizi qələbələrlə sevindirirlər. Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil", - prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan tədbirdə deyib.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  17:34:57
 
5 müxalifətçinin işi Avropa məhkəməsində

Bakı/18.12.17/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 7 Azərbaycan vətəndaşının göndərdiyi şikayəti araşdırmağa başlayıb. Şikayətçilər Bakıda müxalifətçilərin keçirdikləri etiraz aksiyalarında saxlanılanlar və mülkiyyət hüququnun pozulduğunu iddia edənlərdir. Bu barədə AİHM-in məlumatında bildirilir.


EN RU
2017 Dekabr 18 ( Bazar ertəsi )  11:51:27
 
Azərbaycanın HSK müəssisələrində 1200 növ məmulat istehsal olunur

Bakı/18.12.17/Turan: Azərbaycanın müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal olunan məmulatların növləri isə 1200-ə çatıb.


EN RU
2017 Dekabr 17 ( Bazar )  17:10:12
 
Azərbaycan öz istehsalı olan zərbəçi pilotsuz uçan aparatları sınaqdan çıxarmağa başlayıb

Bakı/17.12.17/Turan: Azərbaycan kumilyativ başlıqlı pilotsuz uçan aparatların ilk sınaqlarına başlayıb. Bu barədə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun bazar günü rəsmi mətbuatda dərc olunmuş "Azərbaycanın müdafiə sənayesi ən müasir və mükəmməl inkişaf mərhələsində" adlı geniş məqaləsində deyilir.


EN RU
2017 Dekabr 17 ( Bazar )  13:00:56
 
Seçki Məcəlləsində nələri dəyişirlər?

Bakı/16.12.17/Turan: Ölkə parlamenti Seçki Məcəlləsinə dəyişikliklər etməyə hazırlaşır. Dəyişiklik təkliflərini Milli Məclisin saytı yayıb.


EN RU
2017 Dekabr 16 ( Şəmbə )  13:24:49
 
İran-Ermənistan sərhəddində azad iqtisadi zona açılıb

Bakı/16.12.17/Turan: Dekabrın 15-də İran-Ermənistan sərhəddində Mehri şəhərində azad iqtisadi zonanın (AİZ) açılışı olub.


EN RU
2017 Dekabr 15 ( Cümə )  18:14:25
 
"ReAl" qurultayın keçirilməsini qeyri-müəyyən vaxta qədər təxirə salıb (yenilənib)

"ReAl" və Müsavat rəhbərliyi arasındakı müzakirələrin nəticələrinə görə "ReAl"ın qurultayının qeyri-müəyyən vaxta qədər təxirə salınması barədə qərar qəbul edilib. Bu barədə Turan-a "ReAl"ın icraçı direktoru Natiq Cəfərli bildirib.


EN RU
2017 Dekabr 15 ( Cümə )  15:07:47
 
Arif Hacılı ReAl-ın qurultayı ilə bağlı MCMBİ-yə çağırılıb

Bakı/15.12.17/Turan: Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) çağırılıb.


EN RU
2017 Dekabr 15 ( Cümə )  15:03:09
 
Siyavuş Novruzov SQ-yə parlament və vətəndaş nəzarətinin əleyhinədir

Bakı/15.12.17/Turan: Dekabrın 15-də parlamentin plenar iclasında "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı müdafiə nazirinin hərbiçi və ya mülki şəxs olması ilə bağlı mübahisə yaranıb.


EN RU
2017 Dekabr 15 ( Cümə )  14:11:04
 
AXCP prokurorluğu təkzib edir

Bakı/15.12.17/Turan: Azərbaycan prokurorluğu AXCP sədri Əli Kərimlinin bacanağı Rauf Hüseynovun barəsində beynəlxalq axtarış elan edib. O, xaricdə siyasi sığınacaq almaq üçün saxta sənəd düzəltməkdə ittiham olunur.


EN RU
2017 Dekabr 15 ( Cümə )  13:01:58
 
Prezident İlham Əliyev Sumqayıta gedib

Bakı/15.12.17/Turan: Cümə günü prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.


EN RU
2017 Dekabr 15 ( Cümə )  11:27:37
 
Müsavat Partiyasına xəbərdarlıq edilib

Bakı/15.12.17/Turan: Əmlak Komitəsinin xəbərdarlığı REAL Hərəkatının Müsavat Partiyasının qərargahında qurultay keçirəcəyi ilə bağlı məlumatından bir gün sonraya təsadüf edir.


EN RU
2017 Dekabr 15 ( Cümə axşamı )  09:59:59
 
Senator Dik Durbin Mehman Əliyevlə görüşüb

Vaşinqton/15.12.17/Turan: Vaşinqton Azərbaycan hökumətinin Turan agentliyinə və digər KİV-lərə qarşı təzyiq faktlarının monitorinqini davam etdirəcək. Bu fikir Turan agentliyinin direktoru Mehman Əliyevin Vaşinqton səfəri zamanı onun rəsmi şəxslər və mətbuat azadlığı sahəsini təmsil edən təşkilatların nümayəndələri ilə görüşündə səslənib.


EN RU
2017 Dekabr 15 ( Cümə axşamı )  00:56:47
 
Azərbaycana İlqar Məmmədovu azad etmək üçün son imkan verilir

Bakı/15.12.17/Turan: Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) mətbuat üçün açıqlamasında deyilir ki, qurum Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başlayıb.


EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  17:06:32
 
Beynəlxalq ictimaiyyət Azərbaycanda mətbuata təzyiqə son qoyulmasını tələb etməlidir - SR

Paris/14.12.17/Turan: Azərbaycanda jurnalist ƏFqan Muxtarlıya qarşı məhkəmə prosesinin başlaması ilə əlaqədar "Sərhədsiz Reportyorlar" təşkilatı bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətindən azadlıqda qalan azsaylı müstəqil jurnalistlərin təqibinə son qoymağı tələb etməyə çağırıb.


EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  17:01:52
 
Arif Hacılı MCMBİ-yə çağırılıb

Bakı/14.12.17/Turan: Müsavat Partiyasının başqanı Arif Hacılı dekabrın 15-i saat 14:00-da Azərbaycan DİN Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.


EN RU
2017 Dekabr 14 ( Cümə axşamı )  13:29:10
 
Prezident İlham Əliyev britaniyalı naziri qəbul edib

Bakı/14.12.17/Turan: Bu gün prezident İlham Əliyev Bakıda səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası iqtisadi komissiyanın həmsədri baronessa Rona Feyrhedi qəbul edib.