Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Nazim Bəydəmirli: Azad sahibkarlıq əziyyət çəkir
ÇƏTİN SUAL 


2017 Oktyab 18 ( Çərşənbə )  13:00:42
Çap versiyası
English Русский 

Bakı/18.10.17/Turan: Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində ölkədəki iqtisadi durum və islahatlardan danışıb.

"Rəqəmlər onu göstərir ki, biznesə təzyiq artmaqda davam edir. Təbii ki, büdcə gəlirləri azaldıqca qeyri-neft sektorunda çalışan sahibkarlara, iş adamlarına vergi ödənişləri ilə bağlı obyektiv təzyiqlər var. Bunu normal qarşılayıram", deyə o qeyd edib.

Ekspertin fikrincə, iki ilə yaxındır həm lisenziyaların verilməsi ilə bağlı olan məhdudiyyət aradan götürülüb, həm lisenziyaların müddətsiz verilməsinə başlanıb.

"Bu, bir çox sahələrdə də baş verdi, həm də dövlətin kənd təsərrüfatına, qeyri-neft sektoruna dəstəyi nümayiş olundu. Dövlət tərəfindən investisiyalar yatırıldı. Bu, hər halda sahibkarlığa müsbət təsir göstərib".

Bununla yanaşı, Bəydəmirli problemlərdən də danışıb.

"Bunu xüsusilə vurğulamaq istəyirəm ki, insanların gəlirləri azalıb. İstehlak qiymətlərinin artması vətəndaşların vəziyyətinə mənfi təsir göstərməkdə davam edir. Hökumətin əlində olan vasitələr (sosial müavinətlə bağlı) məhdudlaşdırıldığından, həm də azad sahibkarlıq bundan əziyyət çəkir. Ona görə, hesab edirəm ki, kardinal islahatlar aparılmalıdır", deyə o qeyd edib.

Ekspert prezidentin Nazirlər Kabinetinin strukturu ilə bağlı imzaladığı sərəncama da toxunub.

"Düzdür, şəxsən mənim gözləntilərim daha böyük idi. Əksər ölkələrdə olduğu kimi Nazirlər Kabineti mobil struktura, dinamik fəaliyyət göstərən bir quruma çevrilməlidir. Ona görə də Nazirlər Kabineti dedikdə, Gürcüstan da başda olmaqla, bütün keçmiş (MDB ölkələrində baş nazir, baş nazirin iki müavini, hansı ki, Gürcüstanda baş nazirin müavinləri ictimai əsaslarla işləyir) və təxminən 17-18 nazirlikdən ibarət bir qurum nəzərdə tutulur. Bunların tez-tez dəyişdirilməsi mobilliyi, dinamikliyi artırır".

Milli Məclisin keçmiş deputatı hesab edir ki, Nazirlər Kabinetində geniş struktur islahatları aparılmalıdır. Nazirlər Kabinetində bir çox bir-birini təkrarlayan qurumlar var. Çox təəssüf ki, Nazirlər Kabinetinin stuktur islahatları nəticəsində açıqladığı qurumlar yenidən köhnə Nazirlər Kabinetini birə-bir təkrarlayır".

Ekspertin fikrincə, Strateji Yol Xəritələri bəzi hallarda çox gec yerinə yetirilir.

"Bu proqramların (Strateji Yol Xəritələri) 2020-ci ilədək həyata keçirilməsi nəzərdə tutulur. Müxtəlif prioritet istiqamətlər üzrə vəsaitlərin yerləşdirilməsi, həm də nəticəliyə yönəlmiş köklü dəyişikliklərin olduğu deyilir. Ancaq bəzi hallarda onlar heç 10 faiz də yerinə yetirilmir".

O, sənədin gec icra olunmasının səbəblərinə də toxunub.

"Yol xəritələrini işləyən insanlar bürokratik aparatdan gəlmiş insanlardır. Onların əksəriyyəti islahatdan çox müxtəlif söz yığınından ibarət olan sənədlər hazırlamağa daha meyllidirlər. Bu Strateji Yol Xəritələrinin iqtisadi həyatımızda bir dəyişklik edəcəyinə çox pessimist yanaşıram".

Nazim Bəydəmirli ölkədə yaradılan yeni iş yerləri ilə bağlı məlumatları şübhə altına alıb.

"İş yerlərinin bağlanması ilə rəqəmlər təxminən 30-40 min civarında səslənir. İş yerləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin 9 ayının yekunları ilə bağlı açıqladığı rəqəmlər də məndə çox şübhə doğurur. Çünki sığorta olunan vətəndaşlarımızın 3 milyon 528 min olduğu açıqlanır. Eyni zamanda, sığorta haqlarının yığımı ilə bağlı açıqlanan rəqəmləri bundan öncəki rəqəmlərlə müqayisə etsək, bu, təqribən 850 min vətəndaşı əhatə edir. Söhbət qeyri-neft sektorundan gedir. Baxmayaraq ki, 3 milyon 528 min nəfərin 65 faizi qeyri-büdcə sektorunda işləyir. O zaman bugünki gündə verilən pensiya ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı rəqəm 204 manat olmamalı idi. Bu rəqəm təqribən iki dəfə yüksək olmalı idi. Bu, öz-özlüyündə həmin rəqəmləri təkzib edir. Ona görə, həm işsizliklə bağlı rəqəmlərə, həm sosial sığorta haqqı ödəyən, həmçinin gəlirlərlə bağlı rəqəmlərə çox ciddi şübhə ilə yanaşıram", deyə o qeyd edib. -03B-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az