Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Şəhərlərdə dəstəyin olmaması Ərdoğana problemlər yaradacaq - ekspert
ÇƏTİN SUAL 


2017 Aprel 18 ( Çərşənbə axşamı )  17:25:15
Çap versiyası
English Русский 

Bakı/18.04.17/Turan: Türkiyədə dövlət idarəetmə formasının dəyişdirilməsi ideyası yeni deyil. Bu barədə müzakirələr Türkiyə respublikasının yarandığı gündən aparılırdı, bu barədə Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində "Qafqaz" Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirib.

Bu müzakirələr 80-ci illərin sonlarında, Türkiyənin hərbi çevrilişdən sonra yenidən demokratik idarəetmə sisteminə qayıtmasından sonra canlanıb. Türkiyədə prezident institutu həmişə mövcud olub və siyasətçilər və hüquqşünaslar dövlətdə prezidentin rolunun artırılması zərurətindən danışırdılar.

"Ədalət və İnkişaf" Partiyasının mövqeyi gücləndikcə prezident respublikasına keçid ideyası da güclənib. 2016-cı ilin yayında hərbi çevriliş cəhdi bu prosesi gücləndirib. Ərdoğan və onun tərəfdarları deyirlər ki, koalisiya hökumətləri siyasi qeyri-sabitliyə səbəb olur, xarici siyasətin elastikliyinə mane olur və dəfələrlə siyasi böhranlara və çevrilişlərə gətirib cıxarıb. 70-80-ci illərdə hökumətin tez-tez dəyişməsini, siyasi böhranları çoxları xatırlayır.

Aslanlının fikrincə, Ərdoğanın arzusu ilə yanaşı, son 15 ildə hökumətin uğurlu iqtisadi siyasəti və cəmiyyətin koalisiyadan yorulması ilə şərtlənən sosial sifariş də var idi.

Amma güclü demokratiyanın olmadığı şəraitdə prezident respublikasında avtoritarizmə keçmək təhlükəsi davam edir. "Proseslərin hansı istiqamətdə gedəcəyini zaman göstərəcək", deyə Aslanlı bildirib.

Bu zaman o qeyd edib ki, Konstitusiyaya dəyişikliklərin tərəfdarlarının çox cüzi fərqlə qələbəsi Türkiyə cəmiyyətində qarşıdurmanın güclənməsi ehtimalını artırır.

Digər tərəfdən, 2002-ci ildən etibarən ilk dəfə Ərdoğan tərəfdarları Türkiyənin üç ən böyük şəhərində - İstanbul, Ankara və İzmirdə uduzublar.

Referendum tarixdə mühüm dönüş mərhələsidir, amma onu prosesin son yekunu adlandırmaq olmaz.

Ekspert hesab edir ki, referendumun nəticələri Yaxın Şərq və digər yaxın region ölkələrində parlament respublikası tərəfdarlarının mövqeyini zəiflədir.

Azərbaycana gəlincə, Türkiyədəki referendum birmənalı olaraq rəsmi Ankara ilə Bakının münasibətlərini gücləndirəcək.

Türkiyədə koalisiya hökumətləri zamanı vaxtaşırı Azərbaycana münasibət dəyişirdi. Baxmayaraq ki, Ərdoğanın hakimiyyəti dövründə də belə şeylər olurdu, Ankara Yerevanla Sürix protokollarını imzaladığı zaman olduğu kimi. İndi bu aradan qalxacaq, cünki xarici siyasətə bir sorumlu mərkəz olacaq.

İnsan hüquqları sahəsində ciddi problemlər var, baxmayaraq ki, əvvəllər də olub.

"İndi də problemlər var, jurnalistlərin peşə fəaliyyətinə görə həbsi kimi. Azadlıq və təhlükəsizlik arasında ziddiyyət ən demokratik dövlətlərdə belə yaranır. Sərhədi tapmaq çətindir, xüsusən söhbət terrorçuluğa qarşı mübarizədən gedirsə. Türkiyədə vəziyyət Qərbdə tənqid olunduğu qədər də pis deyil, amma hakimiyyətin iddia etdiyi qədər yaxşı da deyil", deyə Aslanlı bildirib.

Türkiyənin Aİ ilə münasibətlərinə gəlincə, son illərin təmayülləri və insan hüquqlarının pozulması da nəzərə alınmaqla, referendum onlara mənfi təsir göstərəcək. Amma Donald Trampın gəlişindən sonra ABŞ-la münasibətlər istiləşməyə başlayıb.

Rusiya referenduma qarşı neytral mövqe tutub və Putin Erdoğanı təbrik etməyib, bu da münasibətlərdə yeni soyuqluğun carçısı ola bilər. -06D-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az