Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Eldar Namazov: Dövlət idarəçiliyində islahatlar üçün daha kardinal addımlar atılmalıdır
ÇƏTİN SUAL 


2017 İyun 06 ( Çərşənbə axşamı )  17:38:30
Çap versiyası
English Русский 

Bakı/06.06.17/Turan: Azərbaycan Prezident Administrasiyanın yenidən təşkili mühüm addımdır, ancaq dövlət idarəetmə sistemi bir sərəncamla formalaşmır. Bunu Azərbaycan prezidentinin keçmiş köməkçisi, dövlət başçısı katibliyinin rəhbəri, politoloq Eldar Namazov Turan agentliyinin "Cətil sual" proqramına müsahibəsində deyib.

Eyni zamanda o, administrasiyanın şöbə müdirlərinin prezidentin köməkçisi təyin edilməsini müsbət qiymətləndirib. Bundan əvvəl onlar administrasiya rəhbərinin müavinləri idilər və bu, onsuz da mürəkkəb olan idarəetmə sistemini çətinləşdirirdi.

Lakin E.Namazlı hərbi məsələlər şöbəsinin ləğvi və bu istiqamətin hüquq-mühafizə orqanları şöbəsinə verilməsi ilə razı deyil. Onun fikrincə, hərbi və hüquq-mühafizə orqanlarına rəhbərlik ayrıca olmalıdır, xüsusilə də müharibə gedən ölkədə.

E.Namazov hesab edir ki, idarəetmə sistemində islahatlar üzrə gələcək addımlar vacibdir. O, diqqəti ona yönəldib ki, prezidentin təyin etdiyi nazirlər və Dövlət komitələrinin rəhbərləri administrasiya rəhbəri, administrasiyanın şöbə müdirləri və baş nazir, baş nazirin müavinləri və Nazirlər Kabinetinin şöbələri ilə işləməyə məcburdur.

Bu sistemin qeyri-effektliyinə nümunə kimi Beynəlxalq Bankda xərclənən milyardları və keçmiş MTN-dəki qanunsuzluqları göstərmək olar. Bu qədər rəhbər orqan olsa da bütün bunlardan qaçmaq mümkün olmayıb.

E.Namazov düşünür ki, birinci vitse- prezident və vitse- prezidentlər institutu yaradılandan sonra Nazirlər Kabinetinə ehtiyac qalmır.

Dünyanın aparıcı dövlətində- ABŞ-da Nazirlər Kabineti yoxdur. Prezidentin təyin etdiyi nazirlər var. ABŞ-da prezidentin köməkçiləri müxtəlif istiqamətlərdə strategiyanın müəyyən olunmasında dövlət başçısına yardım göstərirlər, nazirlər isə onları həyata keçirirlər.

Odur ki, bürokratik aparatda ciddi ixtisarlar real hakimiyyət bölgüsünü, məhkəmələrin müstəqilliyini təmin edəcək.

E.Namazov təmsilçilik demokratiyasını da vacib hesab edir.

Hətta sovet dövründə şuralar olurdu ki, onlar insanların gündəlik həyatına dair məsələlərlə məşğul olurdular, məmurlara nəzarət edirdilər. Hazırda paytaxtın özünün təmsilçilik orqanı yoxdur. Nəticə olaraq, şəhər həyatı, bununla bağlı iri layihələrə dair məsələlər əhalinin və mütəxəssislərin iştirakı olmadan həll edilir.

E.Namazov buna pis nümunə kimi keçmiş Sovetski küçəsindəki abadlıq işlərini göstərib. Belə ki, Milli Dram Teatrı hərəkətin sıx olduğu avtomobil yolları arasında sanki adaya çevrilib. Teatra tərəf getmək əsl problemə dönüb. -03C06---

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az