Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Tofiq Zülfüqarov: Bu, ağılsızlıq deyil, bu, cinayətdir
ÇƏTİN SUAL 


2017 Mart 28 ( Çərşənbə axşamı )  17:02:08
Çap versiyası
English Русский 

(Keçmiş nazir Turan-a eksklüziv müsahibəsində Azərbaycan XİN-i tənqid edir)

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin təlimləri və Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycan əleyhinə bəyanatı ilə əlaqədar ATƏT strukturlarına məktub göndərib.

"Azərbaycan XİN-in bu barədə məlumatını oxuduqdan sonra çox təəccübləndim", - keçmiş xarici işlər naziri, Latviya və Estoniyada keçmiş səfir Tofiq Zülfüqarov bildirib.

XİN-in bəyanatı 3 hissədən ibarət olmalıdır:

1. Bəyanatın mövzusu olan vəziyyətin təsviri;

2. Ölkənin mövqeyi və beynəlxalq hüquq normaları kontekstində hadisənin qiymətləndirilməsi;

3. Adresata çağırış və ya tələb.

Bu, müəllifin peşəkarlıq problemidir. Ancaq

"Bişkek protokolu atəşkəs rejimi üçün hüquqi əsasdır" sözləri elə təəssürat yaradır ki, sanki müəllif bu frazanı Ermənistan XİN-in bəyanatından və ya "V.Kazimirovun dəftərxanasından" köçürüb". "Bu, ağılsızlıq deyil, bu, cinayətdir", - T.Zülfüqarov XİN-in rəsmi sənədini şərh edərkən deyib.

O, nazir E.Məmmədyarova qarşı mənfi münasibətilə əlaqədar subyektiv olması barədə versiyanı təkzib edib, baxmayaraq ki, nazir geri çağırılmış T.Zülfüqarovun yerinə Litva və Estoniyaya yeni səfir təyin edərkən ondan sələfinin nöqsanlarını düzəltməyi tələb etmişdi.

"O, korporativ etika çərçivəsindən kənara çıxıb, mənim haqqımda müxtəlif şeylər danışıb. Ancaq mənim məqsədim birdir: Azərbaycanın maraqlarını qorumaq", - T.Zülfüqarov vurğulayıb.

Bu gün Ermənistan KİV ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri R. Hoqlandın bəyanatı ilə bağlı məlumat yayıb. Yerevanda o, danışıqlar prosesində yeni yanaşmalardan danışıb. "Danışıqlarda yeni heç nə təklif edilə bilməz. Bütün variantlar müzakirə edilib və "masa üzərindədir".

Və mən Ermənistan KİV-in məumatlarını şərh etməkdən yoruldum.

Biz daim erməni tərəfdən informasiya sızdığını görürük. Bura Madrid prinsiplərini açıqlayan keçmiş amerikalı həmsədr Uorlikin məlumatları da daxildir.

Biz isə əmrə müntəzir əsgər kimi bütün qaydaları yerinə yetiririk, halbuki, Azərbaycana sərfəli qaydaları yerinə yetirmək lazımdır. Ya XİN-in sözü yoxdur, ya da nə demək lazım olduğunu başa düşmür", - keçmiş nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda Qarabağ məsələsilə peşəkarcasına və daim məşğul olan struktur yoxdur. Eləcə də aparılan danışıqlara dair hesabat yoxdur.

2016-cı ilin aprel döyüşlərindən sonra rəsmi Bakının gözləntiləri özünü doğrultmadı. ATƏT-in Minsk Qrupu fəallaşmadı. Əksinə, Yerevana "İsgəndər" raketləri göndərməklə Ermənistanı yeni silahla təchiz etdilər, italiyalılar və fransızlar tank əleyhinə sistem, Böyük Britaniya snayper silahları göndərdi, amerikalılar erməniləri məsafəli və gecə müşahidələri üçün avadanlıqlarla təchiz etdi.

Sonda region müharibəyə ötən ildə olduğundan daha yaxın oldu, bundan isə qazanan öz çevrəsindəki əleyhdarlarından yaxasını qurtaran Serj Sarqsyan oldu.

Azərbaycanın hədəflərinə "İsgəndər" raketlərilə zərbələrin endirilməsi ilə bağlı Sarqsyanın hədələrinə gəlincə, T.Zülfüqarov deyib ki, onun bəyanatında sülhə və kompromisə çağırış olmayıb. "Erməni ritorikası sərtləşib. Ötən ilin avqustundan Yerevanın yeni silahları nümayiş etdirdiyi vaxtdan danışıqlar aparılmır, ATƏT-in Minsk Qrupu isə danışıqlar prosesini imitasiya edir", - T.Zülfüqarov bildirib.

Qərbin reaksiyasına toxunan T.Zülfüqarov bir avropalı diplomatın adını açıqlaçayaraq ondan sitat gətirib: "Aprel döyüşlərindən sonra biz hamımız başa düşdük ki, siz Ermənistandan güclüsünüz. Əgər ermənilər nizamlanma yönündə hər hansı addım atmaq istəməsələr və status-kvonu saxlamağa çalışsalar, siz hər hansı bir şəkildə yenə zərbə endirəcəksiniz, buna şübhə yoxdur. Ancaq bizi narahat yeganə məsələ odur ki, siz hara qədər gedəcəksiniz və harada dayanacaqsınız?

Bakının bu suala cavabı yoxdur, ya da gizli saxlayır. Yəni, artıq reallığı görən, qərbdə, bəlkə də şərqdə olan, xaricdə olan müşahidəçilər real vəziyyəti bilirlər. Amma təəssüflər olsun ki, bu ssenarinin qarşısını almaq kimi addımlar atılmır və Ermənistanı sülh sazişini imzalamağa sövq etmirlər.

Belə hesab edirlər ki, Bakının xarici siyasi hərəkətləri Rusiyanın maraqları ilə tutuşdurularaq həyata keçirilir. Qarabağ prosesində Rusiyanın rolu necədir? Bu sualın cavabında T.Zülfüqarov deyib ki, Azərbaycan-Rusiya münasibətlərində Qarabağ və iqtisadi- mədəni tərəfləri müxtəlif yöndən qiymətləndirmək lazımdır. Məhz Azərbaycan xarici siyasətinin dolaşıqlığı səbəbindən "Lider" telekenalının müxbirinin Rusiyanın xarici işlər nazirinə tamamilə münasib sualı qalmaqala səbəb oldu. "Lavrovun cavabı mənim də xoşuma gəlmədi, ancaq bunda jurnalist günahkar deyil ki", - T.Zülfüqarov vurğulayıb.

2015-ci ildə Tallindən (Azərbaycanın Estoniyada, öncə isə Latviyada səfiri olub) Vətənə qayıdandan sonra T.Zülfüqarov XİN rəhbəri Elmar Məmmədyarovun və bütün nazirliyin tənqidlərinə məruz qalıb. T.Zülfüqarov Facebook-dakı son statusunda Azərbaycan XİN-in sözügedən bəyanatını və ATƏT-in Minsk Qrupuna məktubu tənqid edib. -0-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az