Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

20 qəpiklik kitablar
Aktual reportaj 


2017 Avqust 23 ( Çərşənbə )  14:56:24
Çap versiyası

Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı "Tom dayının daxması" kitab mağazasını işlədən Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə-1 manat arasındakı qiymətlə satılır.

Ziya Balıyev kitab satışına kitab oxumaq ilə başladığını deyir. " Xan Rəsuloğlunun işlətdiyi kitab mağazası ilə tanış oldum. Orada kitablar 20 qəpik, bir manat, hətta pulsuz kitablar belə var. Bu adamın işi xalqı maarifləndirmək və maraqlı işdir. Mənim də onsuz kitablara həvəsim olduğu üçün belə bir kitab mağazası açmağa qərar verdim".

Ziya Balıyev kitabları adətən evlərdən, bağlanmış kafelər və publardan ötürür. Mağazasındakı kitabların qiymətləri isə 20 qəpikdən başlayır.

Kitab satıcısı deyir ki, kitab mağazasının adını Harriyet Biçer-Stounun "Tom dayının daxması " əsərində götürdüyünü bildirir.
"Mağazam balaca və köhnədir. Bir növ daxmanı xatırladır. Buna görə də mağazaya ad seçimi edəndə belə bir ad qoymağı düşündüm".
Ziya ölkədə olan iqtisadi böhrana görə insanların kitab ala bilmirlər. "Nəşriyyatlar kitabları baha satır. Düşündüm ki, əgər bir adam kitab oxumaq istəyirsə qrafikanın fərqi yoxdu. İster kiril olsun , istərsə də latın. 30 manat pul verib aldığı kitabı, burda 3-5 manata əldə edə bilər".

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az