Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

ABŞ-ın Suriyaya raket zərbəsi yeni vəziyyət yaradıb ekspert
ÇƏTİN SUAL 


2017 Aprel 12 ( Çərşənbə )  12:24:50
Çap versiyası
English Русский 

Bakı/12.04.17/Turan: Suriyanın hökumət qoşunlarının mülki əhaliyə qarşı kimyəvi hücumuna cavab olaraq ABŞ-ın Suriyanın "Şayrat" hərbi bazasına raket zərbəsi qətiyyətli və səmərəli xarici siyasətə olan tələbatın nəticəsidir. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb Ölkələri Tarixi şöbəsinin müdiri Fərda Əsədov bildirib.

Vaşinqtonun yeni siyasətinə olan ümidlər Donald Trampın seçilməsi ilə bağlıdır, belə ki, Obama administrasiyası qətiyyətsizliyə, strategiyasının olmamasına görə tənqidə məruz qoyulurdu, bu da Rusiyanın güclənməsinə şərait yaradırdı.

Digər tərəfdən, Suriyaya vurulan zərbə Trampın Rusiyayönlü siyasətçi imicindən qurtulmaq istəyinin nəticəsi ola bilər.

Əsədin bundan sonrakı taleyinə gəlincə, Tramp son bəyanatında deyib ki, Suriya prezidenti bütün resurslarını tükədib. ABŞ müttəfiqləri də Əsədin gedişi ilə bağlı daha qəti mövqe nümayiş etdirməyə başlayıblar, bu da Qərbin Suriya məsələsində birləşdiyini göstərir.

Bu fonda o, Rusiya və İran arasında Qərb əleyhinə alyans formalaşması mümkünlüyünə şübhə edir.

İran müstəsna olaraq Əsədi dəstəkləyirsə, Rusiya, çox güman ki, beynəlxalq ictimaiyyətin mövqeyinin təsiri altına düşəcək.

Suriya böhranı İrana keçə bilər? Bu suala cavabda ekspert şübhə ifadə edib. İranda siyasi azadlıqların məhdudlaşdırılmasına baxmayaraq, demokratik seçki institutları var.

İran amansızlıq nümayiş etdirsə də, bu ölkədə uyğunlaşma ənənələri də, razılığa gəlmək bacarığı da var.

Eyni zamanda, İranda vəziyyətin partlaması təkcə Yaxın Şərq miqyasında deyil, qlobal səviyyədə kataklizm olar, Əsədov belə hesab edir.

Amerikanın zərbəsindən sonra Azərbaycan üçün hansı risklər var?

Suriyada barışıq prosesində ölkənin bütövlüyü təmin edilməsə, əhali arasında narazılıq və məyusluq və bunun əsasında İŞİD-lə "həmrəylik" və ona dəstək artacaq.

Bu, əlbəttə ki, müsəlmanlar arasında, o cümlədən Azərbaycanda ekstremizmin və terrorçuluğun təbliğinin artmasına şərait yaradacaq.

Azərbaycan dünya siyasətindəki yeni trendlərə və Qərblə birləşməyə hazır olmalıdır, bu da RF-nin regionda güclənmiş təsirini zəiflədə bilər.

Belə olan vəziyyətdə Azərbaycan müttəfiq axtarmalı və Aİ ilə daha fəal şəkildə yaxınlaşmalı olacaq.

Ekspert həmçinin ərəb dünyasında ümumi böhrana və tənəzzülə, dünyəvi dövlətçiliyin zəifləməsinə diqqət çəkib. Bu, təkcə Suriya və İranda deyil, dağılma təhlükəsi yaranmış digər ölkələrdə də müşahidə olunur. -06D-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az