Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

N.Əliyev: manat dəyərdən düşməyə, kreditlər bahalaşmağa davam edəcək


2017 Yanvar 13 ( Cümə )  ::
Çap versiyası
English Русский 

"Nazirlər Kabinetinin iclasında ölkədəki iqtisadi vəziyyətin, nəticələrin ciddi müzakirəsinin, real vəziyyətin təhlilinin şahidi olmadıq", bu barədə Turan agentliyinin "Çətin sual" verilişinə müsahibəsində iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Onun fikrincə, hökumətin ölkə iqtisadiyyatını bu dərəcədə böhran vəziyyətinə salmağı necə bacardığı haqqında deməyə sözü yoxdur.

2016-cı ilin makroiqtisadi göstəriciləri böhranın miqyasını açıq şəkildə göstərir. İlham Əliyev yalnız etiraf edib ki, ölkənin gəlirləri kəskin şəkildə azalıb.

"Bu zaman İlham Əliyev bildirib ki, qeyri-neft sektorunda artım 5%, kənd təsərrüfatında 2,6% təşkil edir", deyə o bildirib.

Bu rəqəmlərin doğruluğu belə şübhə doğurur.

Əliyev 2015-ci ildə qeyri-neft sektoruna investisiyaların 1,1 mlrd. dollar olduğu halda, 2016-cı ilin 11 ayı ərzində bu göstəricinin 500 mln. dollara düşdüyünə diqqət çəkib.

"İnvestisiyalarda azalma varsa, bu sektorda artım necə əldə olunub? Eyni şey kənd təsərrüfatına da aiddir. 2015-ci ildə bu sektora investisiyalar 360 mln. dollar təşkil etmişdisə, 2016-cı ilin 11 ayında kapital yatırımının həcmi 145 mln. dollara bərabər olub", deyə ekspert qeyd edib.

"Kənd təsərrüfatı məhsullarının istehsalında artım varsa, hansı səbəbdən bu məhsulların qiymətində artım müşahidə edirik? Hansı səbəbə kənd təsərrüfatı məhsullarının ixracı artır?", deyə ekspert sözünə davam edib.

Bu müşavirə böhrandan çıxış yolları ilə bağlı heç bir cavab verməyib.

"Hökumət yaranmış vəziyyətə görə cavab verməlidir. Qiymətlərin bahalaşması, milli valyutanın dəyərdən düşməsi hökumətin səriştəsiz işinin nəticəsidir. Yaranmış vəziyyətin ilk səbəbi hökumətin özüdürcə", deyə N.Əliyev qeyd edib.

İclasda İlham Əliyev bildirib ki, ölkə rəhbərliyi böhrandan çıxış yolu tapıb.

"Onlar həqiqətən böhrandan çıxış yolu tapıbsa, bu yolu elan etməli və ölkənin böhrandan necə çıxacağını anons etməlidir", deyə iqtisadçı bildirib.

Onun fikrincə, Azərbaycanda sahibkarlıq, qeyri-neft sektoru inkişaf etməyib. Bunun əsas səbəbi bu sahələrdə korrupsiya, habelə bu sektorlara yönəldilmiş pul vəsaitlərindən məqsədyönlü istifadə olunmamasıdır. Bununla məşğul olmaq istəyən insanlar inhisarçıların təzyiqinə məruz qalırdılar. Nə qədər ki, bu problemlər həll olunmayıb, vəziyyətdən çıxışa ümid etmək olmaz.

Bank sektorundakı vəziyyətə toxunan ekspert qeyd edib ki, hökumətin anonsları manatın ucuzlaşmasının davam edəcəyini göstərir.

 "Mərkəzi Bankın anonsları bu il də kreditlərin bahalı və çoxları üçün əlçatmaz olacağını hesab etməyə əsas verir. Bu halda bankların gəlirləri kəskin şəkildə azalacaq və biz onların vəziyyətinin daha da pisləşdiyinin şahidi olacağıq", deyə N.Əliyev bildirib. –71D-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az