İlqar Məmmədova dəstək aksiyası başlayıb

Bakı/11.10.17/Turan: İnsan Hüquqları Klubu oktyabrın 8-dən Avropa Məhkəməsinin qərarı olmasına baxmayaraq, hələ də azadlığa buraxılmayan "vicdan məhbusu" İlqar Məmmədova ictimai dəstək kampaniyasına start verib. Bu barədə klubun rəhbəri Rəsul Cəfərov facebook səhifəsibndə yazıb.

"Dəstək kampaniyası çox sadədədir, istənilən şəxs "İlqarı azad edin!", "Azadlıq İlqarın haqqıdır!", "İlqarın hüquqlarını pozmayın!" və bu kimi istənilən şüarla foto çəkdirir və onu öz Facebook və Twitter profilində yerləşdirir", deyə Cəfərov qeyd edib.

Kampaniya oktyabrın 25-ə kimi davam edəcək. -03D-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti