Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Azər Qasımlı: «REAL-a qarşı böhtan hakimiyyətin sifarişidir»


2017 Fevral 02 ( Cümə )  ::
Çap versiyası
English Русский 

 REAL Hərəkatına qarşı böhtan xarakterli yazılar, guya İranla hansısa gizli əlaqələr, İran səfirliyindən maliyyə vəsaiti alınması barədə məlumatlar müəllifin öz təxəyyülünün bəhrəsi deyil, bu, hakimiyyətin siyasi sifarişinin icrasıdır. Bunu REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı “Çətin sual” proqramına bildirib.

“Eynulla Fətullayevin yazdıqlarının hamısı yalan və böhtandır”, - A.Qasımlı bildirib. O xatırladıb ki, E.Fətullayev ötən il öz saytında yazmışdı ki, REAL-ı Böyük Britaniya və ABŞ maliyyələşdirilir.

Onun sözlərinə görə, böhtan xarakterli materialın təşəbbüsçüsü hakimiyyətdir ki, onun da bir neçə məqsədi var. “Bu, REAL-a təzyiq göstərmək və onun üzvlərini qorxutmaq  cəhdidir”.

Digər məqsəd REAL-ı gözdən salmaq və Qərbə göstərməkdir ki, “baxın, sizin dəstəklədiyiniz təşkilat İranla əməkdaşlıq edir”.

Əslində REAL  Qərbyönlü, Rusiyayönlü, Türkiyəyönlü, İranyönlü təşkilat deyil. Biz Azərbaycanyönlü hərəkatıq və bizim üçün Azərbaycan xalqının maraqları hər şeydən üstlndür”, - A.Qasımlı  vurğulayıb.

Ancaq REAL yazı müəllifini məhkəməyə vermək niyyətində deyil. “Biz nə saytı, nə də müəllifi məhkəməyə  vermirik.  Çünki bu, müəllifin fikirləri deyil. Bu, hakimiyyətin sifarişidir”, - A.Qasımlı qeyd edib.

“Prokurorluğun araşdırması da fəalları gərgin vəziyyətdə saxlamaq üçün təzyiq vasitəsidir. Ancaq bu “araşdırma”  mənasız və əsassızdır. Çünki ilk növbədə İran səfirliyinin əməkdaşına və İran səfirliyinin özünə qarşı tədbir görülməliydi”, - A.Qasımlı bildirib.

O qeyd edib ki, heç bir təzyiq REAL-ı öz mübarizəsindən çəkindirə bilməz.

A.Qasımlının sözlərinə görə, təşkilatın siyasi partiyaya transformasiyası prosesi bu il başa çatacaq.

REAL Hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılmasına gəlincə, A.Qasımlı hesab edir ki, bu məsələ Avropa Şurası strukturlarında geniş müzakirə olunduğundan o, tezliklə azadlığa çıxacaq.—?06--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az