Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Lapşin öz hərəkətinin nə ilə nəticələnəcəyini gözaltına almalıydı
ÇƏTİN SUAL 


2017 Fevral 10 ( Cümə )  19:35:52
Çap versiyası
English Русский 

Mərkəzi hakimiyyətləri xəbərdar etmədən dövlətlərin nəzarət olunmayan ərazilərinə səfər etmək problemi təkcə Azərbaycan üçün yox, Aİ-nin digər "Şərq tərəfdaşlığı" ölkələri - Gürcüstan, Ukrayna və Moldova üçün həssas məsələdir. Bunu "Yeni Nəsil" jurnalist təşkilatının rəhbəri Arif Əliyev Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində bloger Aleksandr Lapşinin Azərbaycanda təqib olunması məsələsini şərh edərkən deyib.

"Şərq tərəfdaşlığı"nın digər ölkəsi - Belarus heç bir problem olmadan Lapşini ekstradisiya etdi. Lapşinin Azərbaycanın dövlət sərhəddini pozduğunu nəzərə alsaq, ekstradisyanın müəyyən hüquqi əsasları var.

A.Əliyev qeyd edib ki, ümumilikdə blogerin işıqlandırılan məsələlərə tənqidi münasibəti müsbət təsir oyadır, ancaq təkəbbürlü ədası yolverilməzdir.

İstənilən halda onun yazıları və rəyi jurnalist peşəkarlığı və etika məsələsidir.

"Əlbəttə, başqa pasportla Azərbaycana gəlib, sonra da bununla öyünməyin bir nəticəsi olmalıydi", - ekspert vurğulayıb.

Lapşinin məsələsinə bir neçə dövlət - Rusiya, İsrail və s. cəlb edilib. Odur ki, hansısa mərhələdə hansısa həll yolu olacaq. Yəqin, elə bir formul tapılacaq ki, nə şiş yansın, nə kabab. Ancaq tərəflər də olacaq ki, öz imicini itirəcək. Söhbər ilk növbədə Ermənistandan gedir. Blogerin ekstradisiyasına Ermənistanın qəzəbli reaksiyası bundan xəbər verir.

Ancaq Azərbaycan da müəyyən şeylər üzərində düşünməlidir. Bu, ilk növbədə sərhədlərin mühafizə sisteminin texniki təkmilləşdirilməsilə bağlıdır.-03B06--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az