Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Məişət zorakılığına qarşı mübarizə kifayət qədər səmərəli deyil - ekspert
ÇƏTİN SUAL 


2017 Aprel 04 ( Çərşənbə axşamı )  17:09:06
Çap versiyası
English Русский 

Azərbaycanda qadınlara qarşı zorakılıq iki gender amilinə əsaslanır - məişət və insan alveri ilə bağlı. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

Bu sahədə fəaliyyət gender bərabərliyi, insan alverinə qarşı mübarizə və məişət zorakılığına qarşı mübarizə haqqında qanunlarla tənzimlənir. İnsan alverinə qarşı mübarizə haqqında qanun az-çox icra olunur, digər iki qanunun həyata keçirilməsi üçün hələ lazımi mexanizmlər işlənib hazırlanmayıb. Amma məişət zorakılığına qarşı mübarizədə də müsbət dəyişikliklər hiss olunur. Belə ki, polisin qurbanlara qarşı münasibəti dəyişib, indi onları dinləyirlər, zorakılıq faktlarını qeydə alırlar, qadınları ekspertizaya göndərirlər.

Hər il təxminən 2-3 min məişət zorakılığı hadisəsi qeydə alınır. Amma real say daha da çoxdur. Adətən statistikaya qurbanların xəstəxanaya düşdüyü, ekspertizaya göndərildiyi ağır hallar düşür.

Problemin həllinə cəmiyyətdəki stereotip də mane olur, çoxları münaqişələrə müdaxilə etməməyə üstünlük verir, qonşular məişət zorakılığı haqqında məlumat vermirlər.

İnsan alverinə gəlincə, ən çox cinsi istismarla bağlı problemlər var.

Əmək istismarı, əməyə məcburetmə ilə bağlı problemlər əvvəlki dövrlərlə müqayisədə azalıb.

İnsan alveri və məişət zorakılığı problemləri bir-biri ilə əlaqəlidir, deyə Zeynalova qeyd edib.

Belə, ki, məişət zorakılığı zəminində ağır vəziyyətə düşmələri çox vaxt qadınları insan alverinin də qurbanına çevirir.

Məişət zorakılığından əziyyət çəkən qadın müdafiəsiz qalır. Reabilitasiya mərkəzlərinin sayı azdır, onları valideyn evinə qəbul etmirlər və taleyin ümidinə qalan qadınlar cinayət qurbanına çevrilirlər.

Buna qadınların müvafiq mərkəzlərdən yardım almaq imkanları haqqında hüquqi məlumatlarının olmaması da şərait yaradır. Eyni zamanda, qurbanların reabilitasiya mərkəzlərinin sayını artırmaq və onların coğrafiyasını genişləndirmək yaxşı olardı. Hazırda onların sayı beşdir və yalnız biri Gəncədə, digərləri isə Bakıdadır.

Zeynalova həmçinin qeyd edib ki, QHT-lər də problemin həllində böyük iş görə bilər. Amma son illər bu sahədə maliyyə mənbələri məhduddur və deyəsən, QHT-lərə Dövlət Dəstəyi Şurası donor yardımı göstərir. -06D-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az