Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Ekspert: Hakimiyyət Avropa Şurasının QHT-lərlə bağlı tövsiyələrinə məhəl qoymur
ÇƏTİN SUAL 


2017 Aprel 24 ( Bazar ertəsi )  16:26:35
Çap versiyası
English Русский 

Bakı/24.04.17/Turan: Azərbaycanda QHT sahəsində qanunvericiliyin və praktikanın Avropa standartlarına uyğunlaşdırılması üzrə tövsiyələr vətəndaş cəmiyyətinin problemlərini tamamilə əks etdirir və onların aradan qaldırılması tədbirlərini ehtiva edir. Bu fikri Sivil Toplum Platformasının üzvü, Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov Turan-ın "Çətin sual" proqramına müsahibəsində söyləyib.

Tövsiyələr əsaslı şəkildə hazırlanıb, ancaq hakimiyyət onları çətin ki qəbul etsin. Bu, ötən həftə tövsiyələrin təqdimatı zamanı hökumət və parlament nümayəndələri tərəfindən də bildirilib.

Hakimiyyətin mövqeyi bir il əvvəlki kimi, Avropa Şurasının vətəndaş cəmiyyəti ilə dialoqu üzrə layihəsinin başladığı vaxtda olduğu kimidir, bu müddətdə heç nə dəyişməyib.

Belə ki, QHT-nin qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanından məktub tələb olunur. İcra hakimiyyətləri QHT-nin bu sahədə fəaliyyətinin məqsədəuyğun olması haqda rəy verməlidir ki, bu da vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti haqqında Avropa konvensiyasına ziddir.

Avropalı ekspertlər qrantların və xarici donorların qeydiyyatı ilə bağlı tələblərin aradan qaldırılmasına çağırıblar.

Eləcə də QHT-nin təsis edilməsində əcnəbilərin iştirakı ilə bağlı absurd məhdudiyyətlər irəli sürülür ki, bunlar da mahiyyətcə qeyri-kommersiya qurumlarıdır.

Eyni zamanda əcnəbilər rahat şəkildə kommersiya qurumları təsis edə və pul qazana bilər ki, hakimiyyətin məntiqilə desək, bundan da terrorizmin maliyyələşdirilməsində istifadə edə bilərlər.

A.Qurbanov şəxsi ianələrin bank köçürmələri vasitəsilə verilməsi barədə tələbləri əsassız hesab edir.

Hakimiyyət müstəqil QHT-ləri beşinci kolon kimi qəbul etməkdən imtina etməyincə vəziyyət dəyişməyəcək.

"Hökumət QHT-lərə artıq opponent kimi yox, düşmən kimi baxır, onları özü üçün təhlükə kimi görür. Ukraynada hakimiyyət dəyişikliyindən sonra hakimiyyət qorxur ki QHT-lərdən inqilab məqsədilə istifadə olunar, bu, cəfəngiyyatdır.

Hakimiyyət demək olar ki, siyasi partiyaları və müstəqil medianı kənarlaşdırıb. İndi də QHT-lərlə haqq-hesab çəkmək istəyirlər", - A.Qurbanov bildirib.

Onun sözlərinə görə, hakimiyyət çox güman ki, AŞ ekspertlərinin tövsiyələrinə məhəl qoymayacaq, ya da bəzi qeyri-prinsipial təklifləri qəbul edəcək.

O qeyd edib ki, vəziyyətin kardinal olaraq dəyişməsi üçün beynəlxalq təşkilatlar dəyişikliklərin vacibliyini çox aydın dildə hakimiyyətə başa salmalıdırlar.

*Xatırladaq ki, bu tövsiyələr Avropa İttifaqının dəstəyilə Avropa Şurasının "Azərbaycan Vətəndaş Cəmiyyəti Dialoqu" layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən hazırlayıb. Ancaq bu, rəsmi Bakı tərəfindən razılıqla qarşılanmayıb və hakimiyyət bu tövsiyələri qəbul etmək niyyətində olmadığına işarə edib.

2013-2014-ci illərdə QHT, qrantlar, hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanunlara bir sıra dəyişikliklər edilib ki, bu da vətəndaş cəmiyyətinin fəaliyyətini iflic vəziyyətinə salıb. Bu yeniliklər demək olar ki, Azərbaycanda xarici donorların fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb.

Hazırda demək olar ki, müstəqil QHT-nin olmadığı, ancaq hökumətyönlü QHT-nin təmsil olunduğu vətəndaş cəmiyyətində yeganə donor prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. 03B06-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az