Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Fuad Ağayev: Vəkillik haqqında yeni qanuna ehtiyac var
ÇƏTİN SUAL 


2017 Noyabr 30 ( Cümə axşamı )  14:37:48
Çap versiyası
English Русский 

Bakı/30.11.17/Turan: Vəkil Fuad Ağayev "Amerikanın Səsi"nə müsahibəsində ölkədə müdafiə hüququ ilə bağlı problemlərdən danışıb.

Sual: "Vəkillik və vəkillik fəaliyyəti haqqında" və digər qanunvericilik aktlarına edilmiş son dəyişikliklərdən sonra ölkədə müdafiə hüququnun reallaşdırılmasında hansı mənzərə yaranacaq?

Cavab: Birinci növbədə "Vəkillik və vəkillik fəaliyyəti haqqında" qanun o vaxtkı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən (birinci növbədə onun rəhbəri tərəfindən) hazırlanırdı. Faktiki olaraq hüquq ictimaiyyəti ona hansısa ciddi dəyişikliklər etmək, geniş müzakirələr imkanından məhrum idi. Ona görə hazırki qanun daha çox keçmiş rəhbərliyin mövqeyini əks etdirir. Baxmayaraq ki, mənim həmin rəhbərliklə münasibətim həmişə normal olub. Özlərinə də dəfələrlə bildirmişəm ki, bu qanun qanunvericilik texnikasına yad olan bir normativ hüquqi aktdır. Ona görə bu qanunu artıq yamaqlamaq gecdir, yamaqlamağa ehtiyac da yoxdur. Özü də bu şəkildə yamaqlamağa ehtiyac yoxdur. Vəkillik haqqında yeni bir qanuna ehtiyac var. Həmin qanun geniş hüquq ictimaiyyəti tərəfindən müzakirə edilməlidir. Həmin qanun kimlərin ki, mənafeyinə toxuna bilər, onlar tərəfindən müzakirə edilməlidir. Bu müzakirələr əsnasında mükəmməl bir layihə ortalığa qoyulmalıdır ki, qanuna çevirilsin.

Sual: Bir sıra ekspertlər nümayəndəlik institutunun ləğvindən sonra müxalif fikirli insanların hüquqi yardım sahəsində problemlərlə üzləşəcəyini bildirir. Siz necə hesab edirsiniz?

Cavab: Bitrincisi, nümayəndəlik institutu təchizatı ləğv olunmayıb. Sadəcə bu təchizat mahiyyətindən uzaq bir anlama gətirilib çıxarılıb. Yəni, bu çağa qədər, hətta SSRİ dövründə belə istənilən şəxs nümayəndə ola bilərdi. SSRİ dövründə hətta cinayət işləri üzrə təqsirləndirilən şəxsin müdafiəçisi istənilən şəxs ola bilərdi. Əlbəttə, bu öz-özlüyündə normal hal deyildi. Çünki hüquq elmindən, hüquqşünaslıqdan tamamilə uzaq olan şəxslər də nümayəndə kimi çıxış edə bilərdi. O şəxslər ki, fiziki şəxs olaraq, yaxud hüquq firmasının əməkdaşları olaraq, hüquqşünas olaraq nümayəndə kimi çıxış edirdilər, - mən hesab edirəm ki, Azərbaycan şəraitində onların məhkəmə iclaslarında nümayəndəsi olduqları şəxsləri təmsil etmələri kifayət qədər səmərəli idi. Hətta bir çox vəkillərdən daha səmərəli olaraq onlar çıxışlar edirdilər. Mülki-prossesual, inzibati-prossesual qanunvericiliyə edilmiş indiki dəyişikliklər nəticə etibarı ilə nəinki siyasi baxışları fərqli olan insanların, ümumiyyətlə adi vətəndaşların təmsilçiliyinə çox mənfi təsir göstərəcək. Çünki vəkil omayan şəxslər, hüquqşünaslar təkcə siyasi baxışları fərqli olan, yaxud müxalif siyasi baxışlı şəxsləri təmsil etmir. Belə baxsaq, ümumi işlərin sayında müxalifətdə olan şəxslərin işlərinin sayı elə də böyük faiz təşkil etmir.

Biz deyəndə ki, bu müxalif baxışlı insanların təmsilçiliyinə, hüquqlarının qorunmasına təsir göstərəcək. Biz onu da nəzərə almalıyıq ki, bu, ümumilikdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi işinə çox mənfi təsir göstərəcək.

Sual: Azərbaycan Avropa məkanında əhalinin sayına görə ən az vəkil olan ölkədir. Belə olan halda müdafiə hüququ sahəsində islahatlar aparılmadan nümayəndəlik institutunun ləğvi hansı zərurətdən irəli gəlib?

Cavab: Bu, doğru fikirdir ki, Azərbaycan adambaşına düşən vəkillərin sayına görə Avropada axırıncı yerdədir. Ancaq onu da nəzərə alaq ki, Azərbaycan vəkillərin savadlılıq, hüquqi vərdişlərin səviyyəsinə görə də Avropada axırıncı yerdədir. Bu fakt faktlığında qalır. O ki qaldı hansı dərəcədə təsir göstərəcək, əlbəttə, yaranmış vəziyyət müsbət heç bir təsir göstərməyəcək. Çünki, əgər bu cür dəyişikliklər hazırlanırdısa, yəni nümayəndə qismində yalnız vəkilin öz müştərisini mülki, inzibati işlərdə təmsil etmək hüququ qanunvericilikdə əks etdilirdisə və digər şəxslərin təmsilçiliyi, demək olar ki, heçə endirilirdisə, müvafiq hazırlıq işləri görülməli idi. Vəkillik təsisatında ciddi islahatlar aparılmalı idi. Vəkillik təsisatında ciddi islahatlar aparılmadan vəkillərin sayı (demirəm, zəruri minimuma çatdırmadan) heç olmasa iki dəfə artırılmadan, yəni indiki təxminən 900 nəfərdən azı 2000 nəfərədək artırılmadan bu cür islahat adlandırlan dəyişikliklər əslində anti-islahat səciyyəsi daşıyır.

Sual: Son illər bir çox vəkillər "siyasi" adlandırdıqları işlərə çıxdıqdan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırıldıqlarını bildirir. Bu tendensiyaya son qoyulması üçün hansı addımlar atılmalıdır?

Cavab: Bu tendensiyaya son qoyulması üçün vəkillik təsisatında ciddi islahatlar aparılmalıdır ki, Vəkillər Kollegiyasının rəhbərliyi daxil olmuş şikayətlərə çox tənqidi yanaşsın, əsassız müraciətlərlə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi öz vəkillərini müdafiə etmək iqtidarında olmalıdır. Vəkillərdən əsassız şikayət etmiş şəxslərin məsuliyyətə cəlb olunması məsələsi Məhkəmə Hüquq Şurası, digər müvafiq qurumlar qarşısında qaldırılmalıdır ki, bu şəxslər öz səlahiyyətlərindən sui-istifadə etməsinlər və heç kəsi aldatmasınlar. Əgər o şəxslər necə indiyədək cəzasız olaraq müraciət edirdilərsə, eləcə də öz müraciətlərini davam etdirəcəklərsə, müsbət heç bir dəyişiklik olmayacaq.-0-

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az