Kərə yağının qiyməti reallıqdan uzaqdır

Bakı/18.10.17/Turan: Son vaxtlar yağın qiymətinin xeyli bahalanmasını hökumət xarici amillərlə, dünya bazarında yağın bahalanması ilə izah edir.

Sentyabrda yağın pərakəndə satış qiyməti 4 manat bahalanıb. Məsələn, 1 kq "Anchor" yağı 17,2 manata satılır.

Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərlə söhbətində deyib ki, dünya bazarında qiymət artımı Azərbaycana idxal edilən malların qiymətinə də təsir edir.

"Azərbaycana əsas yağ tədarükçüsü Yeni Zelandiyadır", deyə o bildirib.

Amma Turan müəyyən edib ki, bu, həqiqətə uyğun deyil: https://russian.alibaba.com/product-detail/unsalted-butter-180848296.html?spm=a2700.8698675.29.241.6a1f6cc0Qes9y6

AzərTac İnformasiya Agentliyi də yağ idxalçılarının müraciətini dərc edib və onlar da həmin dəlili gətirir. Müraciətdə deyilir ki, Yeni Zelandiya yağı ilin əvvəlindən 30% bahalanıb. İdxalçılar bildirib ki, hazırda dünya bazarında 1 kq yağ 5,20-5,45 dollardır.

"Xərclər nəzərə alınsa, Yeni Zelandiya yağının topdan qiyməti 15,02-15,97 manat, pərakəndə satış qiyməti 15,90-17,10 manatdır".

Maraqlıdır ki, Gömrük Komitəsinin məlumatına görə, bu il yağ ölkəyə 4,28 dollara idxal edilib.

İqtisadçı Natiq Cəfərli gömrüyə təklif edir ki, Bakı və Tbilisidə yağın qiymət fərqini izah etsin.

"Bəlkə, Gömrük Komitəsi izah etsin, niyə Yeni Zelandiya yağı Bakıda 18-19 manata, Tbilisidə 10-11 manatadır?", deyə o, "Facebook" səhifəsində yazıb.

N.Cəfərli qeyd edib ki, əgər yağ ölkəyə 4,28 dollara, yəni 7,2 manata gətirilirsə, logistika xərcləri əlavə ediləndə 1 kq-ı 9,75 manat olmalıdır.

"Bəs niyə yağ 18 manata satılır? İkiqat qiymətinə satmaq harda görünüb?", deyə ekspert soruşur.

Ölkəyə yağ idxalı ilə məşğul olan 51 şirkətlə bağlı N.Cəfərli qeyd edib ki, bu şirkətlər 3-4 şəxsə məxsusdursa, bu, artıq inhisarçılıqdır. O bildirib ki, Gürcüstana yağ idxalı ilə mindən çox hüquqi və fiziki şəxs məşğul olur, nəticədə rəqabət qiyməti formalaşır.

Müstəqil analiz göstərir ki, dünya bazarında yağln 1 kiloqramı idxalçıların dediyi kimi 5,20-5,45 dollar yox, gömrüyün dediyi kimi 4,28 dollardır. Müxtəlif ixracatçıların təkliflərini ixtisaslaşdırılmış saytlarda da (alibaba.com/trade) görmək olar. Yeni Zelandiya və Cənubi Afrikada kərə yağının kiloqramı 1,4-3,2 dollaradır. Yəni logistika xərcləri, gömrük rüsumu, topdan və pərakəbdə şəbəkənin gəliri nəzərə alınanda 1 kq yağ 8-10 manatdan baha olmamalıdır.

Yenidən sualı təkrar etmək lazım gəlir: Məgər Azərbaycan idxalçılarının inhisarçılığı və hərəkətlərinin nəzarətsizliynə görə alıcılar hər kq kərə yağı üçün 7 manat əlavə pul ödəməlidir? -71D-

 

Rəy yaz

Bazarların icmalı

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti