Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Siyavuş Novruzov

Siyavuş Novruzov

Siyavuş Novruzov: Siyasi partiyalar haqqında qanun sərtləşdirilə bilər və mitinq bir mərkəzdən idarə olunur
Müsahibə 


2017 Oktyab 27 ( Cümə )  14:03:24
Çap versiyası
English Русский 

Bakı/27.101.17/Turan: Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinə siyasi partiyaların və ictimai birliklərin maliyyələşdirilməsi ilə bağlı çoxsaylı təkliflər daxil olub. Bu barədə Turan-a iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, dünyada siyasi partiyaların, o cümlədən ictimai təşkilatların maliyyələşdirilməsinin müxtəlif forma və vasitələri var.

"Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən, üzvlük haqlarından və vətəndaşların ianələri hesabına maliyyələşir. İstər dövlət büdcəsindən, istərsə də üzvlük haqlarından, vətəndaşların ianə və yardımlarından maliyyələşən siyasi partiyalar şəffaflığın təmin olunması üçün aidiyyatı orqanları, bu, olmadıqda isə ictimaiyyəti məlumatlandırmalıdır. İndiyədək, yəni qanuna dəyişiklik edilənədək YAP-dan başqa heç bir siyasi partiya maliyyələşdirilməsi ilə bağlı ictimaiyyətə məlumat verməyib. Digər siyasi partiyalar da bunu etməyib. Soruşanda da təzyiq hesab edirdilər. Çünki onların maliyyələşməsində şəffaflıq yoxdur, orada qaranlıq məqamlar var", - o qeyd edib.

S.Novruzov bildirib ki, sonradan qanuna dəyişiklik edildi ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasının rəsmi saytında rüblük və illik maliyyə hesabatlarını, gəlirləri və xərcləri barədə məlumatları dərc etsinlər.

"Burada söhbət yalnız siyasi partiyalardan getmir. Eyni zamanda siyasi partiyalarda çalışan insanların əmək haqqından, əmək haqlarının vergiyə cəlb olunmasından, sosial müdafiəsindən və başqa təminatlardan söhbət gedir. Burada həm də siyasi patiyalarda çalışan insanların əmək müqaviləsinin olmasının vacibliyini, pensiya fonduna ödəmələrinin olmasını və gələcəkdə pensiya təminatını nəzərə alaraq qanuna dəyişiklik edilib", - o bildirib.

Komitə sədrinin sözlərinə görə, siyasi partiyaların maliyyələşdirilməsi şəffaf olmadığından partiya üzvlərinin çox fərqli həyat tərzi var: "Bu səbəbdən patiyanın bir üzvünün çox yaxşı təminatı var, digəri isə yaşayışını çox çətinliklə təmin edir. Bu səbəbdən də "Siyasi partiyalar haqqında" qanunda maliyyələşmənin şəffaflığının təmin edilməsi üçün MSK-ya hesabat verilməsi əksini tapıb".

S.Novruzov hesab edir ki, qanuna maliyyə hesabatı təqdim etməyən qurumlarla da bağlı müddəa əlavə edilməlidir. Onun sözlərinə görə, komitəyə bununla bağlı təkliflər daxil olmaqdadır.

"Təklif ondan ibarətdir ki, hər bir siyasi partiya şəffaflığın təmin olunmasında əməli-salehdirsə, maliyyə təminatını düzgün həyata keçirirsə hesabat verməlidir. Hesabat vermədiyi təqdirdə bir neçə mərhələli şəkildə addımlat atılmalıdır. Birinci, həmin təşkilatlara xəbərdarlıq olunmalıdır, ikincisi onlar haqqında müvafiq məhkəmələrə müraciət edilməlidir, üçüncüsü maliyyə hesabatını təmin etməyən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir", - o bildirib.

O, Milli Şuranın oktyabrın 28-də keçirəcəyi mitinq və irəli sürdüyü şüarlarla bağlı sualın cavabında deyib ki, mitinqlərin hamısı eyni mərkəzdən idarə olunur.

"Mitinqlər Azərbaycanın müstəqil şəkildə atdığı hər hansı addım və siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məsələn, Azərbaycanda neft müqavilələrinin yeniləşməsindən bir ay öncə Avropa və Amerika mətbuatında anti-Azərbaycan mövqeyində məqalələr dərc olunmağa başladı. Azərbaycana qarşı korrupsiya ilə bağlı ittihamlar başladı. Hansı ki, bunların əlində heç bir əsas yox idi. Eyni zamanda da Azərbaycanda müxalifət partiyalarının bir hissəsi mitinq keçirmək barədə qərar qəbul etdi. Bu, gözlə görünəndir ki, bunların hamısı eyni mərkəzdən idarə olunur, erməni lobbisi, onlara xidmət göstərən müəyyən siyasətiçilər, qeyri-hökumət təşkilatlarıdır.

Eyni zamanda Azərbaycanda keçmişdə səfir işləmiş Kozlariç və onun ətrafında olan adamlar Azərbaycanda maraqları həyata keçmədiyi tərzdə hər hansı bir institutda professorluq edib təhsillə, tədrislə məşğul olmaq əvəzinə Azərbaycandan yenə də əl çəkmir. Sual olunur, Amerikanın 200-dən çox dövlətdə (hər dövlətdə də bir neçə səfir olub) səfiri olub. Onların hər biri fəaliyyəti başa çatdıqdan sonra lazımi dövlət orqanına hesabatını verib öz işi ilə məşğul olub. Kozlariç Azərbaycandan nə istəyir? Azərbaycanla heç bir bağlılığı yox, demokratiyaya aidiyyatı yox, insan hüquqlarına aidiyyatı yox. Bu adam bir institutun professorudur. Amma mütəmadi olaraq Azərbaycan haqqında bəyanatlar yaymaqla məşğuldur. Burdan da görünür ki, Azərbaycanda marağı olan, maliyyə marağı olan qüvvələrin əlində bir alətdir. O cümlədən, Azərbaycanda müxalifətin bir hissəsi, onlar da alətdirlər. Hansı tərəfə çevirirlər, bunlar o tərəfə də addımlar atmaqla məşğuldur.

Azərbaycanın güclənməsi, məsələn yeni silahların alınması, o cümlədən Azərbaycan ordusunun təchizatı, təminatı (bu gün bütün dünyada bu qeyd olunur) Ermənistanı qorxuya saldığı, erməni əhali arasında ciddi panika yaratdığı, erməni əhalisi ciddi qorxuya düşdüyü üçün Ermənistanda yaşayan insanlar Dağlıq Qarabağda xidmətə öz övladlarını göndərmək istəmədikləri barədə bəyanat yaydığı anda Azərbaycan müxalifətinin bir hissəsi çıxış edərək qeyd edir ki, Azərbaycandakı silahlar köhnədir. Azərbaycan müdafiə sistemində korrupsiya var. Bunlar guya köhnə silahlar alıblar. Bunlar qəti şəkildə yalandır, özü də ağ yalandır. Bu, birbaşa erməni mətbuatına, erməni ictimaiyyətinə xidmətin bariz nümunəsidir. O baxımdan da bunların keçirdiyi aksiyaların heç biri Azərbaycan xalqının maraqlaırna xidmət etmədiyinə görə elektorat və sosial baza olmur və bundan sonra da olmayacaq".

İcra katibinin müavini Milli Şuranın "Talana yox, Yalana yox!" şüarına da münasibət bildirib.

"Oradan nə şüarlar yazıb verirlər, bunlar həmin şüarları da qaldırır", - o qeyd edib.