Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Azərbaycan komandası ilk dəfə Elbrus dağını qışda fəth edib


2017 Fevral 13 ( Cümə )  ::
Çap versiyası

Azərbaycanlı alpinistlərdən ibarət qrup Azərbaycan alpinizminin tarixində ilk dəfə Avropanın ən yüksək zirvəsinə - Elbrus dağını (5646 m.) yanvarın son günlərində fəth edib. 
 
Komandanın lideri Firuz Dadaşov Turan-a bildirib ki, alpinistlər son bir neçə günü dağlarda keçiriblər, müxtəlif yüksəkliklərə qalxıblar.
 
Texniki baxımdan mürəkkəb olmayan Elbrus dağına qış mövsümündə qalxmaq çətin olur. Belə ki, güclü külək və şaxta nəinki qalxmanı, həm də uzun müddət marşrutda qalmanı çətinləşdirir.
 
Son günlər idmançılar bir neçə dəfə  4700 metrədək yüksəkliyə qalxıblar və dincəlmək, havanın yaxşı olmasını gözləmək üçün aşağı eniblər.
 
“Fevralın 1-dək zirvəyə uğurla qalxdıq”, - F.Dadaşov bildirib.
 
Komandanın digər üzvü Əhməd Əliyev  F.Dadaşovla birlikdə 2016-cı ilin yayında Cənubi Uşbaya qalxıb. 

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az