Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Eyyub Hüseynov: Qida təhlükəsizliyi ciddi problem olaraq qalır
ÇƏTİN SUAL 


2017 İyul 24 ( Çərşənbə axşamı )  15:11:52
Çap versiyası
English Русский 

Bakı/18.07.17/Turan: Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində qida təhlükəsizliyindən və istehsalçıların hüquqlarının qorunmasından danışıb.

- Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqları necə qorunur? Qida məhsulları gigiyenik normalara cavab verirmi?

- Ümumilikdə götürsək, ciddi problem yaşanır. Çünki ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət olur. Ümumilikdə tam təhlükəsiz qidadan söhbət gedə bilməz. Bunun bariz nümunələrindən biri insanların apteklərdə növbəyə durmasıdır. Dünyanın heç bir ölkəsində insanlar bu cür dərman üçün növbəyə durmur. Bu da o deməkdir ki, böyük Hippokratın dediyi kimi, "biz nə yeyiriksə, oyuq". Təsadüfi deyil ki, bütün bu işlərdən narahatlıq keçirən ölkə prezidenti bu ilin fevralında ayrıca agentliyin ("Qida Təhlükəsizliyi Agentliyi") yaradılması barədə fərman imzalayıb. Bu, bir daha onu göstərir ki, bu sahədə ciddi problemlər var.

Gündəlik eşidirik ki, mundar olmuş heyvanların ətini satırlar, təhlükəli mallar satırlar, zəhərlənmələr və sair olur. Qida təhlükəsizliyi və yaxud qidanın təhlükəsizliyi məsələsi Azərbaycanda ciddi problem olaraq yaşanır.

- Azərbaycan vətəndaşlarının keyfiyyətli dəniz məhsullarına əlçatanlığı nə qədər təmin edilib? Mağazalarda qara kürü, Xəzər balıqlarının geniş çeşidi hansı səbəbdən istehlakçılara təklif edilmir?

- Bu sualın cavabı üçün Bakıda "Təzə bazar"a baş çəkmək lazımdır. Orada görərik ki, Xəzərdən qeyri-qanuni yolla tutulmuş bir çox balıq növlərinin müxtəlif çeşidləri təklif edilir. Hansı ki, bu cür malların satışı qadağandır. Lakin ixtisaslaşdırılmış xüsusi mağazalarda qara kürü ilə yanaşı, süni kürü də satılır. Əlbəttə, insanlar üçün qara kürü almaq əlçatan deyil. Yəni maddi nöqteyi-nəzərdən insanlar üçün əlçatan deyil. Ona görə də Eyyub Hüseynov (özünü nəzərdə tutur - red.) 20 ilə yaxındır ki, qara kürüdən məhrumdur, yemir, çünki əlçatan deyil.

- Qara kürünün qiymətləri təxminən nə qədərdir?

- Azərbaycanda istehsal olunmuş qara kürünün 1 kiloqramının qiyməti təxminən 1500 manatdan bir az yuxarıdır. Qiyməti çox bahadır və onu da qeyd edim ki, Azərbaycanda süni kürü də satılır. Bu, qanuni, müəyyən standartlara cavab verən, lakin qara kürü ilə heç bir əlaqəsi olmayan, arzuolunmaz bir kürüdür. Təəssüflər olsun ki, bu cür kürülər bizə Həştərxandan da idxal olunur. Azərbaycanı kürü ölkəsi kimi tanıyan xaricilər bu cür süni kürüləri alır, hansı ki, onlar natural kürü deyil. Azad İstehlakçılar Birliyi Azərbaycanda istehsal olunan süni kürülərin etiketindən nərə balığı şəkilini yığışdırmağa nail olub.

- Nərə balıqlarının çeşidləri üzrə qiymətlər necədir?

- Bəli, bu da adi, mənim kimi istelakçı üçün əlçatan deyil. Nərə balıqlarının ixtisasladırılmış dükanlarda qiyməti 50 manat ətrafındadır. Lakin qeyri-qanuni tutulan nərə balıqları da satılır. Onun da qiyməti heç də aşağı deyil. 1 kiloqramı 40 manat ətrafında satılır. Üstəlik antisanitar şəraitdə satırlar. Qiymətlər çox yuxarıdır və əhalidən hər həftə bir-iki telefon zəngi gəlir. Xəzər ətrafında olan bir şəhər olasan və balıq bu qədər qıt ola, belə baha ola, bu narazılıqları ifadə edən telefon zəngləri gəlir.

- Xarici ölkələrdən idxal edilən qida məhsullarının keyfiyyəti gigiyenik normalara cavab verirmi?

- Bir çox xarici ölkələrdən idxal olunan mallarda təhlükəlilik var. Elə bu günlərdə bizim ofisə Ukraynadan idxal olunan "Qualiko" toyuqları (Binskiy vilayəti) ilə bağlı materiallar daxil olub. Dövlətin bir neçə orqanı buna sertifikat verib, qanuniləşdirib, daxili bazara buraxıb. Lakin, bizim əlimizdə olan rəsmi məlumatlara görə, İqtisadiyyat Nazirliyi ayrıca ekspertiza keçirib. Məlum olub ki, Ukraynadan idxal olunan bu toyuqların içərisində baytarlıq dərmanının qalıqları normadan çox artıqdır, naməlum mayelər var. Məsələni araşdırmaq üçün adını çəkdiyim dövlət orqanı Baş Prokurorluğa rəsmi müraciət edib. Paradoksdur, dövlətin bir orqanı yoxlayır, hər şeyə "okey" deyir, digəri daxili bazarda yoxlayır, vəziyyət pis olur. Təəssüflər olsun ki, xüsusən xarici ölkələrdən gətirilən bu kimi mallar var. Əlbəttə, pestisidlərlə, nitritlərlə zəhərlənmiş mallar da istisna deyil. Buraya geni dəyişdirilmiş malları da əlavə etmək olar. Çox təəssüf ki, öncə dediyimiz kimi, qida təhlükəsizliyi haqqında qanun olmamasından biznes qurumları istifadə edir və ölkənin əmtəə bazarına külli miqdarda təhlükəli mallar idxal olunur.

- "Tarladan süfrəyədək" prinsipi əsasında məhsulun risk səviyyəsinə uyğun olaraq dövlət nəzarətinin həyata keçirilməsi təmin edilirmi?

- Buna haps sistemi deyirlər (Tarladan istehlakçının masasının üstünə qədər izlənmə sistemi). Ölkə prezidentinin bu ilin fevralında imzaladığı sərəncamda bu məsələyə ayrıca toxunulub. Yəni, məhsul tarladan istehlakçının masasının üstünə gələnədək müəyyən risk nöqtələrindən keçir. Buna qida zənciri deyirlər. Məşhur söz var: zəncirin möhkəmliyi onun halqasındən asılıdır. Qida da istehlakçının masasının üstünə gələnədək müəyyən halqalardan, risk nöqtələrindən keçir, - əkilməsi, pestisidlərin, nitritlərin verilməsi, daşınması, satılması və sair. Təəssüflər olsun ki, bu sahədə ciddi problemlər var. Öncə dediyim kimi, ölkə prezidentinin fərmanında məsələ ayrıca işıqlandırılıb. Hamımıza məlumdur ki, beş il öncə Avropaya göndərilən Azərbaycanın fındıq məhsulları geri qaytarıldı. Çünki orada oflotoksin göbələklər müəyyən olundu. Avropa İttifaqının layihələri çərçivəsində Azərbaycanda ciddi iş aparıldı. Təxminən iki məhsul "hats" sisteminə uyğunlaşdırılıb. Bu, qara kürüdür, balıq və balıq məhsullarıdır, bir də ləpələr - fındıq və qoz ləpələridir. Bu iki növ məhsullar artıq xarici bazara çıxarmaq üçün uyğunlaşdırılıb. Lakin həmin məhsullar Azərbaycanın daxili bazarında əlbəttə, öz təhlükəli parametrləri ilə satılır. Yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinin qarşısına bu məsələnin həlli ciddi qoyulub. Məhsul tarladan istehlakçının masasının üstünə qədər izlənməsi sisteminə məruz qalsın və risk nöqtələri, zəncirin risk halqaları qiymətləndirilsin və risklər aradan götürülsün. Təəssüf ki, probeləm hələ yaşanır.

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az