Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Eldəniz Quliyev: Azərbaycan tamaşaçısı komediya və faciəyə meyllidir
ÇƏTİN SUAL 


2017 Avqust 03 ( Cümə axşamı )  16:39:01
Çap versiyası
English Русский 

Bakı/04.08.17/Turan: Kinodramaturq Eldəniz Quliyev Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində kino sənayesinin durumundan danışıb.

- Azərbaycan kino sənayesinin fəlsəfəsini necə xarakterizə edərdiniz?

- Azərbaycan bu gün kino istehsalatında özünün problemlər mərhələsini yaşayır. Sualdakı fəlsəfə sözü məni bir qədər çaşdırır. Hər bir ölkənin kino sənəti o ölkənin vətəndaşının ləyaqətli, əxlaqlı, vicdanlı və mənəviyyatlı yaşayışına prioritet verməlidir. Azərbaycan kinosu da istisna deyil. Ölkədə kino sənəti yarandığı ilk vaxtdan, 1895-ci ildə Parisdəki kafe Şantanda (Parisin Kapusinov bulvarında ilk ictimai baxış olub-red.) Lümyer qardaşlarının şəkilləri hərəkətə gətirməsindən cəmi üç il sonra 1898-ci ildə Azərbaycanda kino yarandı. Mişon adlı bir fotoqraf bir neçə sənədli film çəkib. Bununla da Azərbaycanda kino sənayesinin özülü qoyulub. O vaxtdan indiyədək kino Azərbaycan mədəniyyətinin, mənəviyyatının tərkib hissəsidir. Ona görə insani münasibət, xoşbəxt, əxlaqlı, mənəviyyatlı insan yetişdirmək Azərbaycan kino sənətinin, kino istehsalının fəlsəfəsi kimi qəbul olunur.

- Ölkənin kino sənayesi gəlir gətirirmi?

- Təəssüf ki, hazırda ölkənin kino sənayesi gəlir gətirmir. Bəlkə də bu, şəxsi fikrimdir. Çünki ən əsas kino istehsalı bazası olan "Azərbaycanfilm" Kino Studiyası bu gün kifayət qədər öz gücündə işləmir, dövlət sifarişləri demək olar ki, yox dərəcəsindədir. İstedadlı, peşəkar kino xadimləri pərən-pərən düşüb. Bəzisi işsizdir, bəziləri hansısa kino prodakşnlarda (kino istehsalı-red.) işləyir. Amma cəm halında kimsə hesablasın ki, istehsal olunan filmlər qazanc gətirir-gətirmir, çox güman ki, yox. Çünki kinoteatrlarımızda bir çox hallarda zallar boş olur. Sosial şəbəkələr, İnternet tamaşaçıları kinoteatrlardan bir az uzaq salıb. Əgər tamaşaçı azdırsa, təbii ki, gəlirdən də danışmaq olmaz. Üstəlik, çəkilən filmlərin səviyyəsi, hər halda daha yüksək səviyyə arzu edərdik.

- Azərbaycan əhalisi daha çox hansı janrlı və məzmunlu filmlərə baxır?

- Ta qədimdən Azərbaycan tamaşaçısnın mental şüurunda komediya və faciəyə bir meyl olub. Təsadüfi deyil ki, 1898-ci ildə çəkilən sənədli filmlərlə yanaşı, həmin o fotoqraf Mişelin çəkdiyi filmlər arasında bir dənə komediya da var. Adı da "İlişdin ha"dır. Yəni, orada da qaçmaq, qovmaq, yıxılmaq, durmaq var, gülməli bir situasiya filmi idi. Həm komediya, həm tragediya. Bu da bizim mental şüurumuzdan xəbər verir.

- Azərbaycanın milli kinosu beynəlxalq arenada qəbul edilirmi? Hansı kino festivalları Azərbaycan filmlərinə daha çox maraq göstərir?

- Bu, ağrılı sualdır. Çünki dünya kinosu artıq çox innovasiyalarla, böyük texniki uğurlarla, bədii səciyyə ilə çox inkişaf edib. Amma təəssüf ki, Azərbaycan milli kinosu düşünülərəkmi, düşünülməyərəkmi, qəsdənmi inkişafdan demək olar ki, dayanıb. Bunu təəssüf hissi ilə deyirəm. Odur ki, Azərbaycan filmlərinin son zamanlar hər hansı bir prestijli festivallarda iştirakı demək olar ki, yoxdur. İştirak olunanlar ikinci dərəcəli festivallardır. Oraya da ikinci dərəcəli filmlər göndərilir. Müəllif filmləri yox, peşəkar sənət adamları, ssenaristlər, rejissorlar, aktyorlar, rəssamlar, bəstəkarlar və digərlərinin əksəriyyəti pərən-pərən düşdüyü üçün bu gün yaxşı kinodan, yəni, hər hansı bir hörmətli festivala gedib çıxan filmlərdən danışmaq hələ tezdir. -03B-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az