Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Vəkil: Ədalətli məhkəmə araşdırmasının olmaması investisiya mühitini məhv edir
ÇƏTİN SUAL 


2017 Mart 27 ( Bazar ertəsi )  16:47:46
Çap versiyası
English Русский 

Azərbaycanda ədalətli məhkəmə araşdırmasının olmaması investisiya mühitini məhv edir. Bu fikri tanınmış hüquqşünas, "Viza" firmasının rəhbəri Aslan İsmayılov Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində söyləyib.

A.İsmayılov vəkil kimi, onlarla məhkəmə işində sahibkarların hüquqlarını müdafiə edib. Ancaq qanunvericilik icra olunmadığından bəzi işləri qazanmaq mümkün olmayıb.

Buna misal olaraq o, yeni apardığı Türkiyənin "Emre Piliç" şirkətilə bağlı işi göstərib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində material toplanıb, cinayət işinin qaldırılması qalıb. Ancaq sonradan iş dayanıb və cinayət işi başlanmayıb.

A.İsmayılovun sözlərinə görə, Azərbaycan sahibkarlığına ilk dəfə hücüm 2005-ci ildə olub və bu, Azərbaycan iqtisadiyyatının durumuna təsir göstərib.

Hökumətin səylərinə baxmayaraq, xarici investorları cəlb etmək mümkün deyil, çünki reyder hücumları, qeyri-sağlam rəqabət, ədalətsiz məhkəmələr mövcuddur. Odur ki, ciddi kapital qoyuluşları gözləməyə dəyməz, A.İsmayılov hesab edir.

Barmek şirkəti və onun rəhbəri Hüseyn Arabulla bağlı hadisə investorlar üçün pis presedent oldu. Bu şirkət ölkədə elektrik enerjisi sahəsində nizam yaratmışdı. Sonda hətta Arabul həbs edildi.

Ədalətli rəqabət olmadığından son dövrlər Azərbaycana gələn adamlar ancaq dələduz və qara yollarla pul qazanmaq istəyənlərdir ki, həmin o pulları burada hakimiyyət nümayəndələri ilə bölüşdürəcəklər.

A.İsmayılov deyib ki, Azərbaycanda ədalətli mühakimə və müstəqil məhkəmə hakimiyyəti yoxdur.

"Sahibkarlaın hüquqlarını müdafiə etdiyim işlərdə hakimlər özləri etiraf ediblər ki, yuxarıların göstərişi ilə ədalətsiz qərarlar qəbul ediblər", - A.İsmayılov bildirib.

Beynəlxalq praktikada belədir ki, investorlar hansısa ölkəyə gedib investisiya yatırmaq üçün birinci növbədə onun məhkəmə sistemini araşdırırlar. Müstəqil ədalətli mühakimə sistemi yoxdursa bu ölkədə ciddi biznes qurulmur, A. İsmayılov qeyd edib. -03D06--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az