Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Hakimiyyət ümumiyyətlə mətbuat azadlığı istəmir Hacıbəyli
ÇƏTİN SUAL 


2017 May 02 ( Çərşənbə axşamı )  16:39:19
Çap versiyası
English Русский 

Bakı/02.05.17/Turan: Azərbaycan hakimiyyəti, görünür, mətbuat və söz azadlığını tamamilə məhv etmək yolu tutub. Amma bunu yalnız müvəqqəti etmək olar, bu azadlığı tamamilə boğmaq mümkün deyil. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirib.

Mayın 3-də qeyd olunan Dünya Mətbuat Günü ərəfəsində Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyəti şərh edən Hacıbəyli qeyd edib ki, vəziyyət o dərəcədə acınacaqlıdır ki, ümumiyyətlə azad mətbuatın mövcudluğundan danışmaq çətindir.

Rabitə Nazirliyinin müxalif internet resurslarının bloklanması tələbi ilə bağlı iddiası bunun parlaq nümunəsidir.

"Bloger Mehman Qələndərovun istintaq təcridxanasında sirli ölümü və bunu ictimaiyyətdən gizlətmək cəhdləri, dəfnin gizli həyata keçirilməsi ölkədə ifadə azadlığına münasibətin göstəricisidir", deyə jurnalist qeyd edib.

Hacıbəylinin sözlərinə görə, mətbuat azadlığının metodik olaraq məhv edilməsi 2000-ci ildən gedir. Bu dövr ərzində jurnalistlərin qətlləri, qəzetlərin, radiostansiyaların bağlanması halları olub, indi isə saytların bloklanması baş verir.

"Görünür, hakimiyyət ölkədə ifadə azadlığının ümumiyyətlə olmamasını qarşısına məqsəd qoyub. Amma söz azadlığını müvəqqəti olaraq məhdudlaşdırmaq olar. Tənqidi səsləri tamamilə susdurmaq qeyri-mümkündür", deyə jurnalist qeyd edib.

Belə ki, hakimiyyət "Azadlıq" qəzetinin çap versiyasının buraxılışını dayandırmağa müvəffəq olub, amma onun on-line versiyası çıxmağa davam edir. Ümumilikdə, tənqidi səslər İnternetə, sosial şəbəkələrə keçib. Bu proses gələcəkdə yalnız güclənəcək, vətəndaş jurnalistikası və blogerlik isə yalnız fəallaşır.

"Tənqidə görə təqiblər nə qədər çox olsa, tənqid o qədər çox səslənəcək. Digər tərəfdən, informasiyanın sərhədi yoxdur və hakimiyyət nə qədər istəsə də, Azərbaycanı xarici dünyadan təcrid etmək mümkün deyil", deyə Hacıbəyli qeyd edib.

Onun fikrincə, söz azadlığını tamamilə boğmaq üçün Azərbaycanı Şimali Koreyaya çevirmək lazımdır. -06B-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az