Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Təkcə siyasətçilər deyil, sadə vətəndaşlar da repressiyalara məruz qalır - hüquq müdafiəçisi
ÇƏTİN SUAL 


2017 İyun 29 ( Cümə axşamı )  14:04:34
Çap versiyası
English Русский 

Bakı/29.06.17/Turan: Azərbaycanda növbəti siyasi azadlıqlarla bağlı vəziyyətin pisləşməsi dalğası müşahidə olunur, bu barədə Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində hüquq müdafiəçisi Samir Kazımlı bildirib.

Siyasi azadlıqlar daim məhdudlaşdırılır, amma müntəzəm olaraq vəziyyət bir qədər yumşalır, siyasi məhbuslar azad edilir. Amma sonradan yeni repressiyalar, fəallara təzyiqlər və həbslər dalğası başlayır.

Kazımlının sözlərinə görə, ölkədə ifadə, toplaşmaq, birləşmək azadlıqları, mülkiyyət hüquqları ciddi şəkildə məhdudlaşdırılıb.

Müstəqillik olmadığına görə məhkəmələr də insan hüquqlarının müdafiəsi funksiyalarını yerinə yetirə bilmir.

İfadə azadlığı həddindən artıq məhdudlaşdırılıb. Mitinqlərə yalnız Bakıda "Məhsul" stadionunda icazə verilib. Amma indi razılaşdırılmış aksiyalarda iştiraka görə də vətəndaşları təqib edirlər, saxlayırlar və inzibati həbslərə məruz qoyurlar, işdən çıxarırlar.

Belə ki, mitinqlərdə iştiraka görə Xalq Cəbhəsi Partiyasının 20-yə yaxın fəalı işini itirib.

Ən pis vəziyyət mətbuat sahəsindədir və artıq məhkəmə qərarı ilə saytlar bloklanır, jurnalistlərin yeni həbs dalğası həyata keçirilir.

Ölkədə yüz əllidən çox siyasi məhbus var. Bu siyahılar AŞPA-nın 2012-ci ilin payızında Kristofer Ştrasserin məruzəsi əsasında qəbul edilmiş qətnaməsində müəyyən edilmiş meyarlara əsasən tərtib edilib.

Belə ki, təkcə siyasi fəaliyyətinə görə həbs edilənlər deyil, həm də fundamental azadlıqlarını - söz, ifadə, toplaşmaq və mətbuat azadlıqlarını həyata keçirdiklərinə görə zərər çəkənlər də siyasi məhbusdur.

Siyəzəndə (un və çörək qiymətlərinin bahalaşmasına qarşı), Mingəçevirdə (polis özbaşınalığına qarşı), Biləsuvarda (məcburi köçkünlərin elektrik enerjisinin kəsilməsinə qarşı) dinc etirazlarda iştirak edən sadə vətəndaşlar və dindarlardan çiy böyük bir qrup da siyasi məhbus kimi tanınıb.

Kazımlı vəziyyətdən çıxışı repressiyalara son qoyulmasında və vətəndaş cəmiyyəti və partiyalarla dialoqda, siyasi məhbusların azad edilməsində, mətbuat azadlığının təmin edilməsində, azad seçkilər keçirilməsində görür.

Beynəlxalq təşkilatlar demokratik islahatlar keçirilməsinə necə kömək edə bilər? Bu suala cavabda Kazımlı deyib ki, ölkədə beynəlxalq təşkilatların fəaliyyəti üçün şərait yoxdur.

Vətəndaş cəmiyyətindən onların tərəfdaşlarının fəaliyyəti üçün nə təcrübi, nə qanunvericilik nöqteyi-nəzərdən şərait yoxdur, deyə Kazımlı qeyd edib. -06C-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az