Фото из открытых источников

Фото из открытых источников

Dövlət başçısı Tvitter-də nikbin mesaj yazıb

Bu ilin yayından etibarən Azərbaycanda yağ bahalaşır. Sentyabrda mağazalarda qiymətlər məhsulun nomenklaturasından asılı olaraq 1-4 manat yüksəlib. Məsələn, ticarət şəbəkələrində 1 kq Ankor kərə yağının qiyməti 14,8 manatdan 15,2 manata yüksəlib. "Bir həftə əvvəl 10 manat olan yağ 14 manata satılır. Əhali daha ucuz yağ almağa üstünlük verir", deyə Xazarxeber sentyabrın 3-də məlumat yayıb.

Erli yağların bazar qiymətinin dəyişməməsi səciyyəvidir.

https://youtu.be/dF7Q-g5tu70

Defisit yoxdur

Azərbaycan ticarət şəbəkəsində yağ defisiti yoxdur, piştaxtalar Azərbaycan, Litva, Türkiyə, Rusiya, Belarus, Yeni Zelandiya istehsalı olan bitki və kərə yağı ilə doludur. Deməli, qiymət artımı tələbin təklifdən üstün olması ilə bağlı deyil.

Turan agentliyinin hazırladığı bazar icmalları təsdiq edir ki, avqustdan etibarən yağın qiyməti bahalaşıb, baxmayaraq ki, may-iyul aylarında müxtəlif yağ növləri 7-9% ucuzlaşmışdı.

Asan qazanc

İqtisadçı Vüqar Bayramov televiziya müsahibəsində Azərbaycanda yağın bahalaşmasını satıcıların asan qazanc əldə etmək istəyi ilə izah edib, belə ki, qiymət artımının iqtisadi əsaslandırması yoxdur. O deyib ki, fevraldan etibarən Azərbaycanda dollar bahalaşmır, 1,70 manat səviyyəsində qalırsa, yağ isə 8% bahalaşıbsa, deməli, qiymət artımı sünidir və İqtisadi İnkişaf Nazirliyi tərəfindən qarşısı alınmalıdır. Bayramov İİN-i müdaxilə etməyə və inzibati yollarla satıcıları süni qiymət artımına son qoymağa məcbur etməyə çağırıb.

https://youtu.be/4P55KmSHsSo

Dünyada qiymət artımı şübhə altındadır

Digər versiya dünyada bu məhsulun qiymətinin artmasına və Azərbaycan bazarının yağ idxalından asılı olmasına əsaslanır. Turan Azərbaycanda bitki yağları və marqarinlə özünü təminetmə əmsalının 67% olduğunu bildirmişdi, bu zaman istehsal 80% idxaldan asılıdır, belə ki, xammal və qablaşdırma xaricdən gətirilir. Xaricdə isə yağ bahalaşır. GDT (Global Dairy Trade) hərracının yekunlarına görə, 5 sentyabr 2017-ci ildən süd məhsullarının qiymət indeksi 0,3% artıb. Süd məhsullarının orta qiyməti 3,323 USD/kq təşkil edib ki, bu da 2016-cı il sentyabrın əvvəllərində olduğundan13,6% yüksəkdir.

Son 12 ayda xaricdə Yeni Zelandiya kərə yağının topdansatış qiyməti 113% bahalaşıb.

Qiymətləri necə endirmək olar?

Azərbaycan hökuməti xalqın narazılığına səbəb olmamaq üçün yağın qiymətini necə endirə bilər? Satıcıları malı topdansatış bazarında alındığından aşağı qiymətə satmağa məcbur etmək olmaz. İstehsalçı isə artıq ərzaq məhsullarının qiymət artımını dayandırmağı tələb edən hökumətin göstərişlərini yerinə yetirə bilmir. Ötən ilin oktyabrında ən böyük ərzaq istehsalçısı və ticarətçisi "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozal izah edib ki, iki devalvasiya nəticəsində manat 110% dəyərsizləşib, onların istehsal etdikləri məhsulların qiymətləri isə 30% bahalaşıb. Şirkət xaricdən yağ idxal edir, şəkər istehsalı 15% yerli xammaldan və 85% idxaldan asılıdır. Yerli xammalın payını 40%-ə çatdırmaq üçün isə ən az 100 mln. dollar ölçüsündə investisiya lazımdır. Holdinq problemin həllini ştat ixtisarında tapıb. Yalnız dekabrda (2016) və təkcə holdinqin İmişli zavodundan 200 işçi işdən çıxarılıb, deyə Eurasianet məlumat verir.

Prezident qarşıya vəzifə qoyub

Qarşıya idxal olunan ərzaq məhsullarının həcmini azaltmaq vəzifəsi qoyulub. Prezident İlham Əliyev hətta öz Tvitter hesabında ölkə iqtisadiyyatında idxaldan asılılığın azaldığını yazıb. "Azərbaycan idxaldan asılılığın azalmasına və ixrac potensialının artırılmasına yönəlmiş proqramı uğurla həyata keçirir. Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir", deyə İ.Əliyev tvitterdə qeyd edib. Hökumət böyük aqrar komplekslərin tikintisi üzərində işləyir. Qəbələ rayonunun Vəndam kəndində tikilmiş süd kompleksi ("Gilan" holdinq) kimi, bu kompleks üçün Almaniyadan 620 inək gətirilib. İqtisadi İnkişaf Nazirliyinin Milli Sahibkarlığa Yardım Fondu "Gilan"a 14 milyon manat ölçüsündə imtiyazlı kredit ayırıb.

Amma aydındır ki, tikilən aqrar komplekslərin bazar qiymətlərinə təsirini əhali hələ gec hiss edəcək, bu, iqtisadiyyatın kənd təsərrüfatı sektorunda proseslərin aşağı dinamikası ilə şərtlənib. Bu il Azərbaycan hökuməti yağ qiymətlərinin artımını cilovlaya bilməyəcək, kənd təsərrüfatı məhsullarının xaricdən idxalı isə davam edəcək.

Səlahiyyətli orqanların nəzərinə

Yuxarıda qeyd edilən hallar obyektiv və alternativsiz hesab oluna bilər, amma bəzi hallar mane olur ki, Turan səlahiyyətli dövlət orqanlarının diqqətini onlara çəkir. Məsələ ondadır ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində ölkəyə 7,767 min ton kərə yağı idxal edilib. Əlbəttə ki, bu məhsul artan dünya qiymətləri ilə alınıb (32,688 mln. dollar). Yəni 1 ton kərə yağına dünya bazarında topdansatış qiyməti ilə 4208,5 dollar və ya 7,7 manat ödənilib. Bir neçə alverçinin əlindən keçmə, nəqliyyat və qablaşdırma xərclərindən sonra mağazada yağın qiyməti 14 manata çatır.

Amma dünyada belə bir qiymət yoxdur - qablaşdırmasız, topdan satılan kərəyağının bir tonu 4 min dollardan çox! İxtisaslaşmış saytlarda (alibaba.com/trade) müxtəlif dünya ixracçılarının təkliflərini görmək olar. Yeni Zelandiya, Cənubi Afrika, Böyük Britaniya, Fransa və digər ölkələrin kərə yağının bir tonunun qiyməti 500-600 dollardan 2500 dollara qədər dəyişir. Məsələn, Yeni Zelandiyanın duzsuz Anchor yağının 1 tonu alibaba.com virtual meydanında 500-1200 dollara qoyulub (Bakı mağazalarında bu yağın 1 kq qablaşdırılmış şəkildə 14,8 manatdan 15,2 manata qədər satılır). Britaniyalılar 600 dollar/ton qiymətinə satır. Cənubi Afrika şirkəti bir tonu 500 dollara təklif edir.

Azərbaycan tədarükçüləri bir tonu 1000 dollara alırsa, Bakıda topdansatış bazarında yağın bir kiloqramı, nəqliyyat, gömrük xərclərini ödəmək və gəlir əldə etmək üçün qiyməti iki dəfə artırsaq, 2 dollara və ya 3,4 manata satılacaq. Qablaşdırma, ölkədaxili nəqliyyat, gəlir və hansısa nəzərdə tutulmayan-qanunsuz xərcləri nəzərə alaraq bir daha qiyməti ikiyə qatlasaq, piştaxtada yağın bir kiloqramı 7,4 manata qoyulmalıdır.

Yəni alıcılar Azərbaycan idxalçılarının inhisarçılığına və nəzarətsiz əməllərinə görə kərə yağının hər kiloqramı üçün 3 manatdan 7 manata qədər artıq pul ödəməlidir?

Qiymət artımının əsas səbəblərindən biri

Məlum olduğu kimi, iqtisadi böhran hökuməti büdcəyə vergi daxilolmalarının artırılması məqsədilə mal bazarının leqallaşdırılması üzrə tədbirlər görməyə məcbur edir. Bununla əlaqədar olaraq, Turan-a məlum olduğuna görə, bəzi şirkətlər ofislərini xaricə köçürüb. Oradan ixracat "sifarişlər" əsasında həyata keçirilir. Tədarükçü malın qiymətinin üzərinə dərhal satış bölgəsində əldə olunmalı olan gəlirini qoyur. Beləliklə, satışdan əldə olunan vəsait qanuni olaraq malın satışından sonra tədarükçünün xaricdəki ofisinə daxil olur. Məsələn, bir kq yağ istehsalçıdan 1 dollara alınırsa, tədarükçü 2 dollar qoyur və tədarük 3 dollara həyata keçirilir. Satışdan sonra üç dollar tədarükçüyə qaytarılır, bunun 1 dolları istehsalçıya göndərilir, xalis gəlir isə 2 dollar təşkil edir. Tədarükçü Azərbaycanda işləsəydi daha şəffaf iqtisadiyyat olduğu halda o, bu gəliri əldə edə bilməzdi. Sərhəd keçən malların qiymətlərinin bu qədər yüksək olmasının səbəbi də budur.

 

 

Rəy yaz

Bazarların icmalı

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti