Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Lal kar yataqxanasında eşidilən və görülməyən tərəflər
Aktual reportaj 


2017 Mart 09 ( Cümə axşamı )  17:41:17
Çap versiyası
Русский 

Nizami rayonu, Şərifli küçəsində yerləşən lal-karlar üçün 3 nömrəli xüsusi internat məktəbinin binasının bir tərəfində məskunlaşan köçkün ailələri çəkdikləri əziyyətlərdən danışıblar. Bu bina 4 mərtəbəlidir. Hər mərtəbəsində 17-18 ailə yaşayır. Hər mərtəbədə 1 tualet və 1 mətbəx var. Köçkünlər ilk növbədə torpaqlarına qayıtmağı arzulayırlar. Bu da mümkün deyilsə, ən azı, ya inşa olunan şəhərciklərə köçürülmələrini, ya da məskunlaşdıqları bu binanın əsaslı təmir olunmasını istəyirlər. Yataqxana sakinləri işıq sayğaclarına da öz etirazlarını bildirib. Onlar deyir ki, aylıq 150-200 manat işıq pulu gəlir. Maddi durumları bu pulu ödəməyə imkan verməsə də, məcbur qalıb ödəyirlər. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə hazırda məcburi köçkünlərin həmin binadan köçürülməsi üçün lazım olan məbləğ yoxdur. " "Hazırda lal və korların yaşadığı internat binasında yaşayan məcburi köçkünləri köçürülməsi nazirliyin imkanları xaricindədir. Yaxın gələcəkdə pul ayrılarsa onların da köçürülməsinə baxılacaq" Binanın təmir olunması sualına isə, Elçin Qədimov dedi ki, "Büdcədən binanın təmir işlərinə hələlik pul ayrılmayıb".

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az