Avropa Tolerantlıq Festivalı start götürüb
Bakı/13.10.17/Turan: Cümə günü Bakıda "İmagine" Avropa Tolerantlıq Festivalının açılışı olub.
Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin sədri Kestutis Yankauskas qeyd edib ki, bir həftə ərzində Bakı tolerantlıq mərkəzinə çevriləcək.
Oktyabrın 12-dən 20-nə qədər keçirilən festival çərçivəsində 34 sənədli filmin təqdimatı və müzakirələri, konsertlər, tamaşalar və müxtəlif mövzularda debatlar keçiriləcək.
Festival İtalitalı rejissor Canfranko Rossinin "Fuocoammare" sənədli filmi ilə açılıb. Film Yaxın Şərqdə müharibə ilə əlaqədar evlərini tərk edib Avropaya can atan qaçqınlara həsr olunub.
Tolerantlıq Festivalı Roma Sazişinin 60 illik yubileyinə həsr olunub və Aİ nümayəndəliyi, habelə İsveçrə, Norveç, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliyanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunub. -71D-
-
- Cəmiyyət
- 13 Oktyabr 2017 14:10
Mədəniyyət
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
-
Bu günlərdə çapdan çıxan “Gürcüstandan Azərbaycana dialektoloji lüğət” adlı kitabda Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının, Gəncə şəhərinin və Gürcüstanın cənub-şərqindəki Borçalı bölgəsinin dialekt sözləri ilk dəfə sistemli şəkildə tədqiqata cəlb edilib.
-
Maraqlı bədii əməkdaşlıq çərçivəsində Polşa Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Dövlət Kukla Teatrı ilə birlikdə mədəniyyət odisseyasını təqdim edir: "Polşa kukla sənəti" sərgisi. Sərginin kuratoru istedadlı fotoqraf və art-kurator Aydın Sadıxovdur.
Rəy yaz