Avropa filmləri festivalı
Bakı/31.10.17/Turan: Noyabrın 2-də Bakıda 8-ci Avropa filmləri Festivalı start götürür.
Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Kestutis Yankauskas çərşənbə axşamı bu hadisəyə həsr olunmuş brifinqdə çıxış edərkən bildirib ki, Avropanın müxtəlif ölkələrindən ümumilikdə 21 film nümayiş olunacaq. Bundan başqa, festivalda "Nar bağı" adlı Azərbaycan filmi də nümayiş olunacaq.
"Filmlər Azərbaycan tamaşaçısının Avropa ölkələrinin mədəniyyətini görməsinə imkan verir. Bəzi filmlərin rejissorları Bakıya gələcəklər və master-klass və müzakirələr keçirəcəklər", deyə o bildirib.
Avropa İttifaqı Azərbaycanla təkcə iqtisadi və siyasi sahələrdə münasibətləri möhkəmləndirməyə deyil, həm də mədəniyyət sahəsində münasibətlər qurmağa çalışır.
Daha sonra çıxış edən Fransanın Azərbaycandakı səfirinin müavini Fabyen Lozinski qeyd edib ki, festival Fransanın "Lyumyer" filmi ilə açılacaq.
"Film dünya kinematoqrafının yaranmasına həsr olunub və arxiv sənədləri əsasında çəkilib. Ümumiyyətlə, festival Azərbaycanı Avropa ölkələrinin mədəniyyətinə yaxınlaşdırmaq məqsədi daşıyır", deyə o bildirib.
Qeyd edək ki, Avropa Filmləri Festivalı noyabrın 12-nə qədər davam edəcək. Filmlər Park Cinema kinoteatrlarında nümayiş olunacaq, giriş pulsuzdur. -71D-
-
- Siyasət
- 31 Oktyabr 2017 12:31
-
- İqtisadiyyat
- 31 Oktyabr 2017 13:50
Mədəniyyət
-
Çox zaman kinoekran insan emosiyalarının incəliklərini və sosial problemləri cəsarətli ştrixlərlə əks etdirən kətan (xolst) sayılır. Rejissor İlqar Safatın "İçərişəhər" psixoloji dramı da belədir.
-
Müasir incəsənətin daim dəyişən dünyasında sərgilər çox vaxt cəmiyyətin mürəkkəbliyini və insan təcrübəsini əks etdirən güzgü rolunu oynayır.
-
Xalqlar arasında möhkəm əlaqələrin və ədəbiyyatın mədəniyyətləri birləşdirmə qabiliyyətinin təsdiqi olaraq Azərbaycan prezidenti İlham Əliyev və Qırğızıstan prezidenti Sadır Japarov Bakıda tanınmış qırğız yazıçı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
Rəy yaz