Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
gastronom.ru

gastronom.ru

Kərə yağını yalnız böyük bayramlarda yeyəcəyik?
Bazarların icmalı 


2017 Avqust 12 ( Şəmbə )  11:11:31
Çap versiyası
English Русский 
Turan IA

Deyəsən, Azərbaycan pensionerləri və aztəminatlılar kateqoriyasına aid istehlakçılar səhər yeməyi menyusuna yenidən nəzər salmalı, kərə yağından ümumiyyətlə imtina etməli olacaqlar. Məsələ ondadır ki, həm səhər yeməyində, həm də bir sıra yeməklərin, qənnadı məmulatlarının və dondurmanın bişirilməsində istifadə olunan bu məhsul supermarketlərdə xeyli bahalaşıb. Ticarət şəbəkələrində Ankor markalı kərə yağının bir kiloqramının qiyməti 14,8 manatdan 15,2 manata qədər bahalaşıb.

Bu təmayül təkcə bizim ölkədə müşahidə olunmur. İyunda Avropada yağın topdansatış qiyməti iki dəfə bahalaşıb, pərakəndə qiymətlər isə ötən illə müqayisədə 20% yüksəlib, xəbəri CNN yayıb. İstehsalçılar yaranmış vəziyyəti böhran adlandırıblar və tərkibində kərə yağı olan bütün məhsulların qiymətinin kəskin şəkildə bahalaşacağı barədə xəbərdarlıq ediblər. Bu zaman əvvəllər bu məhsulun qiymətinin heç vaxt bu qədər kəskin bahalaşmadığı qeyd olunur.

Böyük Britaniyada son bir ildə yağ qiymətləri 20%-dən çox bahalaşıb. Kantar Worldpanel analitiklərinin qiymətləndirmələrinə görə, iyulda paçka yağların qiyməti 0,7% bahalaşıb. Fransada da vəziyyət buna bənzərdir. Fransa Çörəkçilər Federasiyasının hesablamalarına görə, bir ton yağın topdansatış qiyməti iki ildə bir ikiqat bahalaşır.

Bir neçə səbəb göstərirlər, amma əsasən iki səbəb qeyd edilir: Avropada istehsalın və ehtiyatların azalmasına paralel olaraq istehlakın artması. Avropalılar alimlərin heyvan mənşəli yağların faydaları haqqında yeni tövsiyələrinə əməl edərək, təbii məhsullardan, o cümlədən kərə yağından istifadəyə keçiblər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycana 14,365 min ton kərə yağı idxal edilib. Onun dəyəri dollarla ifadədə 48,384 mln. təşkil edib. Cari ilin ilk 6 ayında ölkəyə 7,767 min ton yağ idxal edilib. Bu idxal həcminin dəyəri 32,688 mln. dollar təşkil edib. Proqnozlara əsasən, ilin sonuna qədər qiymətlər sabit qalsa, kərə yağının idxalına 65 mln. dollar sərf olunacaq. Bu, ötən illə müqayisədə təxminən 17 mln. dollar və ya 35% çoxdur. Kərə yağı ilə yanaşı, digər süd məhsullarının qiymətlərinin də artacağı gözlənilir, bu da valyuta ilə ifadədə idxalın artmasına gətirib çıxaracaq.

Azərbaycan kərə yağından istifadə həcminə görə Gürcüstan, Polşa və Latviyadan geri qalmır. Bu süd məhsulu tortların, milli şirniyyatların və yeməklərin - qoğal, paxlava, plov, dolma, qutab və s. bişirilməsində istifadə olunan ən mühüm kulinariya komponentidir.

Azərbaycan bazarına əsas kərə yağı tədarükçüsü Belarus, Yeni Zelandiya, Litva, Rusiyadır, burada sanksiyalarla əlaqədar süd məhsullarının istehsalının azalması müşahidə olunur, ya da heyvandarlıqla bağlı problemlər yaranıb.

Rəsmi məlumatlara görə, yerli istehsalçılar bazarı kərə yağı bazarını təmin edə bilmir. Belə ki, statistikaya əsasən, Azərbaycanda süd və süd məhsulları ilə özünütəminetmə əmsalı 80%, bitki yağları və marqarinlə özünütəminetmə 67% təşkil edir, bu zaman istehsal 80% idxaldan asılıdır, belə ki, xammal, qablaşdırma materialları xaricdən idxal olunur. Ölkə özünü kərə yağı ilə 60% təmin edir, bundan başqa, istifadə olunan xammalın böyük hissəsi də idxaldır.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, həm idxal olunan, həm də yerli istehsal olan kərə yağının bahalaşması digər qida məhsullarının qiymətlərinə də təsir edəcək. Azərbaycanda "yaxşı ənənə" yaranıb: su belə bahalaşsa, dərhal bütün qalan məhsulların dəyəri artır. Ölkə prezidentinin məruzələrində əks olunan rəsmi məlumatlar real göstəricilərdən uzaqdır. Aparılan monitorinqlər göstərib ki, yerli sənaye cəmi 45% ət və süd, 52% makaron istehsal edir. Bu, bu sahədə ciddi problemlərin qaldığını göstərir. Qida sənayesi xaricdən gətirilən xammaldan, o cümlədən ət, yağ, buğdadan istifadə edir.

"Deyək ki, İmişli Şəkər Zavodu bazarı məhsulla təmin etmək iqtidarındadır, amma müəssisə 80%-dən çox xarici tədarükdən asılıdır. Xammal şəkər xaricdən gətirilir. Yemi və heyvandarlıq üçün onun komponentlərini, demək olar ki, 100% idxal edirik. Son nəticədə bu, heyvandarlıq məhsulunun maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Bundan başqa, gömrük rüsumlarının artırılması da idxal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir edir", deyə ekspert qeyd edir.

Məhərrəmovun fikrincə, yerli kənd təsərrüfatı iqtisadiyyatın ən sabit inkişaf edən sektorudur, amma idxaldan böyük asılılıq hələlik görülən tədbirlərin uğurlu olduğunu təsdiq etmir. Aqrar sənayenin inkişafı üçün kredit cəlb etmək, investisiya etmək, mal damları, otlaqlar, tərəvəz anbarları yaratmaq, həm də fermadan ən yaxın şəhərə yollar salmaq lazımdır.

Təbii ki, kərə yağının bahalaşması son vaxtlar onsuz da daha ciddi qənaət rejiminə keçmək məcburiyyətində qalan istehlakçılarımızı məyus edir.