Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Gözü görə-görə mağazasını daşla hördülər


2017 Fevral 10 ( Cümə )  ::
Çap versiyası

Elçin Rəhimov  Abdulla Şaiq küçəsi, dalan 15, ev 18-də yaşayır (Bakının “Sovetski” adlanan ərazi).
 
Fevralın 6-da yaşadığı ünvana gələn Yasamal rayon icra hakimiyyətinin fəhlələri onun sahibi olduğu ərzaq dükanının qapısını hörməyə başlayıblar.
 
Rəhimov deyir, fəhlələrin başının üstündə şəxsən icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev dayanıb:
 
“Dədə-baba mülkündə yaşayıram. Elə dükan da həmin mülkə aiddir. Bütün sənədlərim var, fəaliyyətim də tam qanunidir. Uzun illərdir, vergimi, sosial ödəmələrimi edirəm. Ərazidəki insanlar buradan ərzaq alırdılar. Mənim mülküm plana düşüb və qiymətdə razılaşmıram. İcra hakimiyyəti də məndən qisas almaq üçün dükanı işlətməyimə imkan verməyəcəyini dedi”.
 
Dükan sahibinin sözlərinə görə, qonşuları fəhlələrə mane olmaq istəyəndə polis onları Yasamal Məhkəməsinə aparıb. 
“İkisinin də burada mülkü var, Elşənin evini söküb, sabahı buraxdılar. Namiqin də mülkünü sökürlər, onu artıq üçüncü dəfədir ki, tutub aparırlar. Adamların gözünü məhkəməylə, əraziyə polis tökməklə qorxudurlar”.

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az