Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Enetgetika qaçqınları
Aktual reportaj 


2017 Aprel 17 ( Bazar ertəsi )  17:31:06
Çap versiyası

Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş "Energetiklər persionatı"nda məcburi köçkünlər 25 ildir məskunlaşıb.

Bina əvvəllər normal vəziyyətdə olsa da 25 ildə qəzalı vəziyyətə düşüb.Aprelin 4-də isə persionatın bünövrəsinin bir hissəsi çöküb , bunun nəticəsində divarlarda çat əmələ gəlib və damın bir hissəsi dağılıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın həyətində çadırlar qurulub. Qəzalı vəziyyəti nəzərə alaraq camaatı çadırlara köçürüblər.

Burada 80 Qarabağ köçkün ailəsi məskunlaşıb. İndi də həmin ailələr müvəqqəti çadırlara köçürülüb.

"1992-ci ildən burada məskunlaşmışıq. Əvvəllər yataqxana belə deyildi. 25-26 ildə get -gedə daha da pisləşdi. Yağış evin içinə yağır. Hava soyuq olduğu zaman uşaqları çadıra yollayırıq. Bizə deyiblər ki, 2 aya sizi köçürəcik. 25 il dözmüşük, 2 ay da dözərik" deyə, yataqxana sakini Həsənquliyeva Qəmər bildirib.

Digər məcburi köçkün Abdullayeva Elza isə bronxit xəstəsidir. Çadır torpağın üzərində olduğundan orada yaşamağın çətin olduğunu deyir.

İllərlə hara müraciət etsələr də onların müraciətinə cavab verən olmayıb.

Köçkünlərin sözlərinə görə, yataqxanada qaz əvvəldən olmayıb, suyu isə pulla alıblar.

Təcili tibb yardımı çadırın yanında nöbə çəkir. Tibb bacısı Məhəbbət xanım , gün ərzində 5-6 insana yardım etdiklərini deyir. Həkimlər 2-3 saatdan bir növbələrini dəyişirlər.

Köçkünlərin problemləri ilə bağlı dövlət orqanları danışmaq istəmir.Qeyri rəsmi olaraq isə bidliriblər ki, sakinlər üçün 80-ə yaxın çadır qurulub, hər çadırda elektrik radiatrlarla təmin olunublar.

Görünür, dövlət öz vəzifəsinin bununla bitmiş hesab edir....

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az