Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Nəsimi Məmmədli: 2017-ci ildə cərimələrin artmasını, hüquq və azadlıqların azalmasını müşahidə etdik
ÇƏTİN SUAL 


2017 Dekabr 19 ( Çərşənbə axşamı )  15:28:30
Çap versiyası
English Русский 

"Sivil Toplum" Platformasının siyasi eksperti Nəsimi Məmmədli Turan-ın "Çətin sual" proqramına müsahibəsində ölkədə siyasi münasibətlər sahəsində ilin yekunlarından danışıb.

Sual: 2017-ci il əsasən hansı önəmli siyasi hadisələrlə tarixin yaddaşında qalacaq?

Cavab: Azərbaycanın üç nəhəng problemi var. Bunun biri Qarabağın işğalda qalması və həlli problemləri ilə bağlıdır. İkinci məsələ ölkədə hüquq və azadlıqların təminatı və bütövlükdə demokratiya məsələləri ilə bağlıdır. Üçüncüsü isə sosial-iqtisadi vəziyyətlə bağlıdır. Bu üç nəhəng problemin heç biri bu il ərzində öz həllini tapmadı. Demək olar ki, bu problemlərin həlli ilə bağlı yadda qalan hansısa bir məsələdən danışmaq çox çətindir. Qarabağ məsələsinin həlli ilə bağlı istər ölkədaxili siyasətdə, istər diplomatiya sahəsində bir uğurdan danışmaq mümkün deyil. Nə də hərbi sahədə Qarabağla bağlı bir yenilik baş verib. Hüquq və azadlıqların təminatı ilə bağlı ölkədə vəziyyət getdikcə ağırlaşdı. Sosial-iqtisadi durum da həmçinin son dərəcə gərgin şəkildə inkişaf etməkdədir. Konkret olaraq xarakterizə etsək, bu il ərzində yaddaqalan hadisələr kimi baxsaq, Azərbaycan hakimiyyətinin beynəlxalq müstəvidə, o cümlədən ölkə ictimaiyyəti arasında beynəlxalq korrupsiya qalmaqalları ilə, ölkədən pulların qanunsuz yollarla çıxarılması ilə bağlı adı kifayət qədər hallandı. Demək olar ki, Azərbaycan hakimiyyətinin mahiyyəti ilə bağlı qaranlıq məqam qalmadı. İkinci, diqqət çəkən məsələlərdən, ölkədə cəmiyyətdə hakimiyyətə qarşı inam kifayət qədər sarsılıb. Demək olar ki, ölkəni zor aparatından başqa hansısa bir vasitə ilə idarə etmək olduqca çətinləşib. Silahlı Qüvvələrlə bağlı qəbul edilən son qanun da məhz o narahatlıqdan, o qayğıdan doğur ki, ölkəni idarə etmək üçün artıq siyasi vasitələr tükənib. Büdcə vəsaiti əvvəlki illərlə müqayisədə çox kiçildi, faktiki olaraq, demək olar ki, əhalinin işsizliyi, yoxsulluğu, qiymətlərin qalxması, xərclərin yüksəldilməsi artdı, amma gəlirlər azaldı, vətəndaşlar arasında keçirdiyimiz monitorinqlərdən də görürük ki, vəziyyət çox mürəkkəbdir. Qanunların qəbulu istiqamətində, fərmanların, sərəncamların, hətta cərimələrin artımını müşahidə etdik, amma hüquq və təminatların getdikcə məhdudlaşmasını, azalmasını müşahidə etdik. Cəmiyyətdə bir qütbləşmə yarandı. Bir tərəf, çox az bir zümrə varlandı, böyük əksəriyyət yoxsullaşdı. Hüquqlar və qanunlar da ikili standartlarla tətbiq edilir. Elə insanlar var ki milyardlarla vəsaiti ölkədən çıxarır, amma heç bir halda cəzalandırılmır. Amma çox cüzi, hətta qondarma ittihamlarla insanlara 10 il, bəzən də daha çox müddətə həbs verilir. Bu il ərzində intellektual insanlar ölkəni daha çox sürətlə tərk edib. Xüsusilə, gənclər, xaricdə təhsil alan övladlarımız Azərbaycana gəlir və dərhal çıxıb gedir. Nəhayət, mən deyərdim ki, Azərbaycan hakimiyyətinin özünün də daxilində son dərəcə bir gərgin ziddiyyətli münasibətlər var. Sanki bir-birinə qarşı münasibətlərdə bir etimadsızlıq yaranıb, əvvəlki qaydada idarəetmə çətinləşib. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bizim keçdiyimiz il Azərbaycan üçün müsbət mənada yadda qalan heç bir müsbət amillər müşahidə edilməyib.

Sual: Ölkədə iqtidar-müxalifət, iqtidar-vətəndaş cəmiyyəti, iqtidar-media münasibətlərinin mövcud durumunu necə xarakterizə edərdiniz?

Cavab: Bu, əvvəlki illərdən elə ciddi fərqlənmir. Bu münasibətlər nə qanunvericiliyə əsaslanır, nə də ölkədə normal siyasi münasibətlər sistemindən doğur. Faktiki olaraq Azərbaycanda bütün münasibətlərə - istər siyasi müxalifətlə, istər vətəndaş cəmiyyəti ilə, istər xalqla, istərsə də beynəlxlaq qurumlarla münasibətlərə mövcud hakimiyyətin özünün maraqları çərçivəsində baxılır. O kontekstdən baxdıqda bu münasibətlər kifayət qədər mürəkkəb və ziddiyətli qiymətləndirilə bilər.

Sual: 2018-ci ildə Azərbaycanda prezident seçkilərinin olacağı gözlənilir. Növbəti ildə siyasi münasibətlərdə hansı dəyişiklikləri müşahidə etmək mümkün olacaq?

Cavab: Doğrusu, hələ 2018-ci ildə bu seçkinin keçirilib-keçirilməyəcəyi ilə bağlı konkret danışmaq hələ çətindir. Çünki son referendumdan sonra artıq prezidentin səlahiyyətlərinin 7 il olması hakimiyyətə belə bir arqumentlə çıxış etməyə əsas verə bilər ki, onun səlahiyyətləri hələ 2010-ci ildə bitəcək. Yəni, bu qanunvericiliklə hansısa bir formada məhdudlaşan bir hüquq deyil. O nöqteyi-nəzərdən seçkinin nə vaxt keçiriləcəyi hakimiyyətin sırf siyasi iradəsinə bağlı bir məsələdir. Onun üçün alverişli siyasi mühit yaranan kimi yəqin ki, seçkini təyin edəcək. Yox, olmayacağı təqdirdə, seçkini ertələyə də bilər. Konkret olaraq burada siyasi müxalifətin seçkilərdə iştirakı ilə bağlı məsələlərdə də bir aydınlıq yoxdur. Bir qrup insanlar hesab edir ki, seçki boykot edilməlidir. Çünki belə bir faktiki seçki mövcud deyil. Burada iştirak edərək legitimlik qazandırmağa dəyməz. Digər tərəf hesab edir ki, ən məhdud imkanlardan belə cəmiyyəti fəallaşdırmaq, cəmiyyətlə müəyyən təmaslara keçmək üçün istifadə etmək lazımdır. Təbii ki, hər ikisinin haqlı və haqsız olduqları tərəflər də var. Bunu ciddi şəkildə analiz etdikdə bu variantların hər hansı bir siyasi nəticə doğuracağını bugünki baxış bucağından qiymətləndirmək mümkün deyil. Yəni, biz deyə bilmərik boykot və ya iştirak ciddi siyasi nəticə doğuracaq. Bunun heç biri ciddi siyasi nəticələr doğurmayacaq. --0--

  • (en) All rights reserved! 1991 - Turan News Agency : When reprinting, active hyperlink on www.turan.az and www.contact.az required.
  • (ru) Все права защищены! 1991 - Turan İnformasiya Agentliyi : При использовании материалов активная гиперссылка на www.turan.az и www.contact.az обязательна.
  • (az) Bütün hüquqlar qorunur! 1991 - Turan İnformasiya Agentliyi : Materiallardan istifadə zamanı aktiv hiperlinkər www.turan.azwww.contact.az tələb olunur.
  • Email: agency@turan.az