Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Sevgim Rəhmanov: Real ticarətin yalnız 40-50%-i rəsmən göstərilir
ÇƏTİN SUAL 


2017 Yanvar 19 ( Cümə axşamı )  16:29:55
Çap versiyası
English Русский 

Hazırda yerli istehsal haqda danışmaq çox çətindir, çünki məhsulların böyük əksəriyyətinin komponentləri idxal edilir. Bu barədə Ticarətçilər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində deyib.

O, qənd və çay üçün xammalları nümunə göstərib. Belə ki, bunlar ölkəyə gətirilir, sonra istehsal edilir. "Ancaq bunların hamısını yerli istehsal adlandırırlar", - o qeyd edib.

S.Rəhmanov hesab edir ki, ticarət sahəsinin düzgün tənzimlənməsi üçün müvafiq qanun qəbul etmək lazımdır, indiki kimi Nazirlər Kabinetinin qərarları ilə olmamalıdır. Məhz buna görə ticarətdə qarışıqlıqdır və bu sektorda baş verən proseslər məntiqli deyil.

"Daxili bazarda qiymət formalaşması sövdələşmə əsasında gedir. Belə ki, dolların məzənnəsi ötən ildən 100% artıb. Belə ki, devalvasiyadan öncə 2,30-2,70 manata olan banan devalvasiyadan sonra 1.70 qəpiyə qədər ucuşlaşıb. Bu, necə ola bilər? Məntiqlə bu məhsul 4 manata qədər bahalaşmalıydı", - o bildirib.

Bu, təkcə inhisarçıların sövdələşməsinə nümunə deyil, həm də bananın ilkin qiymətinin nə qədər şişirdildiyini göstərir.

Siqaretlə də eyni vəziyyət yaranıb. "Siqaretləri ölkəyə 4-5 şirkət gətirir. Ancaq siqaretlərin qiyməti hər yerdə eynidir. Rəqabət şəraitində belə ola bilməz", - o vurğulayıb.

Əksər hallarda qiymətlər tələbat və təklif əsasında formalaşmır. Onu bizneslə məşğul olan məmurlar müəyyən edirlər, odur ki, bazarda rəqabət haqda danışmaq mümkün deyil.

Ticarət dövriyyəsi haqda statistik məlumatlara və kölgə iqtisadiyyatının olmasına toxunan S.Rəhmanov qeyd edib ki, rəsmi statistika real ticarət dövriyyəsinin ancaq 40%-50%-ni göstərir. Ticarətin həcmi hesab-qaimə ilə müəyyən edilir, ancaq hazırda çoxları bundan istifadə etmir.

"Belə olan şəraitdə vergi orqanları dövriyyəni kassa aparatlarının göstəriciləri əsasında müəyyən edirlər. Lakin sirr deyil ki, mağazalarda məhsulların hamısı kassa aparatdan keçmir", - o bildirib.

Ekspert hesab edir ki, qiymətlər də düzgün formalaşdırılmır. Əsl ticarətçi, məsələn, bayram günlərində qiymətləri aşağı salır ki, dövriyyədən mənfəət əldə etsin. Bizdə isə əksinədir, bayramqabağı günlərdə qitmətlər kəskin şəkilldə qalxır.

"Prokurorluq öz illik hesabatında bildirib ki, 2016-cı ildə qiymətlərin süni şəkildə qaldırılması üzrə 14 cinayət işi açılıb. Ancaq bazar iqtisadiyyatı şəraitində ticarətçiyə öz malının hansı qiymətə satmalı olduğunu diqtə etmək olmaz".-71D-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az