Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Bir insan ola gedib bizim dərdimizi prezidentə deyə
Aktual reportaj 


2017 İyul 05 ( Çərşənbə )  16:11:09
Çap versiyası

Metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında, Nizami rayonu, Zərdabi küçəsi, 144 ünvanda 4 saylı peşə litseyi yerləşir. Litseyin hamamsız, tualetsiz, havasız zirzəmisində Zəngilan, Cəbrayıl və bir çox rayondan köçkün düşmüş 30-dan çox ailə məskunlaşıb.

Yataqxana sakini Behbudova Narçiçək kəndləri işğal olunandan burada yaşayır. Əvvəl buralar çox pis gündə olduğunu, öz çörək pullarından kəsib evi bir az düzəltdiklərini bildirir.

"Prezidentin bizim yaşayışımızdan xəbəri yoxdur. Ona bizim bu vəziyyəti lazımi orqanlar çatdırmır. Məhlədə ağac var. O ağacı kəsməkləri üçün İcra hakimiyyətinə müraciət etdim. Mənə dedilər ki, 80-100 manat ver kəsək. Bəs bu ağac nəvələrimin üstünə düşsə kim cavab verəcək? Hər xırda problem üçün də prezidentə müraciət etmək olmur axı"deyə, Narçiçək xanım bildirib.
Digər məcburi köçkün Qurbanova Qənirə 21 ildir bu yataqxanada yaşadığını deyir. Yataqxanada əsas qaz problemi var.

Ayaqyolu, mətbəx və hamam ümumidir. Qənirə xanım isə bu balaca otaqda 4 ailə üzvi ilə birgə yaşayır.

Füzuli rayonundan məcburi köçkün düşmüş Quliyeva Kəmalə evində şərait olmadığı üçün oğlundan ayrı qaldığını deyir. "Gələn il oğlum əsgər gedəcək. Mənim normal şəraitim olsa oğlum öz evimdən əsgər gedər. İndi nənəsigildə qalır"
Zəngilandan qaçqın düşmüş Svetlana Qarayeva hər il onları "Qaçqınkom"un yoxladığını deyir. Sonuncu dəfə keçən il həmin orqandan gələn iki cavan oğlanın ev sahibinə "yalan deyirsiz, burda insan yaşamaz, yaşaya bilməz"deməsi ev sahibini təəccübləndirib. Svetlana xanım deyir ki, onlar bizim yaşadığımız yerdə iki dəqiqə qala bilmədilər, amma biz bu zirzəmidə 20 ildən çoxdur ki yaşayırıq"

"Qaçqınkom" un mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun bildirdiyinə görə 4 saylı Peşə məktəbinin həyətində yerləşən məcburi köçkünlərdən komitəyə bu günə qədər müraciət edən olmayıb. "Bizə ümumiyyətlə peşə məktəbinin ərazisindəki məcburi köçkünlərdən müraciət edən olmayıb. Əgər müraciət edən olsa, onların müraciətinə rəsmi baxılaraq cavab veriləcək. Bundan başqa, qaçqın və məcburi köçkünlərin yataqxanalardan köçürülməsi məsələsinə gəldikdə isə, bu işlərin hamısı mərhələli şəkildə həyata keçirilir. Hissə-hissə olmaqla o və digər ərazidəki qaçqınlar siyahıya alınaraq köçürüləcəklər-26D-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az