Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Tofiq Zülfüqarov: Dağlıq Qarabağda separatizm mövcud deyil, anneksiya var
ÇƏTİN SUAL 


2017 Oktyab 25 ( Çərşənbə )  13:36:56
Çap versiyası
English Русский 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-ın "Çətin sual" proqramına müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşünün nəticələrindən danışıb.

Sual: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlrəinin Cenevrə görüşünün nəicələri mövcud status-kvonun dəyişdirilməsinə yol aça bilərmi?

Cavab: Təəssüflər olsun ki, indi bu sualın cavabı çox sadədir. O da ondan ibarətdir ki, bu görüş heç bir imkanlara şərait yaratmayıb. Görüşdən sonra həm diplomatik böhran, həm də təmas xəttində hərbi gərginlik artıb.

Sual: Siz dediyiniz kimi, yüksək səviyyəli danışıqlardan sonra diplomatik cəbhədə qarşılıqlı ittihamlar artıb, cəbhədə isə hərbçilərin itkisi ilə nəticələnən gərginlik müşahidə edilir. Buna səbəb nədir?

Cavab: Buna səbəb odur ki, Ermənistan öz işğalçı siyasətini davam etdirir. Onun məqsədi odur ki, bu cür təxribatdan bir növ xeyir götürsün. İstədikləri xeyir ondan ibarətdir ki, Rusiya birbaşa bu məsələlərə müdaxilə etsin və bu vasitə ilə Azərbaycanın gün-gündən artan müdafiə imkanlarının qarşısını alsın.

Sual: Fikrinizcə, münaqişənin dinc yolla nizamlanması üçün vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri daha nə etməlidir? Bu dövlətlərin özləri arasında diplomatik gərginliyin artrmaqda davam etdiyi bir dövrdə vasitəçilik missiyaları nə qədər effektli ola bilər?

Cavab: Artıq fikir fərqi mövcuddur. Biz onu gördük. Yəni Hoqlandın (Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland nəzərdə tutulur-red.) bəyanatını götürsək və Lavrov (Rusiyanın xarici işlər naziri Sergey Lavrov) təklifləri adlanan modifikasiya (yeni dəyişikliklər olunmuş-red.) olunmuş prinsiplər və s. onu göstərir ki, artıq Rusiya ilə ABŞ arasında konfliktə aid mövqelər uzaqlaşır. Hesab edirəm ki, bu proses davam edəcək. Çünki iki ölkə arasında olan gərginliyin tendensiyası göstərir ki, bu proses artacaq. Bu şəraitdə təbii ki, ABŞ və Rusiya arasındakı gərginlik hər bir məsələyə təsir göstərəcək.

Sual: Keçmiş xarici işlər naziri kimi münaqişənin nizamlanmasının hazırda müzakirə edilən variantından hansı fərqli yollarını görürsünüz? Tərəflərin sülhə gəlməsi üçün nə edilməlidir?

Cavab: İlk növbədə həmsədrlər baxışlarını dəyişməlidir. Çünki artıq biz görürük ki, orada onların dediyi kimi separatist problemlər, ya da millətlərin öz müqəddəratını həll etmək prinsipinə aid məsələlər mövcud deyil. Bir növ Ermənistanın hərbi işğalı və torpaqların anneksiyası (bir dövlətə məxsus ərazini qeyri-qanuni yolla digər dövlətə birləşdirmə-red.) siyasəti mövcuddur. Əgər bu göz qabağında olan faktlar onların (Minsk Qrupunun həmsədrləri nəzərdə tutulur-red.) təklifinin əsasını təşkil etməsə sülh danışıqlarının effekti və gələcəyi olmayacaq. Çünki görürük ki, Ermənistanla Dağlıq Qarabağdan olan insanların seçki sistemi, siyasi sistemi (Ermənistanın son iki prezidenti Dağlıq Qarabağdandır) birləşib. Bu baxımdan regionda separatizm adında bir problem yoxdur. Əksinə olaraq anneksiya siyasəti var və Ermənistan tərəfindən irredentizm (etnik siyasət altında ərazi iddiası-red.) siyasəti mövcuddur. Əgər, bu, qəbul olunmasa və təkliflərdə bu faktlar əksini tapmasa sülh prosesinin perspektivini görmürəm.

Sual: Sizcə, münaqişənin dinc nizamlanması ilə bağlı hazırki danışıqlar nəticə verməsə hərbi nizamlanma yolu mümkündürmü? Hərbi nizamlanma olarsa münaqişənin əhatə dairəsi nə qədər geniş ola bilər?

Cavab: Artıq konflikt Ermənistan-Azərbaycan arasındadır. Alınan silahlar, hərbi planlar barədə sızan məlumatlar onu göstərir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu, iki ölkə arasında olan hərbi əməliyyatlar olacaq. Hesab edirəm ki, Ermənistanın siyasəti və strategiyası ondan ibarətdir ki, bu gərginliyi artırmaqla hərbi əməliyyatların bərpasına nail olsun. Bu yolla Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir. Çünki Rusiya münaqişəyə cəlb olunmasa Ermənistan, onun müdafiə imkanları Azərbaycanın gün-gündən genişlənən müdafiə imkanlarına tab gətirə bilməz. Ermənistanın strategiyası bundan ibarətdir. --0--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az