Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılıb

Bakı/27.10.17/Turan: Oktyabrın 27-də Muzey Mərkəzində Azərbaycan rəssamlarının vahid informasiya bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbir bu qurumun və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.

Rəsm qalereyasının veb-saytının yaradılması sənətsevərləri qalereyanın fəaliyyəti ilə yaxından tanış etməyə, eləcə də, ölkədə baş verən mədəni hadisələri işıqlandırmağa imkan yaradacaq.

Yaradıcıların fikrincə, virtual məkanda ana dilində yaradılan ilk elektron resurs milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edəcək.

Hazırda qalereyanın fondunda 10 mindən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.--0--

Rəy yaz

Mədəniyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti