Руслан Мятиев

Руслан Мятиев

Azərbaycanın qonşusu Türkmənistanın dünyanın qalan hissəsinə qapalılığı, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin olmaması Xəzərin cənubunda yerləşən xoşbəxt ölkə barədə mif yaranması ilə nəticələnib: orda hər şey pulsuzdur, küçələr mərmərdəndir, abidələr qızıldandır, narazı türkmənlər isə xoşbəxt xalqın nankor övladlarıdır. Turan-a müsahibəsində "Alternativ Türkmənistan xəbərləri" hüquq müdafiəsi layihəsinin rəhbəri Ruslan Mətiyev bu mifi ifşa edib. Siyasi mühacir Türkmənistanda doğulub və böyüyüb, 2010-cu ildən Niderlandda yaşayır.

- Sovet İttifaqı 15 respublikaya parçalandı. 12 respublikada çox fərqli, amma hansısa səviyyədə demokratiya var. Türkmənistan tam başqa vəziyyətdədir və o, 2006-cı ildə Saparmurad Niyazov qəflətən öləndən sonra da dəyişməyib. Niyə belə oldu? Totalitarizmin güclənməsində Türkmənistan elitası və xalqının iştirakı nədəən ibarətdir?

- Birinci sualınızın cavabını Türkmənistanın və türkmən xalqının tarixində axtarmaq lazımdır. Türkmənlər tarixən hakimiyyətə itaətsizliyi, bir institut kimi onu tanımaması ilə məşhurdur. Yalnız sərdar və xanların möhkəm əli türkmənləri itaətdə saxlayıb. Sovet hakimiyyətinə qədər türkmənlərin vahid dövləti yox idi, müxtəlif tayfalar bir-biri ilə düşmənçilik edir, bir-birinin ərazisinə basqın edirdi. Sovet illərində onların dövlətçiliyi, təhsili, ideologiyası oldu, tayfalararası düşmənçilik hətta məişət səviyyəsində aradan qaldırıldı.

1991-ci ildə Türkmənistan ən gec müstəqillik elan edənlərdən biri oldu. Çünki partiya rəhbərliyi hələ də SSRİ-nin dağılmasına inanmırdı. Bundan sonra necə yaşamağı təcili həll etmək lazım idi. 70 illik sovet təcrübəsini nəzərə alaraq gənc və müstəqil respublikanın rəhbərliyi eyni yolla gedib ideologiya, ümummilli kumir (KİV-də yazıldığı kimi, böyük müstəqilliyin memarı) yaratdı, ümumdövlət qərarlarının qəbul edilməsində ağsaqqallar son söz sahibi olması ilə bağlı ənənələrə qayıtdı. 1995-ci il hadisələrindən sonra (Aşqabadda kütləvi iğtişaşlar - red), Türkmənistanın zənginliyi və sükan arxasında olanların varlanması nəzərə alınmaqla hakimiyyət polis dövləti qurmağa qərar verdi. Kütləvi çaxnaşmaların qarşısını almaq və rejimin sabitliyini təmin etmək üçün orqanlara tam səlahiyyət spektri verildi. Məhz o vaxtdan məhkəmə hakimiyyətində korrupsiya, hüquq mühafizə orqanlarında özbaşınalıq, KİV-in və ictimai hərəkatın deqradasiyası iyrənc formalar aldı. Orta və ali təhsil məhv edili, bütün ölkələrlə viza rejimi tətbiq olundu. Dünya ilə əlaqəsi olmayan savadsız xalqı idarə etmək daha asandır.

Bu gün vəziyyət daha da pisləşib. Nəyisə dəyişmək hökumətə sərf eləmir, çünki bu halda hakimiyyəti və şəxsi sərvətlərini itirərlər. Müstəqilliyin 27 ilində yeni nəsil yetişib, onlar türkmən dövlətçiliyinin təşəkkülü tarixi ilə indiki rəhbərliyin interpretasiyası vasitəsilə tanış olub və indi yüksək vəzifələr tuturlar. Onlar xaricə getməyib, getsələr də, Türkmənistan kimi rejimi olan ölkələrə gediblər.

- Postsovet məkanında kommunal xidmətlərin pulsuz olduğu totalitar Türkmənistan haqda miflər yayılıb. Məlum olduğu kimi, onlar tədricən pullu oldu. İndi türkmənlər necə yaşayır? Harada işləyirlər, nə qədər qazanırlar, hansı sosial zəmanətləri var?

- Bu gün xaricdə olan iki həmvətənimlə əlaqə saxladım. Bir saatlıq söhbət vaxtı praktik olaraq müdaxilə etmədim. Onlar elə hər şeydən: iş yerlərinin çatışmaması, total korrupsiya (İş istyirsən? $5000 ver!), səhiyyənin aşağı səviyyəsi (özü də ölkə prezidenti həkimdir!), normal təhsilin olmamasından danışdılar. Əmək haqları, kəndlilərə ödənişlər gecikir. Adamlar ərzağı nisyə alır, bir çoxları yüksək faizlə pul götürür. Bu vəziyyət 2015-ci ildən müşahidə edilir, bu gün -"Asiada" idman yarışları keçiriləndən sonra Türkmənistanda kəskin pul çatışmazlığı hiss edilir.

- Türkmənistanda mühacirət səviyyəsi necədir? Deyilənə görə, rusları qovurlar. Bu, doğrudur? Niyə bu ölkənin iki prezidenti rusları qovur?

- Mühacirət səviyyəsi yüksəkdir. Hətta etnik türkmənlər ölkəni tərk edir. Kimisi Rusiyaya, kimisi Türkiyə və ya Kiprə gedir. Əmlakını ucuz qiymətə satır və ya yaxşı vaxtlara saxlayır, ailəsini götürüb gedir. İndi rusların və rusdillilərin köçünün üçüncü dalğası başlayıb. Birinci dalğa 90-cı, ikincisi 2003-2004-cü illərdə oldu. Amma heç kəsi zorla qovmurlar. Ruslar anlayır ki, onlar bu ölkədə yaddırlar. Hərçənd əcdadları Aşqabadda zəlzələ olanda oranı bərpa edib, ya da sovetin ilk vaxtlarında gəliblər.

İnsanlar ehtiyac üzündən, özü və uşaqları üçün perspektiv görmədiyindən köçür. Təhsili götürək. Türkmənlər çalışır ki, uşaqları rusca təhsil alsın, rus siniflərində oxumaq üçün növbəyə duranların yarısı türkmənlərdir.

- Məlumat yayılıb ki, bir qrup türkmən qadın uşaq bağçası üçün ödənişin 100% bahalanmasına etiraz edib və hakimiyyət onların tələbini qismən təmin edib. Yəni Türkmənistanda etirazlar olur. Vətəndaşlar hakimiyyətə və onun qoyduğu qayda-qanuna necə yanaşır?

- Türkmənistanda etirazlar nadir hadisədir, amma məhz indi, ölkənin iqtisadi vəziyyətinin yaxşı olmadığı, şübhəli tikinti layihələrinə milyonlar, hətta milyardlar ayrıldığı vaxtda etirazlar daha tez-tez olur. Adamlar yaxşı anlayır ki, yeni yaxta və ya qolf klubu həyatlarını yaxşılaşdırmayacaq, onları bazarda un və qəndin məqbul qiymətə olması, vaxtında əmək haqqı almaqları maraqlandırır. İkinci yoxdur, birincisi isə nə qədər desən. Bu isə əhalini qıcıqlandırır. Necə olur ki, çətin iqtisadi şəraitdə kommunal güzəştlər ləğv edilir, uşaq bağçası üçün ödəniş 10 dəfə artırılır, eyni zamanda qolf klub açılır və yenisini tikmək tapşırılır? Bu yaxınlarda mənə dedilər ki, ilk prezidentin dəfn edildiyi Qıpçaqda körpünün üstünə yazıblar ki, qalx, ata, xalq məşəqqət içindədir. Əslində belə olub, ya olmayıb, amma bu gün Türkmənistanada bir çoxları onun dövrünü nostalji ilə xatırlayır.

- Türkmənistanın siyasi mühacirəti barədə danışın. Təşkilatlanıblarmı? Türkmənistan xalqının rifahı üçün çalışırlarmı? Aşqabad onların hərəkətlərinin qarşısını ala bilirmi?

- Bu gün Türkmənistanın siyasi mühacirəti müstəqil məlumat təqdim etmək və Türkmənistan vətəndaşlarının hüquqlarının müdafiəsi sahəsində çalışan bir neçə fəal, hüquq müdadiəçisi ilə təmsil olunur. 2000-ci illərin əvvəlindəki xarici müxalif siyasi elita, demək olar ki, yox olub. Onlar nə görünür, nə də səsləri çıxır. Təəssüf ki, xaricdə fəal türkmən elə də az olmasa da, ölkənin gələcəyi ilə bağlı az-çox təsəvvür olsa da, aramızda lider yoxdur. Ona görə, təəssüf ki, etiraf edin, yumruq çırtmadan daha ağrılıdı. İndi məhz belədir. Mənə elə gəlir, avtoritarizmə müqavimət göstərmək üçün xaricdəki türkmənlərin birləşmək vaxtıdır.

- Türkmənistanla Azərbaycan arasında hansı əlaqələr var? Müşahidələrim deyir ki, qonşuluğumuza baxmayaraq, münasibətlər məhduddur. Orda Azərbaycan barədə dəniz yataqlarının bölünməsi ilə bağlı növbəti qalmaqal yetişəndə yada salırlar. Bakıda da Türkmənistanı buna görə yada salırlar. Türkmənistanda Azərbaycan barədə nə danışır və nə yazırlar?

- Münasibətlər, doğrudan da, məhduddur. Niyazovun məşhur "Xəzər qan qoxur" ifadəsindən sonra Berdımuhəmmədovun Xəzərdə mübahisəli yataqların qanunauyğun istismarı üçün beynəlxalq məhkəməyə müraciət cəhdi oldu, ancaq o da nəticəsiz bitdi. İndi ölkələr arasında sanki müxtəlif siyasi səviyyələrdə əlaqələr var, ancaq əsas məsələnin həlli yoxdur. Hər iki ölkənin KİV-i də bir-birinə ancaq yüksək səviyyədə əlaqələr olanda diqqət ayırır.

- Türkmənistanla Rusiya arasında hansı əlaqələr var? Nəyə görə Türkmənistan liderləri bitərəflik siyasətini seçib və bu siyasət ölkəyə və vətəndaşlara nə verib?

- Türkmənistanla Rusiya arasında əlaqələr 2009-cu ildən indiyə qədər yox dərəcəsindədir. Hər iki ölkədə dərin iqtisadi böhrandır. Rusiyaya Türkmənistandan qaz almaq sərf etmir, indi də sağa-sola kredit paylamır. Bitərəflik yalnız Rusiya ilə bağlı deyil. Bitərəflik 90-cıillərdə hakimiyyətin doğru qərarıdır: Əfqanistanın yaxınlığı nəzərdə alınmaqla hərbi münaqişələrə qarışmamaq. Ancaq sonradan bitərəflik anlayışı Türkmənistan rəhbərliyi tərəfindən təhrif edilib. "Qardaş" hesab olunan ölkələrlə sərhədlər bağlanıb, xarici vətəndaşlar üçün sərt viza rejimi, həmçinin türkmənistanlılar üçün xaricə getmək üçün viza almaq zərurəti tətbiq edilib (bu təcrübə çox davam etmədi). Bununla belə indiyə qədər ölkənin miqrasiya hakimiyyəti gedənləri səfərin məqsədləri, gələnləri isə xaricdə nə işlə məşğul olduqları barədə həvəslə sorğu-sual edir. Əgər nəsə elə deyilsə, adamları 3 ildən 5 ilə qədər "deport" edirlər - ölkədən xaricə getmək qadağan edilir. Bugünkü bitərəflik anlayışı belə görünür: biz heç yerə başımızı soxmuruq, siz də bizim işimizə başınızı soxmayın. Biz öz inkişaf modelimizi qururuq, hətta xaricdə o, totalitar sistem adlandırılsa da.

- Türkmənistanda olan, ancaq başqa ölkələrdə olmayan qadağalar barədə danışın. Ölkə liderlərinin totalitarizmi nədən ibarətdir?

- Bakıda İlham Əliyevin işə getdiyi yol boyu evlərdə pəncərəni açmaq olar, yaxud pəncərədə ev bitkiləri qoymaq olar? Bəli. Ancaq Türkmənistanda olmaz. Pəncərələr bağlı olmalıdır, heç bir gül və dibçək, ip olmaz, az qala nəfəs almaq olmaz. Məişətdə qanunda olmayan"protokol yolları" ifadəsi var, ordan prezident-seçilmiş (güya xalq seçib) hərəkət edir, əslində onun hərəkəti zamanı xalqın görünməsi alqışlanmır. Adamları küçə qapılarından içəri, yeraltı keçidlərə - hara gəldi salırlar, təki gözdən uzaq olsun! "Bolonok"a ("Olmaz") qarşı getmək mümkün deyil, hətta kiçik hakimiyyəti olan məmurlar sağa-sola bu ifadədən istifadə edir.

- Türkmənistanın gələcəyini necə görürsünüz? Nə baş verməlidir ki, Türkmənistanda heç olmasa qonşu ölkələr səviyyəsində demokratiya olsun?

- Berdımuhəmmədovun, onun bütün iqtisadi idarəetmə rıçaqlarını öz əlinə almağa can atan acgöz klanının yarıtmaz idarəçiliyi nəticəsində yaranan sərt maliyyə böhranı şəraitində ölkənin gələcəyi sönük görünür. Türmkənlərin narazılığı artır, Ancaq problem ondadır ki, xalqı irəli apara biləcək lider yoxdur, total dinləmələr var, istənilən yad fikri məhv edirlər. Hazırkı prezidentin dövründə yaxşlığa doğru dəyişiklik olmayacaq, o isə öz yerində möhkəm oturub və onu elə-belə verməyəcək.--0--

Rəy yaz

Sual-cavab

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti