Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Ekspert: Ərzaq bazarında vəziyyət acınacaqlıdır
ÇƏTİN SUAL 


2017 May 10 ( Çərşənbə )  16:27:10
Çap versiyası
English Русский 

Bakı /10.05.17/Turan: Azərbaycanın ərzaq bazarında bahalığın səbəbi istehsalat həcminin azlığı və inhisarın olmasıdır. Bu fikri "Aqrar İslahatlara Dəstək" qeyri-hökumət təşkilatının rəhbəri Vahid Məhərrəmov Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində söyləyib.

Bazarda artıq təzə tərəvəz, əsasən kartof və istixana təsərrüfatı məhsulları var, ancaq qiymətlər enmir. 1 kiloqram kartof 1,5 manatdan aşağı deyil. Halbuki, ötən il bu vaxtlar qiymətlər 70% aşağı idi. Pomidor və xiyar ötən ildə olduğundan iki dəfə bahadır", - o bildirib.

Ekspertin sözlərinə görə, bu o deməkdir ki, bazarda əhəmiyyətli dərəcədə təklif yoxdur, istehsalatın azalması var. Hətta Rusiyaya buraxılmayan tərəvəzlə dolu 200 yük maşınının ölkəyə qaytarılması da qiymətlərə təsir göstərməyib.

Bütün bunlar sahibkarlara subsidiya və güzəştli kreditlərin verilməsi barədə hökumətin bəyanatları fonunda baş verir. Ancaq subsidiyaların hamısı əmək məhsuldarlığı aşağı olan istehsalçılara çatmır.

Belə ki, əgər Stavropolda 1 ha-dan 700-1000 ton tərəvəz yığılırsa, Azərbaycanda məhsuldarlıq 10 dəfə azdır.

Ərzaq təhlükəsizliyinin ilkin şərti əhalinin tələbatının həcmi qədər məhsulun istehsal edilməsidir.

Belə ki, Azərbaycan 1,5 mln. ton taxıl idxal edir və bu, demək olar ki, ölkə tələbatının hamısıdır.

İldə adambaşına 360 litr südə tələbatın olduğu halda, ölkədə idxalın və yerli istehsalatın hesabına istehlak 280 litr təşkil edir.

Ətə tələbat 84 kq.-dır, idxalın və yerli istehsalatın hesabına istehlak səviyyəsi cəmi 33 kq. təşkil edir.

Bu disbalansa görə məhsulun keyfiyyəti də lazımınca deyil.

Belə ki, qıtlıq şəraitində aşağı keyfiyyətli məhsullara da tələbat olur. Ölkəyə 4-5 növ taxıl daxil olur. Azərbaycanda qida məhsulları qonşu ölkələrdə olduğundan bahadır.

Digər problem isə davamlı istehsalatın olmamasıdır. Son illər təkcə regionların inkişafı proqramına 50,7 mrld. manat xərclənib.

Taxıl istehsalı üçün 80 mln. manat həcmində subsidiyanın ayrılmasına baxmayaraq, ölkə onu idxal etməkdə davam edir.

Statistik məlumatlar reallıqla üst-üstə düşmür. Bildirilir ki, ötən il Azərbaycanda 3 mln. ton taxıl və 1,8 mln. buğda istehsal edilib ki, bu da istehlak həcmindən təxminən iki dəfə azdır. O zaman nədən bir milyon yarım ton taxıl idxal edilib? Axı əhalinin tələbatının ödənilməsi üçün bu qədər bəs edir.

3 mln. ton taxıl həm də ona görə şübhə doğurur ki, ölkədə bu həcmdə məhsulu saxlamaq üçün anbarlar yoxdur.

Odur ki, ekspert rəsmi statistik məlumatları şişirdilmiş hesab edir. Onun fikrincə, bu, aqrar sektora subsidiya ayrılmasına haqq qazandırmaq üçün edilir.

V.Məhərrəmov idxalda inhisarın aradan qaldırılması barədə fikirləri də şübhə altına alır.

Əgər belə olsaydı bazarda kartof 1,5 manat yox, qonşu ölkələrdə olduğu kimi, 0,5 manat olardı. Bu, ət və südə də aiddir.

V.Məhərrəmov hakimiyyətin elan etdiyi aqrar sektorun inkişafına dair yol xəritəsinə də skeptik yanaşır. Bu sənəddə ziddiyyətlər çoxdur. Belə ki, bir tərəfdən göstərilir ki, gübrədən istifadə 20% artırılacaq və istehsalat da 20% artacaq. Eyni zamanda deyilir ki, ekoloji balanslaşdırma üçün gübrə tətbiqi 20% azaldılacaq.

Yem istehsalının 20% artırılmasının bu həcmdə ət və süd istehsalına səbəb olacağı da ciddi deyil.

Aqrar elmini inkişaf etdirmədən dönüş əldə etmək mümkün deyil. İstehsalçılar özləri müvafiq biliklərə malik deyil. Belə ki, torpaq islahatı nəticəsində torpaq alan 870 min ailədən 90%-nin müvafiq biliyi yoxdur.

Bundan öncə istehsalçılar aqronomların və zootexniklərin göstərişləri üzrə çalışırdılar, hazırda belə mütəxəssislər azdır.

Aqrar elmini inkişaf etdirmək, ixtisaslı kadrlar hazırlamaq, istehsalatı elmi əsaslarla inkişaf etdirmək lazımdır, V.Məhərrəmov qeyd edib.-0306--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az