Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Cəmil Həsənli: DİN konstitusiya nəzarətindən çıxıb
ÇƏTİN SUAL 


2017 Fevral 28 ( Çərşənbə axşamı )  18:16:12
Çap versiyası
English Русский 

"Məsələ Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinin islahatlara gətirib çıxarıb-çıxarmayacağında və ya bunun müsbət nəticələrinin olub-olmayacağında deyil. Bu gün təyinat faktının özünə münasibət bildirmək lazımdır", - Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli Turan agentliyinin "Çətin Sual" proqramına müsabibəsində deyib.

O, M.Əliyevanın təyinatının islahatlara doğru addım olması barədə fikirlərə skeptik yanaşır.

"20 il ərzində islahatlar keçirməyə kim mane olub? Mütləq Mehriban xanımın təyinatını gözləmək lazım idi?", - C.Həsənli vurğulayıb.

Onun sözlərinə görə, bu təyinat Azərbaycanı gülüş obyektinə çevirib.

"Harada görünüb ki, 21-ci əsrdə prezident öz sərəncamı ilə həyat yoldaşını özünə müavin təyin etsin?", - H.Həsənli qeyd edib.

Bu, "pis nümunə" oldu və bir neçə gün sonra DİN rəhbəri Ramil Usubov öz oğlunu nazirliyin idarəsinə rəis təyin etdi.

"Özünə və xalqına hörmət edən dövlət başçısı bunu etməməliydi. Konstitusiyanı dəyişəndə biz dedik ki, bütün oyunlar hakimiyyəti bir ailənin əlində cəmləşdirmək üçündür, xalqa hüquq və üstünlüklər vermək üçün yox", - C.Həsənli bildirib.

Vitse-prezidentlik institutunun yaradılması barədə konstitusiya düzəlişinin özü belə Konstitusiyaya ziddir, belə ki, Konstitusiyaya görə, hakimiyyətin mənbəyi xalqdır. Odur ki, hakimiyyətin xalq tərəfindən seçilməyən şəxsə verilməsi qəbuledilməzdir.

Digər tərəfdən, Konstitusiyanın 7-ci maddəsinə görə, yaxın qohumlar bir-birinin tabeliyində çalışa bilməzlər.

"Konstitusiyanın qarantı olan İlham ƏIiyev qanunsuz təyinat həyata keçirib, DİN rəhbəri isə qanunu pozaraq öz oğlunu idarə rəisi təyin edib.

Baş prokuror kimi qanunçuluğa nəzarəti həyata keçirməli olan Zakir Qaralov isə prezidentin bu qərarını ilk alqışlayandır", - C.Həsənli vurğulayıb.

Hadisələrin gələcək inkişafı ilə bağlı proqnozlara gəlincə, C.Həsənli hesab edir ki, böhran dərinləşəcək, çünki hakimiyyət ölkənin problemlərini həll etməyə qadir deyil və ancaq repressiyalara stavka edir.

"Hakimiyyət xəstəliklərə diaqnoz qoymağa və onu sağaltmaq yollarını tapmağa qadir deyil. Nə edirlərsə, hamısı kosmetik xarakter daşıyır", - C.Həsənli vurğulayıb.

"Bu hakimiyyətin ölkəni idarə etməyə mənəvi haqqı yoxdur, çünkü korrupsiyanın olmadığı sahə yoxdur", - C.Həsənli qeyd edib.

Onun fikrincə, ölkədə siyasi islahatlara, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına, demokratik seçkilərin keçirilməsinə ehtiyac var.

"Əgər bu hakimiyyət Avropa Məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədovu həbsdən buraxmırsa, keçmiş nazir Əli İnsanovu 11 illik həbsdən sonra yeni saxta ittihamla təqib edirsə ondan islahat gözləmək sadəlövhlükdür", - C.Həsənli bildirib.

O, Azərbaycanda "Multikulturalizm ili" və "İslam Həmrəyliyi" ilinin elan edilməsini fiksiya adlandırıb. Çünki dindarlar kütləvi şəkildə uydurma ittihamlarla həbs edilir, məhkəmələrdə "Nardaran-1", "Nardaran-2", "Nardaran-3" üzrə proseslər keçirilir.

Əslində Azərbaycanda prezident, baş nazir, parlament rəhbəri timsalında hakimiyyət nominaldır. Ölkəni polis idarə edir.

"DİN, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, digər polis idarələri vaxtilə keçmiş MTN kimi konstitusiya nəzarətindən çıxıblar", - C.Həsənli bildirib.

Onun sözlərinə görə, 1937-ci ildə qanun müstəntiqlərə fiziki qüvvənin tətbiqilə ifadə almağa icazə verirdi. İndi isə polis bunu qanuni icazə olmadan edir.

"İş o yerə çatıb ki, hakim cürət edub polisdən soruşa bilmir ki, niyə 4 ildir ki, bloger Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi yoxdur və niyə onun şəxsiyyəti fotorobot üzrə müəyyən edilir", - C.Həsənli vurğulayıb.-03B06--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az