Son yenilənmə

(17 d. əvvəl)
Əfqan Muxtarlının məhkəməöncəsi həbs müddəti dekabrın 19-na qədər uzadılıb

Bakı/13.10.17/Turan: Bu gün Bakının Nəsimi rayon məhkəməsi prokurorluğun jurnalist Əfqan Muxtarlının həbs qətimkan tədbiri müddətinin 2 ay uzadılması haqqında təqdimatına baxıb.

Məhkəmə prokurorluğun təqdimatını qismən təmin edib və həbs müddətini 1 ay 20 gün - dekabrın 19-na qədər uzadıb, deyə vəkil Zibeydə Zadıqova bildirib.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

* Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana gətirilib, burada ona CM-in 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli srülüb. Əfqan Muxtarlı ittihamları təkzib edir, məhkəmədə həbsinin siyasi sifariş olduğunu bildirib. -03B06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti