Mədəniyyət naziri aktyorların senzoru rolunda
Bakı/18.10.17/Turan: Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev müxalifətin 7 oktyabr mitinqində iştirak etmiş aktyorları pisləyib.
O, "dövlət mükafatı alan bəzi insanların" dövlət əleyhinə çıxışlarda iştirak etməsindən təəssüfünü bildirib. Qarayevin fikrincə, bu, "mədəniyyət işçisinin daxili zənginliyinə uyğun deyil".
"Dövlət mədəniyyət xadimlərinə qiymət verirsə, onlar da eyni şəkildə cavab verməlidirlər. Buna görə son hadisələr təəssüf doğurur", deyə Report agentliyi nazirdən sitat gətirir.
Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının sözügedən mitinqində aksiya iştirakçıları arasında Azərbaycanın əməkdar artistləri İlqar Cahangir, Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov da var idi. -06D-
-
- Çətin sual
- 18 Oktyabr 2017 13:00
-
- İqtisadiyyat
- 18 Oktyabr 2017 13:15
Mədəniyyət
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
-
Antik əşyalara olan maraq zaman keçdikcə inkişaf edən dünyada insanların diqqətini daha çox çəkməyə başlayıb. Bəzi adamlar bu əşyalara baxanda uşaqlığını, gəncliyini xatırlayır.
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
Rəy yaz