Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

ABB-nin qərarı pis və çox pis arasında seçimdir, ekspert
ÇƏTİN SUAL 


2017 May 16 ( Çərşənbə axşamı )  15:44:07
Çap versiyası
English Русский 

Bakı/16.05.17/Turan: Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması haqqında Nyu-York məhkəməsinə müraciəti bankın çox pis və pis arasında seçim etməsinin göstəricisidir.

Bu fikri Turan agentliyinin "Çətin sual" verilişinə müsahibəsində iqtisadçı ekspert, ReAl hərəkatının icraçı direktoru Natiq Cəfərli bildirib.

Çox pis ssenari dünyanın müxtəlif yerlərində kreditorların ABB-yə qarşı maliyyə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məhkəmə iddiaları qaldırması olardı.

ABB buna görə daşınar və daşınmaz aktivləri ilə cavab verməli olardı, məhkəmələr onlara həbs qoya bilərdi. Buna görə pis variant seçilib.

Borc öhdəliklərinin dövlətə verilməsindən və müvafiq məhkəmə qərarından sonra bu, mümkün olmayacaq, amma bunun Azərbaycanın maliyyə vəziyyətinə mənfi təsiri olacaq.

Bundan sonrası hökumət və kreditorlar arasında danışıqlardan asılı olacaq. Mayın 23-də kreditorlarla görüşdə maliyyə naziri Samir Şərifov borcların ödənilməsi qrafikini razılaşdırmağa çalışacaq.

İstənilən halda, baş verənlər investisiya mühitinə ağır zərbə vuracaq, investorları qorxudacaq. Buraya ədalətli məhkəmə sisteminin olmamasını və vergi və gömrük qaydalarının tez-tez dəyişməsini də əlavə etmək lazımdır. Belə ki, təkcə bu il Vergi Məcəlləsinə 201 dəyişiklik edilib.

İnvestisiya mühitinə bank sahəsindəki vəziyyət də mənfi təsir edir. Rəsmi məlumatlara görə, problemli kreditlərin həcmi 10% təşkil edir. Beynəlxalq reytinq agentliyi 15-30%-lik rəqəm göstərir.

Banklar kredit pullarını yığa və yeni kreditlər verə bilmir. İşdən azad etmələrin ilk növbədə bu sahədə baş verməsi təsadüfi deyil. Buna görə bir çox bankların tezliklə bağlanacağını və ya birləşəcəyini proqnozlaşdırmaq olar.

Yanvarla müqayisədə manatın məzənnəsinin sabitləşməsinə baxmayaraq, inflyasiya ikirəqəmli olaraq qalıb. Bununla yanaşı, iqtisadi fəallıq da azalıb.

Uzun müddət Azərbaycanda primitiv iqtisadi model mövcud olub: iş fəallığı dövlət büdcəsi hesabına qorunub saxlanıb - böyük tikinti-təmir layihələrinə vəsait ayırlıb. İndi isə investisiya xərcləri 4 mlrd. manat azalıb və bu, iqtisadiyyata mənfi təsir edir və əhalinin gəlirlərini azaldır. -06B-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az