Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Ekspert: Avropa Şurasından çıxmaq Azərbaycanın maraqlarına uyğun deyil
ÇƏTİN SUAL 


2017 Oktyab 17 ( Çərşənbə axşamı )  15:24:00
Çap versiyası
English Русский 

Bakı/17.10.17/Turan: Azərbaycanla Avropa Şurası arasında gərginliyin səbəbi rəsmi Bakının bu təşkilat qarşısındakı öhdəliklərini tam yerinə yetirməməsidir. Bu fikri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində söyləyib.

Sual: Avropa Şurası ilə Azərbaycanın münasibətlərində yaranan gərginliyin səbəbləri nədir?

Cavab: Bu səbəblər çox müxtəlifdir. Birinci növbədə Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə demokratiya, insan hüquqları, qanunvericilik sahəsində müəyyən öhdəliklər götürüb. Çox təəssüf ki, həmin öhdəliklər tam şəkildə yerinə yetirilmir. Düzdür, qanunvericiliklə bağlı xeyli dəyişikliklər olub, qanunlar formal cəhətdən bəzi Avropa standartlarına uyğunlaşdırılıb. Amma demokratiya və insan hüquqları sahəsində xeyli problemlər var. Bu da daim Avropa Şurasının narazılığına səbəb olur. Avropa Şurasının Nazirlər Komitəsində də, Parlament Assambleyasında da bu məsələ dəfələrlə müzakirə olunub. Azərbaycan isə sadəcə olaraq demokratik ənənələrə sadiqliyini nümayiş etdirmək istəmir.

Sual: AŞPA Azərbaycanda demokratik təsisatlar və insan hüquqları ilə bağlı iki qətnamə qəbul edib. Rəsmi Bakının bu qətnamələrlə bağlı mövqeyi qaneedicidirmi?

Cavab: Azərbaycan üzərinə Avropa Şurası qarşısında müəyyən öhdəlik götürdüyü üçün vaxtaşırı olaraq monitorinq proseduruna cəlb olunur. Həm demokratik təsisatlar, həm insan hüqularının vəziyyəti ilə bağlı məsələ Parlament Assambleyasında müzakirə olunur. Çox təəssüf ki, bu müzakirələrdə əksər hallarda Azərbaycan tərəfi bir növ çox cığal xarakter daşıyan mövqe tutur. Yəni, məruzədə göstərilən fikirləri, sadəcə, inkar etməklə, bəzən də Avropa Şurasına hədə-qorxu gəlməklə (bu qurumun tərkibindən çıxacağıq və sair) öhdəliklərini yerinə yetirmədiyini ört-basdır etmək istəyir. Hesab edirəm ki, bu dəfəki müzakirələrdə də qəbul edilmiş qətnamələrə münasibətdə də əvvəlkindən ciddi şəkildə fərqlənmir. Müəyyən nəticə çıxarmaq, öz siyasi dəst-xətlərində korrektələr etmək əvəzinə Avropa Şurasını şərləməklə və bir qədər də hədələməklə məşğuldurlar.

Sual: Sizcə, Azərbaycan beynəlxalq tənqidləri liberallaşdırmaq üçün hansı addımları atmalıdır?

Cavab: Hesab edirəm ki, birinci növbədə demokratik təsisatlarla bağlı məsələlər - seçkilərlə, insan hüquqları, mətbuat azadlığı ilə, jurnalistlərə basqılarla bağlı, o cümlədən Turan İnformasiya Agentliyinə son dövrlər olan basqılarla bağlı məsələlər ciddi müzakirə olunmalı və ciddi nəticələr çıxarılmalıdır. Azərbaycan hakimiyyəti Avropa Şurası ilə münasibətlərdə ilk növbədə elə bir daxili auditoriyaya yönəlmiş addımlar atır. Mənə elə gəlir ki, bundan qaçmaq lazımdır. İnsan hüquqlarında gec-tez liberallaşma getməlidir. İnsanların şərlənib həbs olunması praktikasına son qoyulmalıdır. Qanunsuz həbsə alınmış şəxslər azad olunmalıdır. Digər demokratik təsisatların fəaliyyəti ilə bağlı - seçki hüququnun bərpası, sərbəst toplaşmaq azadlığı (son dövrlərdə iki mitinqin keçirilməsinə icazə veriblər, amma mitrinqlərin təşkilində nə qədər problemlər yaranır, mitinqin təşkilatçıları həbsə alınır) kimi məsələlərdə Azərbaycan real addımlar atmalıdır. Deklorativ addımlar yox, real addımlar atılmalıdır.

Sual: Azərbaycanın Avropa Şurasından çıxacağı ilə bağlı fikirlər səslənməkdədir. Sizcə, Azərbaycanın bu qurumu tərk etməsi ölkə üçün nə qədər sərfəlidir?

Cavab: Hesab edirəm ki, istənilən beynəlxalq təşkilatın tərkibində qalıb fəaliyyət göstərmək ondan kənarda fəaliyyət göstərməkdən qat-qat sərfəlidir. Istisna etmirəm ki, bəzən münasibətlərin gərginləşməsi bəzən bizim hakimiyyəti belə addımlar atmağa, belə çağırışlar etməyə məcbur edə bilər. Hesab edirəm ki, əməkdaşlıq mövqeyi tutmalıdır. Avropa Şurası hər halda Avropada müəyyən nüfuz sahibi olan bir təşkilatdır. Ən azı Azərbaycan haqqında, başqq ölkələr haqqında xeyli müzakirələr aparılır. Azərbaycan bu müzakirələrdə iştirak edir. Ölkə dialoqda iştirak etmək əvəzinə oradan çıxırsa, sadəcə, itirmiş olacaq. Azərbaycan dövlətçiliyi üçün bir o qədər də uğurlu variant olmayacaq. -03B--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az