Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Oqtay Gülalıyev: «2017-ci il insan hüquqları üçün gərgin olacaq»


2017 Yanvar 12 ( Cümə )  ::
Çap versiyası
English Русский 

  “Azərbaycanda siyasi məhbusların mövcudluğu bu hakimiyyətin mahiyyəti, varlığı ilə bağlıdır. Yəni, hakimiyyət fərqli fikrə, tənqidə dözümsüzlük nümayiş etdirir. Hakimiyyət öz mövcudluğunu qorumaq üçün siyasi repressiyalar, həbslər həyata keçirir, ictimai-siyasi fəalları həbs etdirir”.

Hüquq müdafiəçisi hesab edir ki, ölkədə qanunsuz həbslərin qarşısının alınması, ictimai-siyasi fəalların həbs olunmaması üçün hakimiyyətin mahiyyəti dəyişməlidir.

“Hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti dəyişməlidir və ölkədə siyasi islahatlar həyata keçirilməlidir”, - o qeyd edib.     

O.Gülalıyevin fikrincə, vətəndaş cəmiyyətinə münasibətdə hökumətin baxışlarında ciddi dəyişikliklər olmayıb: “Ümumilikdə, yenə problemlər qalmaqdadır. QHT-lər haqqında qanunvericiliyə edilmiş son məhdudlaşdırıcı əlavə və düzəlişlər qüvvədədir, QHT-lərin bank hesabları üzərindən həbslər tam götürülməyib, donorlara çıxış məhdud olaraq qalır. Ölkədən xarici donorlar demək olar ki, çıxarılıb və onların fəaliyyət göstərməsi üçün heç bir şərait yoxdur. Yəni, durum bu səviyyədədir”.

Hüquq müdafiəçisi hesab edir ki, 2017-ci il insan hüquqlarının qorunması baxımından çox çətin il olacaq: “Çünki manatın dəyərdən düşməsi ilə paralel olaraq ölkədə iqtisadi-sosial problemlər, siyasi gərginlik artıb, xalqın hakimiyyətdən narazılığı güclənib. Azərbaycanda avtoritar hakimiyyət mövcud olduğu üçün hakimiyyət öz mövcudluğunu qorumaq xatirinə məcbur olacaq ki, siyasi təzyiqləri gücləndirsin. Bu baxımdan düşünürəm ki, 2017-ci il gərgin il olacaq.  Son zamanlar, son günlər hakimiyyətin bu  istiqamətdə atdığı bəzi addımlar, xüsusən, bir cümlə sözə görə Qiyas İbrahimov və Bayram Məmmədova 10 il qanunsuz həbs cəzasının verilməsi, “Nardaran işi” ilə bağlı məhkəmələrin fantastik cəza istəməsi və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin (5 nəfərin) qanunsuz olaraq həbs edilməsi, onların ifadə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması bunu göstərir.  Eyni zamanda bu il bir sıra maraqlı və gündəmi zəbt edən məhkəmə prosesləri keçiriləcək”. -03B-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az