001 | 002
Cəmiyyət2018
EN RU
2018 Yanvar 16 ( Çərşənbə axşamı )  19:16:45
 
Agdaşda yol polisi ilə mübahisə edən özünü yandırıb

Bakı/16.01.18/Turan: Ağdaş rayonunun Xosrov kənd sakini Həsənağa Söhbətov bu gün, yanvarın 16-sı rayon mərkəzində üzərinə benzin tökərək özünü yandırıb. Onun Dövlət Yol Polisi əməkdaşları ilə mübahisə zəmnində intijhara cəhd etdiyi bildirilir.


EN RU
2018 Yanvar 16 ( Çərşənbə axşamı )  18:40:57
 
2 saylı koloniyada İlqar Məmmədova sənədləri verməyiblər

Bakı/16.01.18/Turan: "Dünən mən İlqar Məmmədovu Avropa İnsan Hüquqları Məhkəməsində hər iki iş üzrə mənimlə yanaşı təmsil etməyə razılıq verən tanınmış britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərdim. Bu zaman birmənalı şəkildə göstərdim ki, bu, məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır.


EN RU
2018 Yanvar 16 ( Çərşənbə axşamı )  18:35:28
 
Fikrət Hüseynlinin məhkəməsi gecikdirilir

Bakı/16.01.18/Turan: Kiyev Şəhər Apellyasiya Məhkəməsinin azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlinin işi üzrə prokurorluğun protesti ilə bağlı yanvarın 16-da Kiyev vaxtı ilə saat 11.30-a təyin etdiyi məhkəmə iclası hələ baş tutmayıb. Bu barədə Turan-a hazırda məhkəmə binasında gözləyən Fikrət Hüseynli bildirib.


EN RU
2018 Yanvar 16 ( Çərşənbə axşamı )  17:30:58
 
Əli İnsanov: “Mənə qarşı siyasi repressiya amansızlıqla davam etdirilir”

Bakı/16.01.18/Turan: "Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiya amansızlıqla davam etdirilir. Bu gün Azərbaycan Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimin sındırılmasına yönəlmiş belə qərarlar məni haqq yolundan döndərə bilməz", -keçmiş səhiyyə naziri Əli İnsanov vəkili Toğrul Babayevin vasitəsilə Ali Məhkəmənin qərarına münasibətini bildirib.


EN RU
2018 Yanvar 16 ( Çərşənbə axşamı )  11:56:58
 
Media-icmal 16.01.18

Ölkədə qeyri-neft sektorunun inkişafı, bank sistemində böhranın dərinləşməsi, iqtidarın tənqidlərə baxışı bugünki (16 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır...


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  18:01:34
 
Polis 32 kiloqram narkotik vasitə aşkar edərək götürüb

Bakı/15.01.18/Turan: Daxili işlər orqanları yanvarın 13-14-də ümumi çəkisi 32 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 4 kiloqram heroin, 5 kiloqrama yaxın tiryək və 23 kiloqrama yaxın marixuananı götürərək dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  16:21:30
 
Azərbaycanda uşaq ölümü 3 dəfə azalıb

Bakı/15.01.18/Turan: Gəncə Şəhər Səhiyyə İdarəsinin müşavirəsində Azərbaycanda uşaq ölümünün azaldığı bildirilib.


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  16:06:38
 
RATİ Əfqan Muxtarlının barəsində hökmü pisləyib

Bakı/15.01.18/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) araşdırmaçı jurnalist Əfqan Muxtarlının barəsində siyasi motivli hökmü pisləyib və onun dərhal azadlığa buraxılmasını tələb edib.


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  15:54:26
 
Vəkil: “Arif Kazımov və Səfa Poladov alçaldıcı rəftara məruz qalıblar”

Bakı/15.01.18/Turan: "Penitensiar Xidmətin həbsxanasında saxlanılan Səfa Poladov və Arif Kazımov hazırda dəmirin üstündə yatırlar. Həbsxana rəisi onları ölümlə hədələyib. Alçaldıcı rəftara məruz qalıblar. Arif Kazımov baş verənlərdən bezərək intihar edib (amma həbsxana əməkdaşları intiharın qarşısını alıblar)". Bu barədə vəkil Elçin Sadıqov yanvarın 13-də Penitensiar Xidmətin həbsxanasında Səfa Poladov və Arif Kazımovla görüşdükdən sonra Facebook səhifəsində yazıb.


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  14:53:20
 
2017-ci ildə Azərbaycanda 26.113 cinayət qeydə alınıb

Bakı/15.01.18/Turan: 2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.113 cinayət qeydə alınıb. Onların 93,1%-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiyasında ......


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  13:07:07
 
Siyasi məhbusların yenilənmiş siyahısında 161 nəfər var

Bakı/15.01.18/Turan: Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) Azərbaycanda siyasi məhbuslar siyahısını yeniləyib. SMMM-nin Turan-a "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevdən daxil olan məlumatında deyilir ki, siyasi məhbuslar siyahısına siyasi mühacir, jurnalist Türkel Azərtürkün bacanağı Emin Saqiyevin, Müsavat Partiyasının Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudovun və yenidən həbs edilmiş keçmiş hicab məhbusu Elşən Abbasovun adları daxil edilib.


EN RU
2018 Yanvar 15 ( Bazar ertəsi )  13:03:10
 
Yağıntılı soyuq hava şəraiti davam edəcək

Bakı/15.01.18/Turan: Yanvarın 16-da Bakıda və Abşeronda az yağıntılı soyuq hava şəraiti davam edəcək, şimal küləyi əsəcək.


EN RU
2018 Yanvar 15 ( Bazar )  10:42:10
 
Media-icmal 15.01.18

Dəm qazından zəhərlənmələr, intiharlar, kreditlərin azalması, məktəb bufetlərində qidaların standartlara uyğunsuzluğu bugünki (15 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır...


EN RU
2018 Yanvar 15 ( Bazar )  10:31:33
 
Münasib qiymətli anemiya preparatları apteklərdən yoxa çıxıb

Azərbaycanda qan azlığı göstəriciləri sürətlə artır. Bu fonda dəmir defisitli anemiyaların profilaktikasında və müalicəsində istifadə olunan münasib qiymətli səmərəli dərmanlar apteklərdən yoxa çıxıb.


EN RU
2018 Yanvar 14 ( Şəmbə )  02:29:35
 
İsa Qəmbər xəstəxanaya yerləşdirilib

Bakı/14.01.18/Turan: Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib. Bunu partiyanın başqanı Arif Hacılı biıdirib.


EN RU
2018 Yanvar 14 ( Şəmbə )  02:10:24
 
Əfqan Sadıqova qarşı yeni ittiham irəli sürülüb

Bakı/13.01.18/Turan: Həbsdə olan azel.tv saytının təsisçisi redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb.


EN RU
2018 Yanvar 13 ( Şəmbə )  12:15:30
 
Paytaxta sulu qar yağacağı gözlənilir

Bakı/13.01.18/Turan: Yanvarın 14-də Bakıda və Abşeronda havanın soyuq olacağı, sulu qar yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.


EN RU
2018 Yanvar 13 ( Şəmbə )  11:33:41
 
Media-icmal 13.01.18

Neftçilərin sosial təminatı, yaşayış minimumu və istehlak səbətinin tərs mütənasibliyi, bağlanan və açılan iş yerləri, turist sayında azalmalar bugünki (13 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır...


EN RU
2018 Yanvar 12 ( Cümə )  18:20:29
 
İş adamları rüsumlardan narazılıq edirlər

Bakı/12.01.18/Turan: Bu gün, yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar yeni gömrük rüsumlarından narazılıq ediblər. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.


EN RU
2018 Yanvar 12 ( Cümə )  18:13:57
 
Gömrük bir ton yarım nərə balığını müsadirə edib

Bakı/12.01.18/Turan: Bakı gömrüyü bir ton yarıma yaxın nərə balığının qaçaq yolla ölkəyə gətirilməsinin qarşısını alıb, bu barədə Gömrük Komitəsinin mətbuat xidmətinin yanvarın 12-də yaydığı məlumatda deyilir.


RU
2018 Yanvar 12 ( Cümə )  17:51:48
 
Memarlıq-İnşaat Universiteti İbad Hüseynova saxta vəsiqə verib

Bakı/12.01.18/Turan: Hərbi ekspert U.Cəfərov Qarabağ müharibəsinin tarixinin saxtalaşdırılmasına qəzəblənib.


EN RU
2018 Yanvar 12 ( Cümə )  15:32:50
 
Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib (YENİLƏNİB)

Bakı/12.01.18/Turan: Balakən rayon Məhkəməsinin hökmü ilə jurnalist Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib. Bu barədə vəkil Nemət Kərimli Turan-a bildirib.


EN RU
2018 Yanvar 12 ( Cümə )  14:04:20
 
104 yaşlı qadın Çeçenistana göndərilib

Bakı/12.01.18/Turan: Dekabrda Goranboyda tapılan və özünü 104 yaşlı çeçen kimi təqdim edən Mədinə Əliyeva ötən gecə Çeçenistana yola salınıb.


EN RU
2018 Yanvar 12 ( Cümə )  13:30:39
 
Hava pisləşəcək

Bakı/12.01.18/Turan: Yanvarın 13-də Bakıda və Abşeronda hava buludlu olacaq, az yağıntı olacaq, güclü şimal küləyi əsəcək. Havanın temperaturu gecə +2, gündüz +7+9 olacaq.


EN RU
2018 Yanvar 12 ( Cümə axşamı )  10:25:02
 
Media-icmal 12.01.18

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri, manata təhlükə gözləntiləri, kimlərə abidə ucaldılmasın baxış bugünkü medianın (12 yanvar, 2017-ci il) aparıcı mövzularındandır.


2018 Yanvar 11 ( Cümə axşamı )  18:16:40
 
Komitə 99 zərərli dini kitab aşkar edib

Bakı/11.01.18/Turan: Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQDK) 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.


EN RU
2018 Yanvar 11 ( Cümə axşamı )  16:57:43
 
Üç sərhəd pozucusu saxlanılıb

Bakı/11.01.18/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhəddini pozan Sənan və Elvin Xasməmmədovları saxlayıblar. Məlumatı DSX yayıb.


EN RU
2018 Yanvar 11 ( Cümə axşamı )  15:31:15
 
Dövlətə xəyanətdə ittiham olunan bir qrup şəxsin istintaqı yekunlaşıb

Bakı/11.01.18/Turan: Dövlətə xəyanətdə ittiham olunan bir qrup mülki şəxsin cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Turan-a qeyri- rəsmi mənbələrdən məlum olub.


EN RU
2018 Yanvar 11 ( Cümə axşamı )  12:53:29
 
Azərbaycanda 2250 məscid fəaliyyət göstərir

Bakı/11.01.17/Turan: Azərbaycan ərazisində 2250 məscid mövcuddur, bunlardan 136-sı Bakı şəhərində yerləşir. Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildiriblər.


EN RU
2018 Yanvar 11 ( Cümə axşamı )  11:20:47
 
Media-icmal 11.01.18

Dövlət başçısı İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyət İli" elan etməsi, hakimiyyətin Xalq Cümhuriyyətinə baxışı, büdcə xərcləmələrinə nəzarət, Dünya Bankının xəbərdarlığı bugünki (11 yanvar. 2018-ci il) medianın aparıcı mövzularıdır...


EN RU
2018 Yanvar 11 ( Cümə axşamı )  11:11:18
 
Azərbaycanın cənubunda zəlzələ

Bakı/11.01.17/Turan: Bu gün səhər yerli vaxtla saat 07:13-də Azərbaycanın cənubunda zəlzələ baş verib.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə )  18:58:38
 
Partiya sədrinin məhkəməsi başlayıb

Bakı/10.01.18/Turan: Bu gün, yanvarın 10-u məhkəmə Azərbaycan Karlar Cəmiyyətinin həbsdəki sədr müavini, eləcə də Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanovu azadlığa buraxmayıb.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə )  18:32:51
 
Gözəl Bayramlının məhkəməsi səndələrin elan edilməsi ilə davam edib

Bakı/10.01.18/Turan: Yanvarın 10-da Qazax Rayon Məhkəməsində (Bakıdan 500 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə sənədlərin elan olunması ilə davam etdirilib.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə )  17:45:43
 
Oqtay Gülalıyev “Qafqazın qəhrəmanı 2016” sorğusunun qalibi oldu

Bakı/10.01.17/Turan: Azərbaycanlı fəal Oqtay Gülalıyev Rusiyanın məşhur hüquq müdafiə internet nəşri olan "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Cənubi Qafqazda öz qəhrəmanını seç" onlayn səsvermənin qalibi olub.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə )  16:45:44
 
Cümə axşamı üçün hava haqqında

Bakı/10.01.18/Turan: Yanvarın 11-də Bakıda və Abşeronda hava tutqun, az yağışlı olacaq, güclü şimal küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək.


2018 Yanvar 10 ( Çərşənbə )  15:48:51
 
Azərbaycan Milli Kitabxanası Los Anceles Universitetinin kitabxanası ilə əməkdaşlıq edəcək

Bakı/10.01.18/Turan: Yanvarın 9-da ABŞ-ın Los Anceles Universitetinin (UCLA) kitabxanasında Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.


2018 Yanvar 10 ( Çərşənbə )  13:52:41
 
Ağac kəsməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

Bakı/10.01.18/Turan: Bakı şəhərində ağac kəsməkdə şübhəli bilinən paytaxt sakini Mehdi Kərimov, Ucar rayon sakini Rauf İsmayılov, Siyəzən rayon sakini Elşad Quliyev və Qubadlı rayon sakini Məqsəd Babayev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilır ki, 2017-ci il fevralın 23-də Bakının Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri ......


EN RU
2018 Yanvar 10 ( Çərşənbə axşamı )  12:45:07
 
Azərbaycanda intiharlar: kritik normaya yaxınlaşırıq

Bu ilin yanvar ayı faciəvi hadisələr statistikasını davam etdirir. Onların bəziləri təsadüfi (dəm qazından zəhərlənmə, avtomobil qəzası, dağlarda qar uçqunu) hadisələrə aiddir, digərlərini isə heç cür bu kateqoriyaya aid etmək olmaz. Qurbanlar çox gənc, böyüklük həyatına yenicə başlamış insanlardır. Axşam saatlarında 22 yaşlı Lerik rayon sakini Məlik Cahangirov Dənizkənarı Bulvarda özünü dənizə atıb.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə )  12:01:22
 
Masallıda banka borcu olan şəxs özünü yandırıb

Bakı/10.01.18/Turan: Yanvarın 9-da Masallı rayonunun Şərəfə kənd sakini Raqif Zeynalovun özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Turan-a Masallı Rayon Prokurorluğundan bildiriblər.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə )  11:54:56
 
Qeyri-sabit hava şəraiti yanvarın 11-dək davam edəcək

Bakı/10.01.18/Turan: Yanvarın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.


EN RU
2018 Yanvar 10 ( Çərşənbə axşamı )  10:33:39
 
Media-icmal 10.01.18

Aqrar sahənin inkişafında yeni mərhələ, valyuta bazarındakı durum, qeyri-neft sahəsinin problemləri, turizm sahəsindəki vəziyyət bugünkü (10 yanvar, 2018-ci il) medianın aparıcı mövzularındandır.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  19:33:31
 
“Azadlıq”ın müxbiri azad edilmədi

Şirvan Apellyasiya Məhkəməsi "Azadlıq" qəzetinin həbsdəki bölgə müxbiri Ziya Əsədlini azadlığa buraxmaqdan imtina edib.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  18:40:10
 
Qabil Vəliyevin işi üzrə məhkəmədə

Bakı/09.01.18/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrliyilə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Qabil Vəliyevin işi üzrə növbəti iclas keçirilib.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  18:10:38
 
Nazirlik klubu təqsirli bilir

Bakı/09.01.18/Turan: "İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır". Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bunu itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda yanvarın 9-da keçirilən mətbuat konfransında deyib.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  18:04:05
 
Surxay Əliyevin işi üzrə məhkəmədə

Bakı/09.01.18/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrliyi ilə "Yeni Dövr" qəzetinin baş redaktoru Surxay Əliyevin, onun müavini Hikmət Nəcəflinin və başqalarının cinayət işi üzrə proses keçirilib.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  16:30:06
 
DSX saxta pasportları ifşa etdiyini bildirir

Bakı/09.01.18/Turan: Dövlət Sərhəd Xidməti (DSX) saxta sənədələrlə Azərbaycandan çıxmaq istəyən İran vətəndaşlarını saxlyıb. Bu haqda DSX-nin yaydığı məlumatda deyilir.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  16:28:44
 
Azərbaycan vətəndaşı borcları ilə əlaqədar RF-yə qaçmağa çalışıb

Bakı/09.01.18/Turan: Azərbaycan-Rusiya sərhədini qanunsuz olaraq keçməyə cəhd edən Azərbaycan vətəndaşı İlqar Hüseynov saxlanılıb.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  13:22:02
 
Nazirlər Kabineti yaşayış məntəqələrində yaşıllıq sahələrinə dair normaları təsdiqləyib

Bakı /09.01.17/Turan: Nazirlər Kabineti yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edib.


EN RU
2018 Yanvar 09 ( Çərşənbə axşamı )  13:03:47
 
Çərşənbə günü Bakıda hava yağışlı və küləkli olacaq

Bakı/09.01.17/Turan: Çərşənbə günü Bakıda və Abşeronda hava şəraiti kəskin dəyişəcək, şimal-qərb küləyi güclənəcək, yağış, bəzi yerlərdə isə sulu qar yağacaq. Havanın temperaturu gecə və gündüz +2+5 dərəcə olacaq.