Fransanın keçmiş mədəniyyət naziri - YUNESKO-nun yeni rəhbəri
Bakı/14.10.17/Turan: Fransanın keçmiş mədəniyyət naziri Odri Azule cümə günü YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.
O, təşkilatın iştirakçısı olan ölkələri onu tərk etməməyə, islahatlar aparmağa çağırıb.
Dünən ABŞ YUNESKO-dan çıxmaq qərarını açıqlayıb. Ölkə 2018-ci il dekabrın 31-nə qədər bu beynəlxalq təşkilatın üzvü olaraq qalacaq, 2019-cu ildən isə müşahidəçi statusunda olacaq.
Bunun ardınca İsrail də təşkilatı tərk etmək niyyətini elan edib. ABŞ-ın çıxmaq niyyəti və İsrailin planları haqqında məlumatlar Parisdə YUNESKO İcra Şurasının 202-ci sessiyası keçirilərkən daxil olub.
"Düşünürəm ki, bu böhran vaxtında YUNESKO-dan çıxmaq deyil, təşkilata hər zaman olduğundan daha çox cəlb olunmaq, onu dəstəkləmək, necə islahatlar aparıla biləcəyini düşünmək lazımdır", deyə əslən Mərakeş yəhudisi olan Azule bildirib. -02D-
Mədəniyyət
-
Müasir incəsənətin daim dəyişən dünyasında sərgilər çox vaxt cəmiyyətin mürəkkəbliyini və insan təcrübəsini əks etdirən güzgü rolunu oynayır.
-
Xalqlar arasında möhkəm əlaqələrin və ədəbiyyatın mədəniyyətləri birləşdirmə qabiliyyətinin təsdiqi olaraq Azərbaycan prezidenti İlham Əliyev və Qırğızıstan prezidenti Sadır Japarov Bakıda tanınmış qırğız yazıçı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
-
Antik əşyalara olan maraq zaman keçdikcə inkişaf edən dünyada insanların diqqətini daha çox çəkməyə başlayıb. Bəzi adamlar bu əşyalara baxanda uşaqlığını, gəncliyini xatırlayır.
Rəy yaz