Əfqan Muxtarlı Gürcüstan Parlamentinə müraciət edib

Bakı/10.10.17/Turan: Həbs edilmiş jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanmasının və Azərbaycana təhvil verilməsinin araşdırılması üçün komissiya yaratmaq çağırışı ilə Gürcüstan Parlamentinə müraciət edib.

"Mənim kriminal keçmişim yoxdur. Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Tiflisdən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət orqanı əməkdaşlarına təhvil verilmişəm", deyə jurnalistin müraciətində bildirilir.

O qeyd edir ki, oğurlanmasının və həbsinin səbəbi Azərbaycanda korrupsiya haqqında jurnalist araşdırmaları olub.

Muxtarlı qeyd edir ki, həmişə araşdırmaçı jurnalistika ilə məşğul olub, Gürcüstan hakimiyyətini, parlament çoxluğuna malik olan "Gürcü Arzusu" partiyasını tənqid edib.

"Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat erirdi. Saxlanmağım və qanunsuz olaraq Azərbaycana təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım", deyə Muxtarlı yazır.

Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana gətirilib, burada ona qarşı CM-in 315-ci (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. -06D-

Rəy yaz

Cəmiyyət

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti