Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Ət və süd əvəzinə pambıq?

Ət və süd əvəzinə pambıq?
Bazarların icmalı 


2017 İyul 25 ( Çərşənbə axşamı )  12:51:06
Çap versiyası
English Русский 

Bakı/25.07.17/Turan: Pambıq əkini sahələrinin təbii biçənək və otlaqların hesabına genişləndirilməsi yerli maldarları çıxılmaz vəziyyətə salıb. Yem bazasının daralması üzündən daxili ət və süd istehsalı sürətlə azalaraq, yerini xarici məhsulların idxalına verir. İstehlak qiymətləri artır.

"Hökumətin 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərək, prezident bəzi maraqlı rəqəmlər səsləndirib. O, məsələn, bildirib ki, pambıq və lif ixracı, müvafiq olaraq, 154% və 650% artıb. Mən də, öz növbəmdə, diqqəti ictimaiyyət üçün maraq kəsb edə biləcək məlumatlara cəlb etmək istərdim. Bu, o cümlədən, sahibkar və dövlət məmurları üçün də maraqlı olardı.

Məsələ ondadır ki, son iki ildə kəndli və fermerlərin istifadəsində olan təbii biçənək, otlaq və yonca sahələri pambıq əkilməsi üçün bələdiyyə və yerli icra hakimiyyəti orqanlarına verilib. Bundan sonra yem və ot çatışmazlığı ilə üzləşərək, fermer təsərrüfatları kütləvi şəkildə mal-qaranın kəsilməsinə başlamağa məcbur olub. Nəticədə daxili ət və süd istehsalı kəskin surətdə azalıb, bu məhsulların idxalı isə sürətlə və xeyli artıb", - deyə İqtisadi Tədqiqatlar Mərkəzinin Aqrar Departamentinin rəhbəri Vahid Məhərrəmov Turana bildirib.

Bunun nəticəsində pambıq ixracından valyuta daxilolmaları $32,4 mln.-a qədər artıb, lakin süd və ət məhsullarının idxalı üçün ölkədən 3 dəfə çox - $107,3 mln. valyuta çıxarılıb. Maraqlıdır ki, keçən ilin hesabat dövründə pambıq ixracından valyuta daxilolmaları $19 mln.-a qədər çoxaldığı zaman, ət və süd məhsullarının idxalına çəkilən xərclər 2 dəfə, yəni $38.8 mln.-a qədər artmışdı. "Pambıqçılığın inkişafı üzrə uzunmüddətli planlar nəzərə alınaraq, demək olar ki, valyuta ehtiyatları sürətlə azalmaqda davam edəcək", - deyə ekspert bildirib.

İdxalın çox böyük həcmdə artmasına baxmayaraq, rəsmi mənbələr bildirir ki, ilin ilk 6 aylnda heyvandarlıq məhsullarının istehsalı 2,6% çoxalıb. Dövlət Statistika Komitəsi xəbər verir ki, yanvar-iyun aylarında ölkədə 237,8 min ton ət (artım 2,9%), 1 mln. 3,5 min ton süd (artım 0,8%), 879,4 mln. ədəd yumurta (artım 6,7%) istehsal olunub.

Bu baxımdan, Dövlətstatkomun cari ilin iyun ayı üzrə verdiyi məlumatlar da maraqlıdır: yazlıq bitkilər üçün əkin sahələrinin artımı ümumilikdə pambıq əkinlərinin genişləndirilməsi hesabına baş verib. Belə ki, cari ildə yazlıq bitkilər 435,7 min hektar sahədə əkilib, halbuki keçən il bu ğöstərici 359,5 min hektar idi.

Bu zaman əkin sahələrinin 84 min ha genişləndirilməsi, əsasən, pambıq əkinlərinin keçənilki 50,9 min ha-dan bu ilin yanvar-may aylarında 134, 58 min hektara qədər artırılması sayəsində əldə edilib. Cari ilin ilk 5 ayı ərzində ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə pambıq əkinlərinin sahəsi 2,6 dəfə, tütün sahələri 148%, şəkər çuğunduru əkinləri 2 dəfə artıb. Bu arada kartof əkinləri 96,5% azalıb, meyvəköklülər əkini isə165 ha-dan 12 hektara enib

Yanvar - may2017-ci ilin yanvar-may aylarında2016-cı ilin yanvar-mayı ilə müqayisədə, %-lə
20172016
Yazda əkilmiş bitklər435 742,3359 556,5121,2
O cümədən,dənli və paxlalı bitklər (qarğıdalı)32 515,623 201,9140,1
Onlardan:Buğda1 935,21 147,4168,7
Yulaf2 188,02 088,0104,8
Çəltik4 564,32 268,32,0
Qarğıdalı (bütövlükdə)35 099,435 351,899,3
Qarğıdalı (dən) 32 337,034 361,894,1
Pambıq134 577,350 901,42,6
Günəbaxan (toxum)12 747,77 519,0169,5
Tütün3 159,62 134,5148,0
Şəkər çuğunduru (emal üçün)13 818,16 757,52,0
Kartof58 677,260 792,996,5
Tərəvəz (toxumsuz və anacsız)64 239,271 227,490,2
Ərzaq üçün bostan bitkiləri22 184,525 128,188,3