Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Eldar Namazov: İlham Əliyev bu komanda ilə ölkəni böhrandan çıxara bilməyəcək
ÇƏTİN SUAL 


2017 Yanvar 06 ( Cümə )  17:23:05
Çap versiyası
English Русский 

Yola saldığımız 2016-cı il ziddiyyətlərlə dolu oldu. Bir tərəfdən, Azərbaycan ordusu Qarabağda öz üstünlüyünü və əraziləri azad etməyə qadir olduğunu göstərdi. Digər tərəfdən, Azərbaycanda sosial-iqtisadi böhran dərinləşdi, hökumət isə vəziyyətin öhdəsindən gələ bilmədiyini nümayiş etdirir. Bu barədə Azərbaycan prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov "Cətin sual" proqramına müsahibəsində deyib.

Aprel müharibəsinə toxunan E.Namazov qeyd edib ki, Azərbaycan ordusunun uğurları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda və Ermənistan daxilində vəziyyəti, eləcə də beynəlxalq birliyin münaqişəyə münasibətini dəyişdi.

2017-ci ildə münaqişənin mərhələli nizamlanması üzrə mühüm addımlar atılacaq. Əgər Ermənistan bu imkanı rədd etsə Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilər. 60 min şəxsi heyətin və bütün qoşun növlərinin iştirakı ilə keçirilən iki irimiqyaslı hərbi təlim də Azərbaycanın hərbi gücünü göstərdi.

O, Ermənistanın Bakıya raket zərbələri endirəcəyi barədə hədələrini əsassız adlandırıb.

Digər tərəfdən, Naxçıvanda raket qoşunlarının təlimləri göstərdi ki, Azərbaycan cavab zərbəsi kimi Yerevana onlarla raket zərbəsi endirə bilər.

İqtisadiyyatdan danışan E.Namazov hökumətin dərinləşməkdə olan sosial-iqtisadi böhranın öhdəsindən gələ bilmədiyini deyib. İlham Əliyevin komandası real islahatlar keçirməyə qadir deyil, ancaq imitasiya ilə məşğuldur.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin bir qrup aparıcı eksperti hələ 2006-cı ildə 2016-cı ilədək olan dövr üçün konsepsiya və islahatlar proqramı hazırlamışdı. Sənəddə deyilirdi ki, bu onillik neftdən gələn yüz milyardlarla dolların xərclənməsi və yeni iqtisadi modelin yaradılması üçün çox vacibdir. Əgər bu şansdan istifadə edilməsə ölkə yeni dərin böhranla üzləşəcək "Və belə də oldu", -E.Namazov vurğulayıb.

O, reallaşması 23 mlrd. manat tələb edən ölkə iqtisadiyyatının inkişafına dair strateji yol xəritəsinin uğurlu olacağına şübhə ilə yanaşdığını deyib.

"İndiki kadrlarla və bu cür yanaşma ilə problemi həll etmək olmaz və bu qədər vəsait tapmaq mümkün deyil",- o bildirib.

E.Namazov hesab edir ki, islahatlara gömrük və vergi sahələrindən başlamaq lazımdır. Orada tam şəffaflıq yaradılsa bu, dövlət büdcəsinin 2-3 dəfə artırılmasına imkan verər. -03C06--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az