Dənizi, çayı və gölü olan Azərbaycanda balıq biznesi böhranı

27 iyun Beynəlxalq balıqyetişdirmə günüdür

Azərbaycanlılar hər zaman dəniz, çay və göl kənarında yaşayıb, balıq tutub. Qobustanın qədim qayaüstü rəsmlərində balıq təsvirləri var. Sovet dövründə balığın sənaye ovu və istehsalı ilə təkcə dövlət müəssisələri məşğul ola bilərdi. Amma 60-cı illərin ortalarına kimi hər bir arzu edən kəs qayığı ilə dənizdə balıq tuta bilərdi. 60-cı illlərin ortalarından balıqların populyasiyasının guya ov səbəbilə kəskin azalması ilə bağlı dənizdə balıq tutulması qadağan edildi. Əslində isə balıqların kəskin azalmasına səbəb çirkli kimyəvi tullantıların dənizə atılması və Xəzərdə irimiqyaslı neft hasilatı idi. SSRİ dağılandan sonra bir sıra kimya zavodları bağlandı, özəl sahibkarlığa, torpağın özəlləşdirilməsinə icazə verildi. Bu torpaqlarda göl təsərrüfatları yaradıldı və nəticədə ölkədə balıq yetişdirilməsi bumu olmalı idi. Amma rəsmi statistika ölkədə balıq ovunun azaldığını göstərir. Balıqçılar hələ icazə verilən kvota səviyyəsinə belə çata bilmir.

2016-cı ildə ölkədə 678,9 ton balıq tutulub. Amma 793,5 ton balıq tutulmasına icazə verilmişdi, - deyə "Azərtac" Dövlətstatkoma istinadən bildirir.

2015-ci illə müqayisədə balıq ovu 20% artıb. 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alan balıqçılar 677,9 ton kvotanın 565,6 tonundan istifadə edib.

2015-ci ildə balıq ovu 2014-cü illə müqayisədə 35,8% azalıb. 2014-cü ildə 880,6 ton (kvota 1 min 295,2 t) balıq tutulub. İki ildə balıq ovu 880,6-dan 678,9 tona düşüb.

2016-cı ildə 155 hüquqi və fiziki şəxsə balıq ovu və çoxaldılması üçün icazə verilib. Azərbaycan üçün bir sahədə 155 biznesmen az deyil. Məsələ Heydər Əliyevin 2001-ci ildə açdığı və qara kürünün istehsalı və ixracı üçün xüsusi hüquqa malik iri CaspianFish holdinqinin digər subyektlərlə bərabərliliyi, yaxud müstəsnalığındadır. Neftçala balıqyetişdirmə zavodu və Kür eksperimental qurğusu bu şirkətə verilib. Şirkət Mingəçevir Balıq yetişdirmə və Bioresurslar İstehsalı zavodunun işə düşdüyünü bəyan edib. 2015-ci ildə Xəzərə 150 mln nərə körpəsi buraxmağı vəd ediblər. Bununla CaspianFish-in saytında verilən yeniliklər qurtarıb. Bu müəssisənin fəaliyyəti barədə başqa informasiya da yoxdur. Azərbaycanda CaspianFish markası ilə Rusiya, Norveç, Atlantika və Sakit okean ölkələrindən idxal edilən məhsullar satılır. Bu şirkətə ölkəyə balıq gətirmək və satmağa da icazə verilib. Aydındır ki, idxal və ölkədə xarici məhsul satmaq daha əlverişlidir, çünki zavod tikib yüzlərlə işçiyə maaş ödəmək lazım gəlmir.

Balıq zəncirinin son nöqtəsi istehlakçılardır. Son illər azərbaycanlıların illik balıq istehlakı 3,5 dəfə artaraq 2014-cü ildə 1 nəfərə 7 kq olub. Amma ölkədə bir kq balıq ikirəqəmli qiymətədir. Balıq bizdə ətdən bahadır.

Dünyada illik balıq istehlakı səviyyəsi 18 kq-dır (BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FoodandAgricultureOrganization, FAO) məlumatı).

Azərbaycanlılar süfrıəsində balığı tez-tez görmək istəyirsə və bir kq üçün 7-80 manat ödəməyə hazırdırsa, kapitalist qanunauyğunluğuna görə, varlanmaq istəyən bzinesmen bu maldan çox istehsal etməlidir. Onda qiymət ucuzlaşacaq. Amma rəsmi rəqəmlər balıq məhsulları istehsalının azaldığını və onun bahalandığını göstərir. Bu aşkar disbalansın səbəbi nədir?

Birinci səbəb - əhalinin tələbatı qismən brakonyerlərin və alverçilərin təhlükəli əməyi ilə təmin edilir. Bu, ondan da görünür ki, Azərbaycanda nərə balığının ovlanması qadağandır, ancaq bazarda həmişə açıq satışda nərə balığı tapmaq olar.

Davamlı İnkişaf Araşdırma Mərkəzinin sədri Nəriman Ağayev Azərbaycan hakimiyyətini qanunsuz balıq ovuna liberal yanaşmaqda ittiham edir və İranda brakonyerlərə qarşı sərt sanksiyaları nümunə göstərir." Azərbaycanda brakonyerlik bir sıra balıq növlərini yoxa çıxma həddinə çatdıra bilər", - deyə o xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Şuranın sədri Telman Zeynalovun fikrincə, brakonyerlərin arxasında yüksək vəzifəli şəxslər durur. "Azərbaycanda qanunsuz balıq ovu ilə yüksək vəzifəli şəxslərin müəyyən məbləğə icarəyə götürdüyü ayrı-ayrı şəxslər məşğul olur. Təbii olaraq, nəzarət orqanlarından heç kəs onların yolunu kəsmir və məsuliyyətə cəlb etmir. Bilirlər ki, bunun mənası yoxdur. Əksinə, onlara problem yarana bilər" - deyə Zeynalov bildirib (Echo.az).

İqtisadi Tədqiqatlar Mərkəzində Azərbaycanda balığın bahalığı və balıq istehlakının aşağı səviyyəsinin səbəblərini araşdırıb bu nəticəyə gəliblər ki, korrupsiya məhsulun qiymətinə çox ciddi təsir edir. "Ətlə müqayisədə (mal əti, toyuq əti, qoyun əti) balıq çox bahadır. İdxal edilən balıq məhsullarının maya dəyərinə bir sıra əlavə xərclər daxildir və bu, qiyməti artırır".

Qanunsuz balıq ovuna görə cəriməni 20 dəfə artıran Milli Məclis üzvləri də brakonyerliyin baş alıb getdiyini dolayısı ilə təsdiq ediblər. Bu ildən Cinayət Məcəlləsinin 256.1 maddəsinə görə (Balıq və digər su resurslarının qanunsuz ovlanması), balıq və digər su resurslarının qanunsuz ovlanması ciddi ziyana səbəb olduqda 2000 manatdan 3000 manatadək cətrimə tətbiq edilir. Əvvəllər cərimə məbləği 100-500 manat idi.

10 iyun 2017-ci ildən yeni "Balıq və digər su resurslarının qanunsuz ovlanması qaydaları" qəbul edilib. Nazirlər Kabinetinin qərarına əsasən, balıq istehsalı və ovu kvotaya əsasən tutulan balığın növü və miqdarı göstərilən icazə sənədi əldə edəndən sonra mümkündür. Bu sahəyə nəzarət edən dövlət strukturu da müəyyən edilib.

Ötən ildən Azərbaycanda inzibati qaydada torpaq sahələrinin kənd təsərrüfatı ehtiyacları üçün qaytarılması dövlət proqramı yerinə yetilir. İlk zərbə xırdabuynuzlu mal-qara otaran fermerlərə dəydi. Onlar payızda sürüləri qış otlaqlarına qaytara bilməyəcəklər. Çünki icarəyə götürdüyü torpaqlara kənd təsərrüfatı bitkiləri əkilib. Bu, ətin bahalanması ilə nəticələnəcək. Çünki fermerlər mal-qaranı satacaq və heyvandarlıqla məşğul olmayacaqlar. Biznesmenlərin nohur təsərrüfatı təşkil etdiyi ərazilər də qaytarılan torpaqlar siyahısına düşə bilər. Bu isə balıqyetişdirmənin azalması ilə nəticələnıəcək. Brakonyerliyə görə cərimənin artırılması da məhsulun qiymət artımına səbəb olacaq. Çünki məmurların himayə etdiyi brakonyerlər öz itkilərini də balığın qiymətinə əlavə edəcək.

Turan-ın bu proqnozunun doğru və ya yanlış olması 2017-ci ilin statsitikasında aydın görünəcək.

Rəy yaz

Bazarların icmalı

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti